“Kərəm Həsənovdan soruşmaq lazımdır ki, bu qədər pul sənin bacında haradandır?” - Hikmət Hacızadə

16 sentyabr, 2020 14:57

“Təəssüf ki, insanlar rasional düşünmək əvəzinə, belə cəfəng işlərlə məşğuldur. Yaxşı olar ki, hüquq-mühafizə orqanları Kərəm Həsənovun bacısının əlində o qədər vəsaitin necə toplanmasını araşdırsınlar. Soruşmaq lazımdır ki, bu qədər pul hardandır ki, falçıya verirsən? Əslində, bu sualı hakim verməlidir. Bəlkə, falçı inkar edəcək ki, pul almayıb, çünki bunu sübut etmək lazımdır. Rəna Ağarzayeva o qədər pulu notarius vasitəsilə verməyibsə, sübut etmək çətin olacaq. Bunlar mövhumatın yaratdığı tragikomediyadır”.

Azsiyasət.com xəbər verir ki, bu sözləri politoloq Hikmət Hacızadə Əmlak Məsələləri Dövlət Komitəsinin sabiq sədri Kərəm Həsənovun bacısının falçıya külli miqdarda – yarım milyon manat pul verməsi barədə məhkəmə çəkişməsini şərh edərkən bildiririb.

Hikmət Hacızadə Kərəm Həsənovun illərdir vəzifədə qaldığını xatırladaraq bildirib ki, onun karyera yüksəlişi sual doğurur. 

"Nəzərə alın ki, Kərəm Həsənov kiçik vəzifə daşımayıb, ölkənin əmlakına nəzarət edirdi. Soruşmaq lazımdır ki, sənin bacında bu qədər pul hardandır belə axmaq iş üçün xərcləyir. Deməli, onlar üçün milyon xırda puldur”, - politoloq bildirib. 

Xatırladaq ki, Kərəm Həsənovun bacısı Rəna Ağarzayeva Nərimanov Rayon Məhkəməsində iddia qaldıraraq Ceyhun Zeynallı tərəfindən aldadıldığını bildirir. Məhkəmənin qərarı ilə Zeynallı haqqında 4 aylıq həbs qətimkan tədbiri seçilib. Onun Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə (dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hallarına hüquqi qiymət verilməsini təmin etmə) təqsirləndirildiyi bildirilib. Həmin maddənin 3.2. bəndi isə bu əməlin külli miqdarda ziyan vurmaqla törədilməsi hallarını əhatə edir.

Məhkəmə hökmündə qeyd olunub ki, Rəna Ağarzayevanın iddiası əsasında 201900094 saylı cinayət işin başlanmasının səbəbi ona məxsus 397 min manatın mənimsənilməsidir.

Məhkəməyə göndərilən təqdimatda deyilir ki, Şəfəq İsmiyeva etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədilə əri Ceyhun Zeynallı ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 2017-i ilin əvvələrində “İnstagram” sosial şəbkəsində “baxıcı” adlı səhifə açıb.

O, özünü Maya, əri Ceyhun Zeynallını isə Rusiyada yaşayan Dmitri adlı baxıcı kimi təqdim edib, kart vasitəsilə fala baxdığını və qadınların gələcək taleyi ilə bağlı proqnozlar verə bildiyini söyləməklə ona müraciət edən qadınların etibarını qazanıb.

Bu məqsədlə Şəfəq İsmiyeva ona müraciət edən Rəna Ağarzayevanın etibarından sui-istifadə edərək 2017-ci ildən 2020-ci ili əvvələrinə kimi ondan 397 min manat pul mənimsəyib: "Başlanan cinayət işi üzrə məhkəməyə göndərilən təqdimata görə, Şəfəq İsmiyeva Rəna Ağarzayevanın qız övladının öləcəyi, bəxtinin bağlanması ilə bağlı cadu edildiyini bildirərək daha yüksək gəlir əldə etmək məqsədi ilə 397 min manatın mənimsəyib".

Hazırda iş Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun icraatındadır.

29 iyun

11:59 - İngiltərə Türkiyədə ikinci çevrilişə hazırlaşır? 11:51 - İrəvandan Zəngəzur dəhlizi açıqlaması...11:47 - 5 ildə büdcədən 2,5 milyard alıb, ancaq... - Cavid Qurbanovun dövrü "Azərbaycan Dəmir Yolları" QSC-də hansı pozuntulara yol verilib?01:46 - "Ukraynaya görə Rusiya ilə döyüşməyəcəyik" - Boris Conson01:16 - İraqda İsraillə münasibətlərin normallaşdırılmasını istəmək cinayət hesab olunacaq01:12 - Ermənistanda fəhlələr aclığa başladı01:09 - Əli Xameneinin müşavirindən Azərbaycana qarşı ittihamlar01:06 - Türkiyə Finlandiya və İsveçin NATO-ya üzv olmasına niyə razılıq verdi?

28 iyun

17:34 - Rusiyadan NATO sammitinə "sürpriz" - FOTO 17:27 - Putin Xersonun müdafiəsində nüvə silahından istifadəni nəzərdə tutub? 17:23 - "Rusiya ilə danışıqlar yolunun tapılması tərəfdarıyam" - Henri Kissincer12:27 - "Seyid cəddinə arxayın olan kimi, biz də neft və qaz gəlirlərinə arxayın olmamalıyıq" - Siyavuş Novruzov12:08 - Azərbaycanda böyük bir mafiya var: Turizmin inkişafına imkan vermirlər - Millət vəkili11:20 - Laçından ermənilər köçürülür?11:18 - Ermənistanı Qarabağa dair tələbləri yumşaltmağa kim çağırıb? - Paşinyan açıqladı11:15 - "Rusiya ordusu axıra qədər vuruşmağa məcburdur" - Budanov00:13 - Rusiya ticarət mərkəzini haradan və necə vurub?

27 iyun

22:37 - İsveç terrorçular üçün təhlükəsiz sığınacaq olmayacaq22:35 - İlham Əliyev Putinlə nə vaxt görüşəcək?22:30 - Rusiya bu ölkənin 8 diplomatını geri göndərir18:40 - Vüsal Novruzov niyə həbs edilmir?18:14 - Müharibənin 124-cü günü - Rusiya Ukraynanın itkilərini açıqladı18:11 - Çapay Sadıqlı nə üstündə öldürülüb  - AXCP fəalının qətlinin təfərrüatı18:09 - Səfirimiz İran XİN-ə getdi14:03 - "Xəzər beşliyi" fəaliyyətini necə davam etdirəcək?12:42 - İlham Əliyev Ermənistana   xəbərdarlıq etdi11:47 - Nazirlər Bakı Bəyannaməsi imzaladılar - FOTOLAR11:09 - Azərbaycanda növbəti komando hərbi hissələri açılacaq10:04 - İbrahim Kalından Qarabağ açıqlaması - "Amerikalılarla qarşı-qarşıya gəldik"10:02 - Putinin nüvə çamadanı necə işləyir?