“İndiyə qədər Rusiyaya qarşı etirazlar qapalı kabinetlərdə olurdu, indi isə...” - Politoloq

10 sentyabr, 2020 00:42

Azərbaycanın rəsmi siyasəti Rusiyaya qarşı xeyli cəsarətli görünür. Rusların erməniləri silahlandırmaları ilə bağlı rəsmi Bakının israrlı bəyanatlarıni misal göstərmək olar. Əvvəllər bu cür situasiyalarda rəsmi mövqe, rəsmi media ya susqun qalırdı, ya da çox yumşaq formada bu açıqlanırdı. İndi bizi Rusiyaya qarşı ehtiyatlı davranış mövqeyindən bir qədər fərqli mövqeyə sövq edən nədir?

Azsiyasət.com-un məlumatına görə, politoloq Elşən Mustafayev musavat.com-a bildirib ki, əslində Azərbaycan hakimiyyəti hər zaman çox yaxşı bilib ki, Ermənistanı indiyədək hərbi və iqtisadi cəhətdən dəstəkləyən Rusiya olub: 

“İlk belə skandal 1997-ci ildə  Rusiyanın Ermənistana 1 milyard dollarlıq silah bağışlaması ilə baş vermişdi. O zaman da bir müddət etirazlar oldu, sonra hər şey səngidi. Bildiyim qədər o dövrdən sonra mütəmadi olaraq, Ermənistana hərbi texnikalar, raketlər, hava hücumundan müdafiə qurğuları demək olar ki, əvəzsiz verilib. Rusiya ilə təxminən indiki kimi son gərginlik 2012-ci ildən 2013-cü ilin yazına qədər olmuşdu. O zaman da  məmurlar, millət vəkilləri səviyyəsində Rusiya ittiham olunurdu. 2013-ün yazında Putinin Bakıya səfərindən sonra bu gərginlik aradan götürüldü. Amma bu o anlama gəlməsin ki, Rusiyanın Ermənistana münasibəti də dəyişdi. Əksinə hər zamankından daha da artıq dəstək  verdi. Sual olunur, bütün bunlar illərdir mövcuddursa nədən indi bəyanatlar verilib? Düşünürəm ki, indiyə qədər də belə addımlara etirazlar, bəyanatlar olub. Amma bu etirazlar qapalı kabinetlərdə olunub və ictimailəşdirilməyib. İndiyədək bunun səbəbini rəsmi Kremlin rəsmi Bakı ilə siyasi münasibətlərində yaxınlığın olmasında, bu yaxınlıqdan hər iki tərəfin məmnun qalmasında görürəm”.

Elşən Mustafayev

Ekspert hesab edir ki, həmçinin Azərbaycan iqtidarının yüksək eşalonunda Rusiya ilə müxtəlif tərəflərdən ciddi bağlılığı  olan insanların olması da bu etirazların indiyədək  üzə çıxmasına mane olub. Görünür, bu gün siyasi maraqlarda toqquşma yaranıb ki, münasibətlərdəki gərginlikər açıq şəkildə ifadə olur:

“Eyni zamanda hakimiyyədəki rusiyapərəst güclərin zəifləməsi ehtimalının da bu məsələlərə təsir etməsini istisna etmirəm. Bu gün bir fürsətdir ki, Rusiya ilə siyasi yaxınlıqdan imtina edilməli, yalnız qonşuluq münasibətləri saxlanılmalıdır. Yox əgər, 2013-cü ildəki kimi hansısa səbəblərdən münasibətlər əvvəlki məcraya qayıdacaqsa bu ölkəmiz üçün ziyanlı olacaq”.

29 iyun

11:51 - İrəvandan Zəngəzur dəhlizi açıqlaması...11:47 - 5 ildə büdcədən 2,5 milyard alıb, ancaq... - Cavid Qurbanovun dövrü "Azərbaycan Dəmir Yolları" QSC-də hansı pozuntulara yol verilib?01:46 - "Ukraynaya görə Rusiya ilə döyüşməyəcəyik" - Boris Conson01:16 - İraqda İsraillə münasibətlərin normallaşdırılmasını istəmək cinayət hesab olunacaq01:12 - Ermənistanda fəhlələr aclığa başladı01:09 - Əli Xameneinin müşavirindən Azərbaycana qarşı ittihamlar01:06 - Türkiyə Finlandiya və İsveçin NATO-ya üzv olmasına niyə razılıq verdi?

28 iyun

17:34 - Rusiyadan NATO sammitinə "sürpriz" - FOTO 17:27 - Putin Xersonun müdafiəsində nüvə silahından istifadəni nəzərdə tutub? 17:23 - "Rusiya ilə danışıqlar yolunun tapılması tərəfdarıyam" - Henri Kissincer12:27 - "Seyid cəddinə arxayın olan kimi, biz də neft və qaz gəlirlərinə arxayın olmamalıyıq" - Siyavuş Novruzov12:08 - Azərbaycanda böyük bir mafiya var: Turizmin inkişafına imkan vermirlər - Millət vəkili11:20 - Laçından ermənilər köçürülür?11:18 - Ermənistanı Qarabağa dair tələbləri yumşaltmağa kim çağırıb? - Paşinyan açıqladı11:15 - "Rusiya ordusu axıra qədər vuruşmağa məcburdur" - Budanov00:13 - Rusiya ticarət mərkəzini haradan və necə vurub?

27 iyun

22:37 - İsveç terrorçular üçün təhlükəsiz sığınacaq olmayacaq22:35 - İlham Əliyev Putinlə nə vaxt görüşəcək?22:30 - Rusiya bu ölkənin 8 diplomatını geri göndərir18:40 - Vüsal Novruzov niyə həbs edilmir?18:14 - Müharibənin 124-cü günü - Rusiya Ukraynanın itkilərini açıqladı18:11 - Çapay Sadıqlı nə üstündə öldürülüb  - AXCP fəalının qətlinin təfərrüatı18:09 - Səfirimiz İran XİN-ə getdi14:03 - "Xəzər beşliyi" fəaliyyətini necə davam etdirəcək?12:42 - İlham Əliyev Ermənistana   xəbərdarlıq etdi11:47 - Nazirlər Bakı Bəyannaməsi imzaladılar - FOTOLAR11:09 - Azərbaycanda növbəti komando hərbi hissələri açılacaq10:04 - İbrahim Kalından Qarabağ açıqlaması - "Amerikalılarla qarşı-qarşıya gəldik"10:02 - Putinin nüvə çamadanı necə işləyir?09:57 - Azərbaycanda təyyarə biletinin qiyməti artmaqda davam edir