XİN-i mafiyalardan təmizləmək mümkün olacaqmı - deputatdan ilginc açıqlama

06 sentyabr, 2020 00:10

Elmar Məmmədyarovun kök salmış biznesmen diplomatlarının və məmurlarının sonudur

Elmar Məmmədyarovun xarici işlər naziri postundan gedişindən sonra bu strukturda irimiqyaslı “təmizləmə” işlərinə start verilib. XİN-in məmur korpusunda aparılan kadr dəyişiklikləri bu sistemin yenilənməsinə hesablanıb.

Hazırda Məmmədyarovun kök salmış adamlarının uzaqlaşdırılması, korrupsiya şəbəkəsinə bulaşmış şəxslərin saf-çürük edilməsi prosesi gedir. Sonuncu belə qərarlardan birində xarici işlər nazirinin müavini Nadir Hüseynov vəzifədən azad edilib, xüsusi tapşırıqlar üzrə səfir təyin olunub. Onun yerinə Fariz Rzayev nazir müavini gətirilib.

Yayılan məlumatlara görə, sabiq nazir müavini XİN-də baş verən pozuntularla bağlı DTX-yə çağırılıb, saatlarla ifadə verib. Onunla paralel digər nazir müavini - Ramiz Həsənovun da istintaqa dəvət olunduğu, dindirildiyi iddiaları səslənməkdədir. Baxmayaraq ki, özü təkzib edib. Lakin nazirliyin İşlər İdarəsinin müdiri Fərhad Mollazadə və Konsulluq İdarəsinin rəisi Faiq Bağırov da daxil olmaqla, əməkdaşlarının həbsi bu sahələri birbaşa kurasiya edən nazir müavinlərinin də ciddi cavabdehlik daşıyacaqlarına işarə idi. Bu informasiyaların tirajlanmasından sonra N.Hüseynovun nazir müavini postundan kənarlaşdırılması da iddiaları təsdiqləyir. Ehtimal edilir ki, tezliklə R.Həsənov da nazir müavini vəzifəsindən azad ediləcək.

Nadir Hüseynov

Həmçinin, diplomatik korpuslarda, səfirliklərdə “təmizləmə”lərin davam edəcəyi gözlənilir. Səfirliklər, konsulluqlar və digər diplomatik nümayəndəliklərdə yoxlamaların aparıldığını Xarici İşlər naziri Ceyhun Bayramov da təsdiq edib. “Cənab Prezidentin tapşırığına uyğun olaraq, Xarici İşlər Nazirliyinin (XİN) həm aparatının, eyni zamanda xarici ölkələrdə yerləşən diplomatik nümayəndəliklərimizin işi, fəaliyyəti artıq təhlil olunur. Qeyd olunan nöqsanların aradan qaldırılması istiqamətində ciddi tədbirlər həyata keçiriləcək”- Ceyhun Bayramov belə deyib.

Ümumiyyətlə, illər boyu XİN sistemi bəzi vəzifəli məmurların ailə üzvləri və yaxın qohumları üçün iş yeri funksiyasını daşıyıb. Bir çoxları isə bu sahəyə diplomatik immunitet və diplomatik pasport qazanmaq vasitəsi kimi baxıb. Nazirliyə rəhbərlik edən şəxs isə kadrları təyin edərkən ştat yerlərini, onların bilik və bacarıqlarını nəzərə almayıb. Doğrudur, elə diplomatlar var ki, onların yüksək biliyə malik olmasına şübhə edilmir. Ancaq onların təyinatında valideyn himayəsi az rol oynamayıb.

Ona görə də XİN-i biznesmen səfirlərdən, vəzifəli ataların övladlarından, imkanlı “dayı”ların qohumlarından təmizləmək üçün real imkan yaranıb. Bu dəyişiklikləri həyata keçirmək üçün Azərbaycan prezidenti yeni nazirə bütün tapşırıqları da verib.

Elman Nəsirov

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Elman Nəsirov XİN-də gedən dəyişikliklərlə bağlı “Yeni Müsavat”a bildirib ki, ölkədə prezidentin rəhbərliyi altında irimiqyaslı və dərinləşən islahatlar kursu həyata keçirilir. Deputatın sözlərinə görə, islahatlar kursun mərkəzi elementlərindən biri də kadr dəyişiklikləridi: “Dövlət başçısı icra başçılarını təyin edərkən bildirir ki, məmurlar elmli, vətənpərvər, milli dəyərlərlə tərbiyə almış, müstəqillik ideyasını təbliğ edən şəxslər olmalıdır. Burada, təbii ki, peşəkarlıq da tələb olunur.

Amma bəzən şahidi oluruq ki, məmurlar dövlətçiliyə yox, özündən bir pillə yuxarıdakı vəzifəliyə tabe olurlar, ona sədaqət nümayiş etdirir, yaxın adamlarını postlara təyin edirlər. Halbuki prezident də tələb edir ki, dövlətə sədaqətli olmaq lazımdır".

E.Nəsirov qeyd etdi ki, prezidentin XİN rəhbəri Ceyhun Bayramovun qarşısında qoyduğu tələb milli ruhda olan diplomatları önə çəkmək, beynəlxalq aləmdə Azərbaycanın mövqeyini müdafiə edən kadrlara dəstək verməkdir: 

“Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat, Elmar Məmmədyarovun işindən azad edilməsi göstərdi ki, Xarici İşlər Nazirliyində problemlər mövcuddur. Bu həm təsərrüfatı əhatə edir, yəni yeyintilərdən söhbət gedir, həm də kadrların nə dərəcə milli maraqlara xidmət etməsi, sədaqətli olması problemini meydana çıxarır. Sirr deyil ki, bəzi ölkələrdə diplomat kadrlarımız vəzifələrini ləyaqətlə yerinə yetirməyiblər, antimilli addımlarda iştirak ediblər, onun icraçısına çevriliblər. Bu kateqoriyadan Arif Məmmədov və digərlərini qeyd etmək olar”.

Komitə üzvü hesab edir ki, yeni nazirin qarşısına qoyulan hədəflərdən biri də vətənpərvər diplomatlara dəstəkdir: “Elələri təyin olunmalıdırlar ki, ölkənin xarici siyasətinin, milli maraqlarının həyata keçirilməsində can qoysunlar. Artıq bu işə start verilib, bacarıqlı diplomatik kadrların önə çəkilməsinə başlanıb. Bu prosesdə peşəkar kadrlar, dövlətə sədaqətli kadrlar qətiyyən narahat olmasınlar. Bu kriteriyalara uyğun olmayanlar işdən kənarlaşacaqlar”.

E.Nəsirovun fikrincə, XİN-də gedən dəyişiklikləri kampaniya kimi qiymətləndirmək olmaz: “Yeni nazir Ceyhun Bayramov bilikli kadrdır, nazir təcrübəsi var və atdığı addımlarda hesablanıb ki, Azərbaycanın xarici siyasət maraqlarının təminatı üçün münbit şərait təmin edilsin. Razı deyiləm ki, guya bu məsələlərdə kampaniyaçılıq olacaq, qabiliyyət olub-olmayacağına baxılmayacaq. Yeni naziri yaxşı tanıdığımdan əminliklə söyləyirəm ki, heç bir kampaniyaçılıq ola bilməz. Dəfələrlə Ceyhun Bayramovla telefon danışığımız, görüşümüz olub, vətənpərvər, milli ruhlu insandır”.

Xatırladaq ki, Dövlət Təhlükəsizlik Xidmətinin Xarici İşlər Nazirliyində bu il iyulun 3-də keçirdiyi əməliyyat nəticəsində nazirliyin İşlər İdarəsinin müdiri Fərhad Mollazadə və Konsulluq İdarəsinin rəisi Faiq Bağırov da daxil olmaqla bir neçə əməkdaşı saxlanılıb. Daha sonra saxlanılanlar barəsində məhkəmə həbs qətimkan tədbiri seçib. Bu hadisələrdən bir qədər sonra prezident İlham Əliyevin sərəncamı ilə Xarici İşlər naziri Elmar Məmmədyarov vəzifəsindən azad edilib.

18 avqust

16:01 - İlham Əliyev sərəncam imzaladı - Komissiyanın tərkibi dəyişdi15:59 - Ermənistan Azərbaycanla sərhəddə üç keçid məntəqəsi açacaq15:55 - Rusiya ordusunun kapitanı müharibəyə qarşı çıxan azərbaycanlını güllələdi - "Sirena" nəşri15:50 - Türkiyyə İsveç və Finlandiyaya xəbərdarlıq etdi15:47 - ОАО “Azərlotereya” заплатила налогов на сумму более 5 миллионов AZN - фото15:43 - "Azərlotereya" ASC 5 milyon manatdan çox vergi ödəyib - FOTOLAR 15:35 - 1 saylı "zon"un rəisi avtoritetlərə yas mərasimi təşkil edib10:48 - Çin Rusiyaya qoşun göndərir...10:45 - Rusiya və Ermənistan arasında böyük gərginlik - Dostlar düşmənə çevirilir?09:17 - Azərbaycanda məmurlar niyə kompromat toplayır? 00:53 - Qazaxıstan təhsilində rus dili qadağası - Kreml hansı addımı atacaq?00:44 - İlham Əliyev və Mehriban Əliyeva Müslüm Maqomayevin xatirəsinə həsr olunan gecədə iştirak edib - FOTOLAR00:42 - Rusiyadan Krımla bağlı təcili addım...00:38 - Bu gün ermənilər Laçındakı kilsəyə toplanacaq - SƏBƏBLƏR00:32 - Bizim Market” satıldı: Qalmaqallı iş adamı ölkəni tərk edir? - FOTO 00:29 - Qarabağda ermənilərdən ağır silahlar alınır? - Erməni mediası00:26 - NATO Kosovodakı sülhməramlıların sayını niyə artırır?

17 avqust

17:11 - Türkiyə-İsrail yaxınlaşmasını təmin edən hansı amillərdir?16:08 - Ukraynaya hücumdan əvvəl nələr baş verib: Gizli saxlanılan detallar açıqlandı - "The Washington Post" 16:05 - Türkiyə-İsrail münasibətləri bərpa olundu13:22 - Çin Ukrayna ilə müharibədə Rusiyaya kömək edirmi? - Kuleba izah edib13:20 - "O gözəl günləri xatırladıq və Mehribanla çox duyğulandıq" - İlham Əliyev11:57 - Rusiya Ermənistana nota verdi02:04 - Bundan sonra almanların Rusiyaya münasibəti necə olacaq? - "İROZHLAS" nəşri02:00 - Quterreş, Ərdoğan və Zelenski arasında Lvovda görüş olacaq 01:58 - Çinin Tayvanı işğal etməsi an məsələsidir...01:52 - ABŞ İrana qarşı sanksiyaların ləğvini qəbul edib?

16 avqust

19:38 - Rusiya ilə sərhəddə Sovet abidəsi söküldü...18:46 - İran hərbi nümayəndə heyəti Qarabağda - FOTO18:36 - Ermənistan "sülhə" belə hazırlaşır - FOTOLAR