"Hərbi amilin önə çəkilməsinin vaxtı çatıb" - Sabiq nazirlə müsahibə

22 sentyabr, 2020 01:46

İyulun 12-də Tovuz istiqamətində baş verən toqquşmadan sonra Dağlıq Qarabağ konfliktinin həlli istiqamətində heç bir tərpəniş müşahidə olunmadı. ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfləri dialoqa dəvət etsə də, görüş təşkil edə bilməyiblər. Əvəzində Ermənistan Baş naziri Nikol Paşinyan Dağlıq Qarabağa səfər edərək müharibəyə hazırlaşdığı mesajını verib. Azərbaycan isə, belə görünür ki, Dağlıq Qarabağla bağlı yeni siyasət formalaşdırır. Azərbaycan Prezidenti açıq mesaj verir ki, danışıqları imitasiya etmək niyyətində deyil, yalnız real danışıq masası arxasında müzakirələrin tərəfdarıdır.

Azsiyasət.com xəbər verir ki, azpolitika.info bu mövzu ətrafında sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarovla söhbətləşib.

Müsahibəni təqdim edirik:

- Tofiq müəllim, sanki Toviz təxribatından sonra Dağlıq Qarabağ münaqişəsinə dair “nə danışıqlar, nə də müharibə” yanaşması özünə yer tapmağa başlayıb. Siz, Qarabağ konflikti, cəbhədə yaranan real durum və siyasi atmosferi necə qiymətləndirirsiniz?

- Əslində, Tovuz təxribatından sonra vəziyyət ciddi formada dəyişib. Biz artıq anlayırıq ki, təxribat əslində hansısa formalaşan vəziyyətin dəyişdirilməsi istiqamətində atılan addımdır. Amma sözsüz ki, bu təxribatlar Ermənistanın bizə qarşı təcavüz hadisəsinin davamıdır. Biz məsələyə baxanda diqqət etməli və görməliyik ki, Paşinyanın strategiyasının əsasını hərbi əməliyyatların bərpasına nail olmaq təşkil edir. Hərbi əməliyyatların bərpası ilə Rusiyanın Ermənistanla olan böhranlı münasibətlərini sınaqdan keçirmək və nəticələrdən asılı olmayaraq Moskvanı ittiham etmək. Eyni zamanda Paşinyan ölkə daxilində ona qarşı olan ruspərəst müxalifəti məhv etmək, bundan dərhal sonra Rusiyadan yan keçərək qərb istiqamətli siyasətini aparmaq niyyətindədir. Bəli, bu saat Paşinyanın strategiyası bunun üzərində qurulub. Biz görürük ki, onlar hərbi əməliyyatların bərpasına istiqamətlənən siyasət həyata keçirirlər.

Amma Tovuz hadisələrindən sonra durum dəyişib. Əgər biz cəbhə xəttinə diqqət etsək görəcəyik ki, bir tərəfdə Ermənistan və Rusiya var, lakin onların münasibətləri günü-gündən pisləşir. Güman azdır ki, Rusiya Ermənistana ciddi dəstək verəcək. Əslində Tovuz hadisələri bunun sübutudur. Biz o zaman Moskvadan nə bəyanat gördük, nə də ciddi bir addım atıldığını.

- Əvəzində 400-500 ton silah-sursatın təyyarə ilə Ermənistana ötürüldüyü kimi açı mənzərə ilə qarşılaşdıq...

- Təbliğat formasında təyyarə uçuşu baş verib. Əgər ordunun vəziyyəti 500 ton silah-sursatla düzəlsəydi, biz Azərbaycan olaraq belə partiyanın bir neçə qatını çoxdan almış olardıq. Məncə, bu daha çox təbliğati görüntüdür. Yeri gəlmişkən, belə görüntü ilk dəfə deyil ki, yaradılır. Baxın, 2016-cı ilin aprel döyüşlərindən sonra Rusiyanın Ermənistana “İsgəndər” kompleksi verdiyi deyilir. Sanki bu addım yenidən təkrarlanır. Odur ki, bu hərbi dəstəkdən daha çox təbliğati faktordur.

Amma bir başqa məqam da var. Bütün bu fəaliyyətin davam etməsi ilə paralel olaraq, bu tərəfdə də Azərbaycan və Türkiyə var. Tovuz hadisələri bu iki ölkənin bir yerdə olduğunu göstərdi. O cümlədən Ankaradan ciddi bəyanatlar səsləndirildi. Prosesə diqqət etsəniz görərsiniz ki, Ermənistan-Rusiya münasibətləri eniş, Azərbaycan-Türkiyə münasibətləri isə yüksəliş xətti ilə gedir. Əslində indi real vəziyyət bundan ibarətdir.

- İyul-avqust aylarında Azərbaycan ilə Rusiya arasında yüksək səviyyəli hərbi dialoq baş tutub, Rusiya Müdafiə naziri və onun birinci müavini ayrı-ayrı tarixlərdə Bakıda danışıqlar aparıb, eləcədə Azərbaycanın Müdafiə naziri Moskvada olub. Bu görüşlərdə hansı məsələlər müzakirə olunub və bundan sonra hansı addımlar atıla bilər?

- İstisna etmirəm ki, bununla paralel olaraq Rusiya və Türkiyə hərbçiləri arasında da kontaktlar fəallaşıb. Xüsusilə, Cənubi Qafqaz mövzusunda. Yada salmalıyıq ki, rus-türk hərbçiləri arasında təmaslar daima mövcuddur. Həm Suriya, həm Liviya məsələsində. Hətta son xəbər belədir ki, bu iki ölkə arasında Liviya mövzusunda razılaşma əldə edilir. Odur ki, mən, siz dediyiniz təmaslara rus-türk təmaslarını da əlavə edərdim. Bu təmaslarda gündəmə çıxarılan məsələlər haqqında, sözsüz ki, bizim məlumatımız yoxdur. Amma tendensiyalara diqqət etsək, ələlxüsus Ermənistan-Rusiya müttəfiqliyinin zəifləməyə, Azərbaycan-Türkiyə münasibətlərinin güclənməyə doğru inkişaf etdiyini nəzərə alsaq, görünür ki, məlum təmaslar da bu prosesin bir elementidir.

- Rusların Türkiyənin Cənubi Qafqazda güclənməsinin əleyhinə olduqları şübhə doğurmur. Bu reallıqdan dolayı Bakıya təzyiqlər göstərildiyini müşahidə edirsinizmi?

- Bu, sovet məkanında formalaşan stereotipdir. Mən illər əvvəl Rusiya-Ermənistan münasibətlərində zəifləmələrin olduğunu deyəndə tənqidlərlə üzləşirdim. Amma bu tarixi prosesdir. Rusiya Ermənistanı əvvəl forpost adlandırırdı, indi isə “pulsuz çemodan”. Bu baxımdan dinamikanı düzgün qiymətləndirməliyik. Rusiyanın digər bölgələrdə problemləri daha güclənir, iqtisadi və daxili siyasi baxımdan Ermənistanın əhəmiyyəti Moskva üçün birinci yox, bəlkə də onuncu məsələdir. Türkiyənin fəallaşması bu mənada Rusiya tərəfindən kəskin reaksiya doğurmamalıdır. Təbii, nəzərə alınmalıdır ki, rus siyasi elitasının daxilində güclü ermənipərəst qruplaşma var. Onlar hansısa addımlar ata bilərlər, lakin bu tendensiyanı dəyişmək iqtidarında deyillər. Türkiyənin Cənubi Qafqaza gəlişi Rusiya tərəfindən mənfi reaksiyaya səbəb ola bilməz. İstisna etmirəm ki, gələcəkdə bu istiqamətdə rus-türk əməkdaşlığı da baş verə bilər.

- Bir neçə gün əvvəl Ermənistanın Xarici İşlər naziri Zöhran Mnatsakanyanın Qahirəyə səfəri baş verib, eləcədə məlum olub ki, Ermənistanın İraqdakı səfiri Qraçya Poladyan PKK terrorçularının işğal edilən Azərbaycan torpaqlarında yerləşdirilməsi üçün Şimali İraq Kürd Muxtariyyətinin administrasiyası ilə danışıqlar aparıb. Bu məsələni necə şərh etmək olar?

- Tovuz hadisələrindən sonra vacib və əhəmiyyətli hadisə baş verdi. Bu da Bakıda insanların könüllü şəkildə həmrəylik yürüşü idi. Bu aksiya heç kəs tərəfindən təşkil edilməmişdi, əslində xalqın iradəsini ortaya qoyan hadisə idi. Bu “növbətçi söhbətlər” silsiləsindən deyil, hamı da başa düşür ki, siyasi rəhbərlik daxili böhranın olmasını istəmirsə, addımlar atanda ictimai rəyi nəzərə almalıdır. Azərbaycan ictimaiyyətinin iradəsinin açıq formada ortaya qoyulması çoxlarını narahat edib. İlk növbədə Rusiyadakı ermənipərəst qüvvələri və Ermənistanı. Yuxarıda qeyd edim ki, təyyarə uçuşları hərbi xarakterdən daha çox təbliğati prosesdir. Məncə, bu Azərbaycan ictimaiyyətinin bu iradəsinə qarşı təşkil olunan cavab hadisələridir. Elə bunun davamı olaraq Ermənistandan məlumatlar sızdırılır ki, az qala Livanın “yarısı” işğal edilən ərazilərə köçür. Hərçənd bir-iki erməninin gəlib-gəlmədiyi sual altındadır. Sonra iddia edilir ki, guya ermənilər danışıqlar aparıb və bunun nəticəsində kürd döyüşçülər işğal edilən ərazilərimizə gəlir. Kürdlərin burada nə işi var?

Birincisi, kürd deyilən problem daxilində geniş siyasi mənzərə var. Kürd təşkilatlarının əksəriyyəti Türkiyə dövləti ilə əməkdaşlıq edirlər. Yalnız bir-iki təşkilat müxalif mövqedədir. Amma müşahidələr göstərir ki, Türkiyə siyasəti bu məsələdə həm güc, həm də diplomatiya amilindən istifadə edərək məsələlərin həllinə nail olur. Təsəvvür edin ki, İraqın dağlarından hansısa qüvvələr gəlib bizim işğal edilən ərazilərimizə. Onların burada nə məqsədi, marağı var? Nəyə görə, ermənilərə bu formada dəstək verməlidirlər? Əslində bu mümkünsüz məsələdir. Reallıqda isə bizə qarşı təxribatçı hərəkətlərdir. Əsas məqsəd odur ki, Azərbaycan ictimaiyyətində Rusiya və ya digər xofları virtual şəkildə yarada bilsinlər. Biz reallığa baxmalı və bilməliyik ki, bizim işğal edilən ərazilərdə məskunlaşan 3-5 terrorçu böyük problem deyil. Bunların hamısı təbliğata xidmət edən düşmən addımlarıdır. Bizim ictimaiyyəti idarə etmək üçün belə təxribatlardan istifadə edilir. Ermənilər bu məsələdə işləyirlər. Bizim üçün axı nə fərqi var, torpağımızı geri almaq istəyəndə orada İrəvandan gələn erməni olsun, yoxsa Livan ermənisi?...

Problem ondadır ki, Ermənistan özünün işğalçı və anneksiya siyasətindən imtina etmək istəmir. Onun Rusiya tərəfindən dəstəyi sual altında deyil. Amma siz təsəvvür edə bilərsinizmi Rusiya ermənilərə görə, bizə və Türkiyəyə qarşı çıxsın? Bu indi mümkün deyil və bunu hamı başa düşür. Hesab edirəm ki, yaxın aylar böyük əhəmiyyət kəsb edən dövr olacaq. Güclərin balansı, beynəlxalq vəziyyət baxımından bizim mövqelərimiz daha perspektivli görünür.

- Ölkənin əksər siyasi analitikləri sentyabr-oktyabr aylarında cəbhədə əməliyyatların bərpa edilməsinin mümkünlüyünü qeyd ediblər. Sizin proqnozunuz nədən ibarətdir?

- Bu fikirlərlə razıyam. Ola bilsin ki, belə fikirlərin yaranmasında mənim də hansısa şəkildə rolum olub. Bəzən deyirlər ki, müharibə başlaya bilər. Bəyəm müharibə qurtarıb ki, yenidən başlasın? Müharibənin elementləri ola bilsin ki, atəşkəs vaxtı o qədər də görünmürdü. Ancaq iqtisadi, informasiya, diplomatiya və digər sahələrdə müharibə davam edirdi. İndi hərbi səviyyədə məsələlərin daha kəskin şəkildə özünü biruzə verməsinin məqamı çatıb. Mən bunun alternativini görmürəm.

Həm də biz ermənilər deyəndə bütövlükdə erməniləri nəzərə almamalıyıq. Paşinyan elitası hərbi əməliyyatların bərpasını istəyir. Hakimiyyət dövrünü uzatmaq və qərbə yaxınlaşmaq üçün indiki erməni hakimiyyəti Rusiyadan uzaqlaşmalıdır. Bu komponent onu göstərir ki, Paşinyan siyasi elitası siyasətini bu istiqamətdə qurur.

- Bugünlərdə Rusiya “Qafqaz-2020” adlı təlimləri həyata keçirəcək. Bu təlimlər Azərbaycan və Türiyəyə hansısa mesaj kimi qiymətləndirilə bilərmi?

- Əvvəla, gəlin biz özümüzü rusların yerinə qoyaq. Görürük ki, Ermənistan ictimai və siyasi elita olaraq qərbyönümlü siyasəti istəyir. Bunu gizlətmək mümkün deyil. Digər tərəfdən görünür ki, Azərbaycan daha sanballı və stabil partnyordur. Amma yeganə problemimiz odur ki, biz Qarabağ konfliktində Rusiyanın mövqeyini qəbul etmirik.

İkinci element Türkiyədir. Ankara bəyan edib ki, bu məsələdə Azərbaycanın yanındadır və bu bəyanatlarını əməldə nümayiş etdirib.

İndi siz rusların yerində olsanız, Ermənistana dəstək verərdinizmi? Bu, siyasi məntiqə tamamilə yad addım olardı. Bəli, ermənipərəst siyasətçilər rusların əli ilə bizə qarşı müharibəyə başlamaq, bizi qorxutmaq istəyərdi. Amma bunun ehtimalı böyük deyil.

- “Qafqaz-2020” təlimlərinə Bakı qatılmır, amma Yerevan qatılır...

- Qatılsınlar da. Əslində təlimlərdə iştirak iki formada olur. Birincisi müşahidəçilik missiyası formasında. Müxtəlif ölkələrdən gələn müşahidəçilər təlimləri izləyir, qeydlərini aparırlar. Bu beynəlxalq praktikadır. Ermənilər bu təlimlərdə iştirak edir. Çünki Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Biz də siyasi baxımdan təminat almışıq və açıq deyilib ki, bu təlimlər Azərbaycana qarşı deyil. Mənə elə gəlir ki, ora müşahidəçilər göndərərək təlimlərin strukturlarını analiz edib bizə qarşı təhlükəli elementləri tapmaq lazımdır. Xüsusi bəyanat olub. Rusiya müdafiə naziri elan edib ki, bu təlimlər Azərbaycana qarşı yönəlməyib və belə məqsəd yoxdur. Bu, Azərbaycana qarşı olan təlim deyil. Əgər bu yüksək səviyyədən elan edilibsə, üstəlik Azərbaycan və Rusiya arasında hərbi dialoq mühiti varsa, deməli bu Azərbaycana qarşı yönəlməyib.

28 noyabr

01:26 - Ukrayna generalları Azərbaycan ordusunun Qarabağdakı döyüş təcrübəsini öyrənir00:08 - Paşinyan Moskvaya səfər edəcək

27 noyabr

21:53 - “Fransa Senatının qərarına etiraz əlaməti olaraq etiraz aksiyalar keçirilməlidir” 21:30 - Türkiyədən Fransa Senatının Bakıya qarşı düşmənçilik addımına SƏRT REAKSİYA21:18 - İllərlə qət edilən böyük uğurların izi ilə - FOTOLAR21:12 - Türk əsgəri Qarabağa nə vaxt gəlir? 21:09 - İranda nüvə alimi QƏTLƏ YETİRİLDİ17:04 - "Şuşa əməliyyatı göstərdi ki..." - İqor Korotçenko15:05 - “Paşinyan Zəngəzuru Əliyevə verəcək” - Ermənistanın keçmiş naziri13:35 - Ermənistanın ödəyəcəyi təzminat necə hesablanacaq? - ŞƏRH13:28 - Ararikin Moskva səfərinin pərdəarxası... -"Rusiya separatçı rejimi diriltmək istəyir"12:32 - “Ermənilər insan deyillər, işğalçıdırlar, vəhşidirlər” - Moldovalı ombudsman11:39 - Sabiq deputatımız ermənilərə un göndərirmiş? - ŞOK DETALLAR10:45 - Yeni nazir Rusiyanın adamıdır: Bakıda təhsil alıb10:40 - Azad olunmuş ərazilərdə dövlət sərhəddi təcili müəyyənləşməlidir, əks halda...00:30 - Erməni qoşunları Xankəndidəki uşaq bağçalarını MİNALAYIBLAR00:26 - Fransa qondarma "Dağlıq Qarabağ respublikası"nı tanımır - BƏYANAT00:21 - "Makron bu qətnaməni təsdiq edərsə, Türkiyə ordusu..." - Türk generaldan MÜHÜM AÇIQLAMA

26 noyabr

19:50 - Azərbaycan hərbçiləri Sotk qızıl mədənində? 19:45 - Azərbaycan Fransaya NOTA verdi 18:46 - Ermənistanda deputatlar arasında dava düşdü - VİDEO 16:01 - “Paris prosesi pozmağa, gərginlik yaratmağa cəhd edir” - Leonid Kalaşnikov13:47 - Düşmən Kəlbəcərdən sonra Laçında evləri yandırır... - FOTOLAR13:26 - Laçında nə baş verir? - “Hər şeyi son günə buraxdın ki...”12:47 - "Makron qudurub" - Deputat Aqil Abbas 12:43 - Həbsdəki həmkarlarının aqibətindən dərs götürməyən icra başçısı - Suraxanıda köhnə hamam məsələsidir...10:45 - "Senatın qərarı heç kim üçün faydalı olmayacaq" - Fransa XİN00:51 - "Kreml Qarabağ və Donbas arasında oxşarlıq görmür" - PESKOV00:46 - Ermənilər Xankəndinə niyə qayıdırlar? - Maraqlı açıqlama

25 noyabr

22:11 - "Bu qətnamə Azərbaycan üçün adi kağız parçasından başqa bir şey deyil" - Prezidentin köməkçisi