“Oktyabrda müharibə başlamasa, yaza qədər...” - Deputat şərh edir

05 sentyabr, 2020 01:25

Generalların intensiv qarşılıqlı səfərləri ola bilsin ki, real görünən böyük hərbi toqquşma ərəfəsində atılan addımlardır.

Azsiyasət.com xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, analitik Rasim Musabəyov Azərbaycan Müdafiə naziri Zakir Həsənovun Rusiya, habelə Rusiya müdafiə nazirinin birinci müavini Ruslan Tsalikovun Bakı səfəri haqqında danışarkən deyib.

Rasim Musabəyov xatırladıb ki, Rusiya müdafiə nazirinin birinci müavini Ruslan Tsalikovun Bakıda səfərdə olduğu zaman digər müdafiə nazirinin müavini Ermənistanda olub:

“Bundan başqa, Rusiya Müdafiə naziri Sergey Şoyqu Bakıya səfər etmişdi. Eləcə də Ermənistan Müdafiə naziri David Tonoyan Moskvaya getmişdi. İndi Azərbaycan müdafiə naziri Moskvadadır. Fərz edirəm ki, bu, kifayət qədər real görünən böyük hərbi toqquşma ərəfəsində baş verir. Bir tərəfdən Rusiya erməniləri silahla təmin edir ki, Azərbaycan qarşısında aciz qalmasınlar. Bununla paralel səy göstərirlər ki, böyük müharibə başlamasın. Hamı anlayır ki, sentyabr-oktyabr aylarında müharibə başlamasa, yaza qədər vəziyyət olduğu kimi qorunub saxlanılacaq”.

Deputat qeyd edib ki, erməni tərəfinin son dövrlər təxribatçı və avantürist xətt tutduğu müşahidə olunur.

Onun fikrincə, Tonoyanın son açıqlaması bunu göstərir: “Onlar hesab edirlər ki, sonsuz dəhşətdənsə, dəhşətli son yaxşıdır. Ehtimal edirlər ki, qısa müddətli müharibədə hansısa uğur qazana bilərlər. Hətta uğursuz olduqları təqdirdə böyük dövlətlər bu işə qarışacaq və hər bir halda ermənilər müəyyən əraziləri itirsə də, qazandıqları daha çox olacaq. Yəni bu halda Azərbaycanı məcbur edəcəklər ki, ya mövcud vəziyyəti dondurub saxlasın, ya da sülhə məcbur edəcəklər. Bu halda regionda hər tərəfdən bağlı olan Ermənistanı vəziyyətdən çıxmağa xidmət edə bilər. Amma bu hesablamalar səhv ola və ermənilərin başında çatlaya bilər. Ermənilər bu variantdan da ehtiyatlanırlar”.

Müharibənin başlaması zərurətinin olub-olmadığına gəlincə, Musabəyov bildirib ki, erməni tərəfi özünü üzlü aparır və faktiki danışıqlar prosesini pozub:

“Söhbət ondan gedir ki, erməni tərəfi həmsədrlərin 20 il ərzində işlədiyi təklifləri rədd edib hoqqabazlıqla məşğul olurlar. Sülh perspektivi olmadığı təqdirdə gərginlik artacaq. Azərbaycanı da çıxılmaz vəziyyətə qoyurlar. Bizim ərazi bütövlüyümüzü bərpa etməyimiz üçün güc amilindən istifadə etməkdən savayı başqa imkanlar qalmayıb. Sadəcə oturub ermənilərin nə zaman ağıllanacağını gözləmək də mümkün deyil. Biz böyük xərclər çəkib ordumuzu gücləndiririk. Bəyəm erməni dığaları qarşısında aciz qalmışıq? Fərz edirəm ki, Azərbaycan o cümlədən, Türkiyə vasitəsilə bu amili neytrallaşdırmaq üçün səylər göstərir. Mümkün olduğu halda erməniləri əzəcəyik”.Teleqraf

29 iyun

01:46 - "Ukraynaya görə Rusiya ilə döyüşməyəcəyik" - Boris Conson01:16 - İraqda İsraillə münasibətlərin normallaşdırılmasını istəmək cinayət hesab olunacaq01:12 - Ermənistanda fəhlələr aclığa başladı01:09 - Əli Xameneinin müşavirindən Azərbaycana qarşı ittihamlar01:06 - Türkiyə Finlandiya və İsveçin NATO-ya üzv olmasına niyə razılıq verdi?

28 iyun

17:34 - Rusiyadan NATO sammitinə "sürpriz" - FOTO 17:27 - Putin Xersonun müdafiəsində nüvə silahından istifadəni nəzərdə tutub? 17:23 - "Rusiya ilə danışıqlar yolunun tapılması tərəfdarıyam" - Henri Kissincer12:27 - "Seyid cəddinə arxayın olan kimi, biz də neft və qaz gəlirlərinə arxayın olmamalıyıq" - Siyavuş Novruzov12:08 - Azərbaycanda böyük bir mafiya var: Turizmin inkişafına imkan vermirlər - Millət vəkili11:20 - Laçından ermənilər köçürülür?11:18 - Ermənistanı Qarabağa dair tələbləri yumşaltmağa kim çağırıb? - Paşinyan açıqladı11:15 - "Rusiya ordusu axıra qədər vuruşmağa məcburdur" - Budanov00:13 - Rusiya ticarət mərkəzini haradan və necə vurub?

27 iyun

22:37 - İsveç terrorçular üçün təhlükəsiz sığınacaq olmayacaq22:35 - İlham Əliyev Putinlə nə vaxt görüşəcək?22:30 - Rusiya bu ölkənin 8 diplomatını geri göndərir18:40 - Vüsal Novruzov niyə həbs edilmir?18:14 - Müharibənin 124-cü günü - Rusiya Ukraynanın itkilərini açıqladı18:11 - Çapay Sadıqlı nə üstündə öldürülüb  - AXCP fəalının qətlinin təfərrüatı18:09 - Səfirimiz İran XİN-ə getdi14:03 - "Xəzər beşliyi" fəaliyyətini necə davam etdirəcək?12:42 - İlham Əliyev Ermənistana   xəbərdarlıq etdi11:47 - Nazirlər Bakı Bəyannaməsi imzaladılar - FOTOLAR11:09 - Azərbaycanda növbəti komando hərbi hissələri açılacaq10:04 - İbrahim Kalından Qarabağ açıqlaması - "Amerikalılarla qarşı-qarşıya gəldik"10:02 - Putinin nüvə çamadanı necə işləyir?09:57 - Azərbaycanda təyyarə biletinin qiyməti artmaqda davam edir09:54 - "Rusiya son bir əsrdə ilk defolt elan edib" - "Bloomberg"

26 iyun

20:25 - Azərbaycan səfiri İran şirkətlərini Qarabağ və Şərqi Zəngəzura sərmayə yatırmağa çağırıb