Həsənovlardan 1 milyon alan baxıcı danışdı - “Cadu əməliyyatının” sensasiyalı təfərrüatı

25 sentyabr, 2020 17:37

Xəbər verdiyimiz kimi, Prezidentin köməkçisi Kərəm Həsənovun bacısı Reyhan Ağarzayeva dələduzluğun qurbanı olub. Onlara 1 milyon manatdan artıq maddi ziyan dəydiyi bildirilir. Bununla bağlı açılmış cinayət işinin istintaqı da artıq yekunlaşıb. Məhkəmənin qərarına əsasən, Şəfəq İsmiyeva ev dustaqlığına buraxılıb. Yoldaşı Ceyhun Zeynallı isə həbsdə qalıb.

Azsiyasət.com xəbər verir ki, baş vermiş hadisə ilə əlaqədar Ş.İsmiyeva bakupost.az-n suallarını cavablandırıb, bir çox qaranlıq mətləblərə aydınlıq gətirib.

Həmin müsahibəni təqdim edirik:

- Necə oldu ki, ev dustaqlığına buraxıldınız?

- Baş Prokurorluğun qərarı əsasında yoldaşım həbsdə qaldı, hamilə olduğum üçün isə məni ev dustaqlığına buraxdılar. İndi məhkəmələrə çöldən-çölə gedirəm. Təxminən, 10 günə ana olmalıyam, ondan sonra bilmirəm, hökmə qədər çöldən-çölə məhkəmələrə gedib-gəlməyimə icazə veriləcək, yoxsa yox.

- İttihama görə, zərərçəkmişlərə 360 min manat məbləğində maddi ziyan vurulub, amma onlar deyirlər ki, bu məbləğ 1 milyondan çox olub. Bununla bağlı nə deyə bilərsiniz?

- Yox, əslində, şikayətdə əvvəllər 2 milyon maddi ziyan dəydiyini yazmışdılar. Amma bu, yalan məlumatdı. Onlardan 3 il ərzində aldığım faizlə birlikdə cəmi 900 min manat pul idi, onun 300 mini mənim tərəfimdən ödənilib. Yerdə qalan 600 min manat isə yoldaşımdadır. O da vermir, boynundan atır. Sonra sübutla məlum oldu ki, yoldaşım bu pulla yükdaşıma şirkəti açıb. Lakin mənim bundan xəbərim olmayıb, başqa bir qızla münasibət qurub və onunla da birgə bu şirkəti açıb.

- Bəs niyə məbləği çox yazıblar, sizdən əlavə pul almağa çalışırlar?

- İttihamda onların faizlə borca pul götürüb, mənə verdikləri yazılıb. Bu da ümumi hesabla 2 milyon deyilir.

- Bu adamları fala baxmaq üçün hardan tapmışdınız?

- Mən “baxıcı” adı altında “Instagram”da səhifə açmışdım. Onlar da məni ordan tapdı.

- Bu işin marağa səbəb olmasının iki əsas səbəbi var: zərərçəkən kimi tanınan şəxsin Kərəm Həsənovun bacısı olması və bu adamın qızını ərə verməsi üçün bir milyon pul xərcləməsi... Bu nə ərə getmək idi? Qızı kimə ərə vermək istəyirdi, nə məsləydi?

- Bu məlumatlar yanlışdır. O adamların haqqına girirlər. Sadəcə dələduzluq etmişik, günah məndə olub.O gül kimi qızdı, anası onu ərə vermək istəmirdi. Mənə müraciət etməsi tamam başqa məsələyə görə olub.

- Nəyə görə?

- Anasına başqa bir baxıcı deyib ki, qızına cadu ediblər. Özü də ölüm cadusu. Yəni qız ölümə məhkumdu. Anası da inanmışdı, çarə axtarırdı. Həmin vaxt “Instagram”da mənim səhifəmi tapıb müraciət etdi. Boynuma alıram ki, onun bu çarəsiz vəziyyətindən istifadə etdim, ərimin təkidi ilə onu aldatdım. Bildirdim ki, düz deyiblər, həmin cadu aradan qaldırılmasa, qızınız öləcək. Çünki yoldaşım məni məcbur etmişdi ki, ona pul tapıb verim, mən də bu yolla etdim. O insanların burada günahı yoxdur. Bunu biz etmişik. Onlar həqiqətən, pis insanlar deyil. Mediada çıxan məlumatlar, qızını ərə verməsi məsələləri-filan boş şeylərdir.

- Siz bilirdiniz ki, hansı insanlara iş görürsünüz?

- Xeyr, Kərəm Həsənovu heç tanımırdım, səsin eşitməmişəm, üzün görməmişdim. Onun qohumu olduğun da bilmirdim. Bu söhbətlər açılandan sonra bildim.

- Bəs maraqlanmamışdınız ki, bu qədər pulları haradan əldən edirlər, kimlərdi bunlar?

- Qızın anası o pulları faizə götürdüyünü deyirdi...

- Onlardan pulları necə alırdınız?

-Ödəniş kartla olubdu. Mən onlara getməmişəm, onlar da bizə gəlməyib. Amma bilmədik ki, bu məsələni kim ictimailəşdirdi.

- Bəs necə oldu ki, onları aldatdığınızı başa düşdülər və sizdən şikayət etdilər?

- İş 3 ilə yaxın uzandı, gəl-getə düşdülər, axırda başa düşdülər ki, onları aldadırıq... Sonra pulu istədilər... Daha sonra isə şikayət etdilər və biz həbs olunduq.

- Qayınatanız oğlunun günahsız olduğunu, əslində, sizdən boşandığını demişdi...

- Xeyr, ayrılmamışdıq. Birlikdə yaşayırdıq.

- Bu cinayət işində bir neçə vəzifəli şəxsin də həbs olunduğu barədə məlumat var idi. Bu düzdü?

- 2 polis bu məsələ ilə bağlı məni şantaj etmişdi. O da araşdırıldı, sərbəst buraxıldılar.

- Bəs bu işin sonu necə olacaq? Pulu ödəyəcəksiniz?

- Zərərçəkən özü də bilir ki, mənim bu qədər məbləği ödəməyə pulum yoxdur. Yoldaşımın insafı olsa, gətirib pulu verəcək və məsələ həll olacaq.

- Bundan sonra da camaatın falına baxacaqsız?

- Allah eləməsin! Falçıyam ki, camaatın da falına baxım? Sadəcə yoldaşıma görə bunu etmişəm.

- Yoldaşınız demişdi ki, bu addımı atın?

- Yoldaşım məni məcbur edirdi ki, pul ver, pul gətir.

- Səhhətinizdə hər-hansı bir problem yoxdu ki? Qayınatanız bildirmişdi ki, psixoloji probleminiz olub...

- Heç bir problemim yoxdur və olmayıb. Mən özüm ali təhsilli qadınam. Azərbaycan Pedaqoji Universitetinin ibtidai sinif müəllimliyi ixtisasını bitirmişəm.

- Belə bir iddia var ki, aldatdığınız adamların vəzifəli şəxs olması, sizin işinizi çətinləşdirib, istintaqa, məhkəməyə müəyyən təzyiqlər olub...

- Mən sizə bir söz deyim. Mənim başıma bu boyda dəhşətlər gəldi. Hər şey məhv oldu, biabır olduq. Amma inanın ki, indi məni daha çox o adamlar haqqında həqiqətə uyğun olmayan məlumatların yayılması narahat edir. İnanın ki, onlar – istər qız özü, anası çox yaxşı adamlardı. Onlardan çox utanıram. Belə adamlar çox az olur. Anadı da, övladı üçün hər işə gedir.

Günah bizimdi, səhv bizimdi. Onları da dilə-dişə saldıq, özümüzü də məhv etdik.

Qeyd edək ki, bu ilin fevral ayında 31 yaşlı Ceyhun Şahin oğlu Zeynallı və onun qısa müddət həyat yoldaşı olmuş İsmiyeva Şəfəq Müslüm qızı barəsində vətəndaş, 1976-cı il təvəllüdlü Reyhan Əvəz qızı Ağarzayevanın şikayəti əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində cinayət işi başlanıb.

Bakıda fala baxmaq adı ilə xüsusilə külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Sabirabad rayon sakini Ceyhun Zeynallı və Şəfəq İsmiyevanın 201900094 saylı cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Novruz Kərimovun icraatına verilib.

Cinayət işində zərərçəkmiş qismində Ağarzayev Sənan Məhərrəm oğlu və Ağarzayeva Reyhan Əvəz qızı tanınıb. Bəs falçılar Kərəm Həsənovun bacısının külli miqdarda necə ələ keçiriblər?

İttiham aktına görə, İsmiyeva Şəfəq Müslüm qızı etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədilə Zeynallı Ceyhun Şahin oğlu ilə cinayət əlaqəsinə girib və 2017-ci ilin əvvəllərində “Instagram” sosial şəbəkəsində “baxıcı” adlı səhifə açıb.

O, özünü “Maya”, əri Ceyhun Zeynallını isə Rusiya Federasiyasında yaşayan “Dmitri” adlı baxıcı kimi təqdim edib. Kart vasitəsilə fala baxdığını və qadınların gələcək taleyi ilə bağlı proqnozlar verə bildiyini söyləməklə ona müraciət edən qadınların etibarını qazanıb.

Şəfəq İsmiyeva ona müraciət edən R.Ağarzayevanın qız övladının öləcəyi, bəxtinin bağlanması ilə bağlı cadu edildiyini bildirərək daha yüksək gəlir əldə etmək məqsədi ilə ilə Rusiya Federasiyasında yaşayan “Dmitri” adlı baxıcının da köməyindən istifadə olunacağını bildirib.

Ona yalan vəd verməklə aldadaraq 2017-ci ilin ortalarından 2020-ci ilin əvvəllərinə kimi xüsusilə külli miqdarda pulunu ələ keçirib.

Hər iki şəxsə Cinayət Məcəlləsinin 178.4. (xüsusilə külli miqdarda dələduzluq) maddəsi ilə ittiham verilib. Bu maddə 500 min manatdan yuxarı olan məbləğləri nəzərdə tutur.Məlumatlara görə, falçılar Kərəm Həsənovun bacısından 1 milyondan artıq pul əldə ediblər.

28 noyabr

01:26 - Ukrayna generalları Azərbaycan ordusunun Qarabağdakı döyüş təcrübəsini öyrənir00:08 - Paşinyan Moskvaya səfər edəcək

27 noyabr

21:53 - “Fransa Senatının qərarına etiraz əlaməti olaraq etiraz aksiyalar keçirilməlidir” 21:30 - Türkiyədən Fransa Senatının Bakıya qarşı düşmənçilik addımına SƏRT REAKSİYA21:18 - İllərlə qət edilən böyük uğurların izi ilə - FOTOLAR21:12 - Türk əsgəri Qarabağa nə vaxt gəlir? 21:09 - İranda nüvə alimi QƏTLƏ YETİRİLDİ17:04 - "Şuşa əməliyyatı göstərdi ki..." - İqor Korotçenko15:05 - “Paşinyan Zəngəzuru Əliyevə verəcək” - Ermənistanın keçmiş naziri13:35 - Ermənistanın ödəyəcəyi təzminat necə hesablanacaq? - ŞƏRH13:28 - Ararikin Moskva səfərinin pərdəarxası... -"Rusiya separatçı rejimi diriltmək istəyir"12:32 - “Ermənilər insan deyillər, işğalçıdırlar, vəhşidirlər” - Moldovalı ombudsman11:39 - Sabiq deputatımız ermənilərə un göndərirmiş? - ŞOK DETALLAR10:45 - Yeni nazir Rusiyanın adamıdır: Bakıda təhsil alıb10:40 - Azad olunmuş ərazilərdə dövlət sərhəddi təcili müəyyənləşməlidir, əks halda...00:30 - Erməni qoşunları Xankəndidəki uşaq bağçalarını MİNALAYIBLAR00:26 - Fransa qondarma "Dağlıq Qarabağ respublikası"nı tanımır - BƏYANAT00:21 - "Makron bu qətnaməni təsdiq edərsə, Türkiyə ordusu..." - Türk generaldan MÜHÜM AÇIQLAMA

26 noyabr

19:50 - Azərbaycan hərbçiləri Sotk qızıl mədənində? 19:45 - Azərbaycan Fransaya NOTA verdi 18:46 - Ermənistanda deputatlar arasında dava düşdü - VİDEO 16:01 - “Paris prosesi pozmağa, gərginlik yaratmağa cəhd edir” - Leonid Kalaşnikov13:47 - Düşmən Kəlbəcərdən sonra Laçında evləri yandırır... - FOTOLAR13:26 - Laçında nə baş verir? - “Hər şeyi son günə buraxdın ki...”12:47 - "Makron qudurub" - Deputat Aqil Abbas 12:43 - Həbsdəki həmkarlarının aqibətindən dərs götürməyən icra başçısı - Suraxanıda köhnə hamam məsələsidir...10:45 - "Senatın qərarı heç kim üçün faydalı olmayacaq" - Fransa XİN00:51 - "Kreml Qarabağ və Donbas arasında oxşarlıq görmür" - PESKOV00:46 - Ermənilər Xankəndinə niyə qayıdırlar? - Maraqlı açıqlama

25 noyabr

22:11 - "Bu qətnamə Azərbaycan üçün adi kağız parçasından başqa bir şey deyil" - Prezidentin köməkçisi