Hollandiyanın azərbaycanlı tibb işçisi: “Koronavirusa yoluxan sağlam insanın ölüm ehtimalı azdır” - MÜSAHİBƏ

03 iyul, 2020 14:30

Pandemiya dövründə həkimlərimizlə yanaşı, tibb bacıları, digər tibb işçiləri də virusla mübarizə üçün əlindən gələni edir.

Koronavirusla mübarizədə çarpışan tibb işçiləri arasında xaricdə yaşayan azərbaycanlılar da var. Onlardan biri də 20 ildir ki, Hollandiyada yaşayan Lamiyə Babayevadır. Lamiyə xanım bir neçə il Azərbaycanda tibb bacısı kimi çalışıb. İndi isə Amsterdamda 8 min işçisi olan "VU MC" xəstəxanasında tibb bacısı kimi fəaliyyət göstərir, koronaviruslu xəstələrə tibbi xidmət göstərir.


Lamiya Babayeva mövcud vəziyyət və xəstəliklə bağlı sualları Modern.az-a müsahibəsində cavablandırıb.

- Lamiyə xanım mümkünsə Hollandiyada ümumi vəziyyəti təsvir etmənizi istərdik...

- Mart ayının 16-ı ölkədə karantin elan olundu. Amma əksər ölkələrdə təbiq olunan komendant saatı, küçəyə çıxma qadağası burda tətbiq edilmədi. Ümumiyyətlə, hollandların milli şüuru bir qədər fərqlidir. Onlar özləri qadağalara tam əməl etdiyi üçün "Evdə qal" çağırışının bir faydası olmayacaqdı, hollandlara qadağa qoymaq, evə həbs etmək olmaz. Amma kafelər, sinemalar, gözəllik salonları bağlandı. İndi artıq sərt qadağalar da yığışdırılıb, hər yer işləyir. Günə 3-10 arası virusdan ölən olur. Lakin əvvəllər də oluğu kimi, indi də sosial məsafə qorunur, avtobusda maska taxmaq zəruri hesab olunur. Maska taxmasan, 100 avro cərimə olunursan.

 

- Bir neçə dəfə müxtəlif ölkələrin "koronavirusa qarşı vaksin tapıldı" xəbərinə sevinmişik. Bu xəbərlər nə qədər həqiqəti əks etdirir? Sizcə vaksin tapılıb?
 

- Koronavirusa qarşı vaksinin hazırlanması ilə bağlı xəbərlərin hamısı yalandır. Bu sadəcə ölkələrin reklamıdır. Vaksinin hazırlanması üçün aylar, illər lazımdır. Əgər indi mənə desələr ki, arıq vaksin hazırdır və sən ondan istifadə et, heç vaxt razı olmaram. Yalandan 5-10 nəfərin arasında sınaq aparıb hansısa nəticəyə gəlmək olmaz. Tibbi biliyi olan insan “vaksin hazırlanıb” xəbərinə inanmamalıdır.


- Pandemiyanın sonlanması ilə bağlı fikirlər müxtəlifdir. Holland mütəxəssislər bu barədə nə deyir?

 

- Heç kim deyə bilməz ki, pandemiya nə zaman sonlanacaq. Virusun 2 il sonra da məhv olacağı ilə bağlı fikirlər var, amma bu, dəqiq deyil. Çünki söylənilən fikirlərin elmi əsası yoxdur. Hər şeyi zaman göstərəcək.


- Əvvələr deyirdilər ki, şəxsin əlavə xəstəliyi varsa, koronavirusu ağır keçirir. Amma biz heç bir problemi olmayan insanların da koronavirusu ağır keçirdiyinin şahidi olduruq. Buna aydınlıq gətirmənizi istərdim. Yəni sağlam adamlar da xəstəliyi ağır keçirə bilər?

 

- Koronavirus heç şübhəsiz ki, insanların səhhətində problemlər yaradır. Amma xəstənin şəkər diabeti, bronxial asması varsa, onun ölmə ehtimalı daha çox olur. Bəhram Bağırzadəyə baxın, artıq çəki, allergiya və asma xəstəliyi onun koronavirusu ağır keçirməsi ilə nəticələnib.

Sağlam insan da xəstəliyi ağır keçirə bilər, amma ölüm ehtimalı çox aşağı olur.

 

- Deyirlər ki, immuniteti nə qədər güclü tutsan, koronavirusu da bir o qədər rahat keçirərsən. Lamiya xanım, tibb işçisi kimi deyərdiniz, immun sistemimizi necə güclü tutaq?
 

- Desək ki, pandemiya dönəmində filan qidanı ye, immun sistemin bərkiyəcək, bu doğru olmaz. Amma ümumi bildiyimiz məsələdir ki, sağlam qidalanmaq istənilən dönəm üçün lazımlıdır. "McDonald"da yeyilən qeyri-təbii qidalar, qazlı içkilər və s. immun sistemini zəiflədir. Bundan başqa, ağ çörək, yağlar da insan səhhətinə zərərlidir.

Ümumiyyətlə, Azərbaycanda şəkər və yağ tərkibli qidalara insanlar üstünlük verir. Bu cür qidalar çox dadlı olur və insanlarda aslılıq yaradır. Mən Azərbaycana gələndə müşahidə etmişəm ki, kişilərin də, qadınların da çoxu piylənmədən, qarın çıxmasından narahatdır və əksəriyyətdə şəkər xəstəliyi var. Bunlar hamısı tez-tez yeyilən və dadlı hesab edilən zərərli qidaların təsirindən doğur. Yenə də məsləhət görürəm ki, meyvə-tərəvəzə üstünlük vermək lazımdır. Hər şey qidalanmadan irəli gəlir.

 

- Koronaviruslu xəstələr sağaldıqdan sonra onlara hansısa məhdudiyyətlər qoyursunuz? Yəni qidalanma və gündəlik rejimlə bağlı.

 

- Xeyr. Sağaldıqdan sonra normal həyata olduğu kimi, davam edirlər. Amma xəstəliyi ağır keçirən şəxs sağalırsa, onda olan əlavə problemlərin - artıq çəki, digər xəstəliklərin aradan qaldırılması üçün tövsiyələr verilir.

 

- Dünyanın bir çox ölkələrində turizm mövsümü açılıb və turistlər səyahət etdiyi ölkədə 14 gün karantində qalır. Bu da öz növbəsində zaman itkisidir. 14 günlük karantini nə ilə əvəz etmək olar? Ümumiyyətlə, əcnəbilərin 2 həftə karantində qalması mütləqdirmi?


- 14 gün karantində qalmaq mütləqdir. Çünki heç kim 100 faiz əminliklə deyə bilməz ki, məndə koronavirus yoxdur. Koronavirusun sürətlə yayılmasının səbəbi də məhz etinasız yanaşmadır.

Məsələn, keçən həftə mənim qızım xəstə idi. İşə bildirdim ki, heç bir problemim yoxdur, amma övladım xəstədir. Mənim koronavirusa yoluxmamağımı dəqiqləşdirmək üçün testdən keçməyə göndərdilər. Test nəticəm mənfi çıxdı. Sonra da səhhətimdə problem yaşananda təkrar müraciət etdim, test bu dəfə də mənfi cavabla sonlandı. Bilirsiniz, yəni demək istədiyim odur ki, özümüzü necə hiss etməyimizdən aslı olaraq qərar verə bilmərik ki, koronavirusa yoluxmamışıq. Bu baxımdan mütləq testdən keçmək lazımdır. Turistlər də mütləq yoxlanmalı, müəyyən müddət izolyasiya olmalıdır.

 

- Xəstələriniz arasında azərbaycanlı olub? Ümumiyyətlə Hollandiyada neçə nəfər azərbaycanlı koronavirusa yoluxub?
 

- Bəli, azərbaycanlı xəstəmiz olub. Bir azərbaycanlı qadın koronavirusa yoluxmuşdu. Biz onu reanimasiyaya yerləşdirdik. Xəstəliyi ağır keçirirdi, hətta komaya belə düşmüşdü. Amma indi özünü yaxşı hiss edir.


- Son olaraq mövcud pandemiya ilə bağlı insanlara müraciətinizi eşitmək istərdik...
 

- Müşahidə edirəm ki, Azərbaycanda hələ də sosial şəbəkələrdə yazırlar ki, virus yoxdur, bu oyundur. Amma dərk etmirlər ki, bir-iki ölkə bu oyunu oynaya bilər, bütün dünya yox. Yəni virus doğurdan da var və həqiqətən təhlükə yarada bilir. Məsələn, Hollandiyada gözümün qarşısında vəziyyət pik nöqtəyə çatdı və sonra azalmaya doğru getdik. Buna insanların sosial məsafə gözləməsi, qadağalara riayət etməsi ilə nail olduq.

Buna görə də Azərbaycanda yaşayan vətəndaşlarımıza da müraciət edib deyirəm ki, virusdan qorunmaq üçün tələb olunan bütün qaydalara əməl etsinlər. Yalnız bununla uğurlu nəticə əldə edib, "Əlvida korona!" demək olar.

29 iyun

11:47 - 5 ildə büdcədən 2,5 milyard alıb, ancaq... - Cavid Qurbanovun dövrü "Azərbaycan Dəmir Yolları" QSC-də hansı pozuntulara yol verilib?01:46 - "Ukraynaya görə Rusiya ilə döyüşməyəcəyik" - Boris Conson01:16 - İraqda İsraillə münasibətlərin normallaşdırılmasını istəmək cinayət hesab olunacaq01:12 - Ermənistanda fəhlələr aclığa başladı01:09 - Əli Xameneinin müşavirindən Azərbaycana qarşı ittihamlar01:06 - Türkiyə Finlandiya və İsveçin NATO-ya üzv olmasına niyə razılıq verdi?

28 iyun

17:34 - Rusiyadan NATO sammitinə "sürpriz" - FOTO 17:27 - Putin Xersonun müdafiəsində nüvə silahından istifadəni nəzərdə tutub? 17:23 - "Rusiya ilə danışıqlar yolunun tapılması tərəfdarıyam" - Henri Kissincer12:27 - "Seyid cəddinə arxayın olan kimi, biz də neft və qaz gəlirlərinə arxayın olmamalıyıq" - Siyavuş Novruzov12:08 - Azərbaycanda böyük bir mafiya var: Turizmin inkişafına imkan vermirlər - Millət vəkili11:20 - Laçından ermənilər köçürülür?11:18 - Ermənistanı Qarabağa dair tələbləri yumşaltmağa kim çağırıb? - Paşinyan açıqladı11:15 - "Rusiya ordusu axıra qədər vuruşmağa məcburdur" - Budanov00:13 - Rusiya ticarət mərkəzini haradan və necə vurub?

27 iyun

22:37 - İsveç terrorçular üçün təhlükəsiz sığınacaq olmayacaq22:35 - İlham Əliyev Putinlə nə vaxt görüşəcək?22:30 - Rusiya bu ölkənin 8 diplomatını geri göndərir18:40 - Vüsal Novruzov niyə həbs edilmir?18:14 - Müharibənin 124-cü günü - Rusiya Ukraynanın itkilərini açıqladı18:11 - Çapay Sadıqlı nə üstündə öldürülüb  - AXCP fəalının qətlinin təfərrüatı18:09 - Səfirimiz İran XİN-ə getdi14:03 - "Xəzər beşliyi" fəaliyyətini necə davam etdirəcək?12:42 - İlham Əliyev Ermənistana   xəbərdarlıq etdi11:47 - Nazirlər Bakı Bəyannaməsi imzaladılar - FOTOLAR11:09 - Azərbaycanda növbəti komando hərbi hissələri açılacaq10:04 - İbrahim Kalından Qarabağ açıqlaması - "Amerikalılarla qarşı-qarşıya gəldik"10:02 - Putinin nüvə çamadanı necə işləyir?09:57 - Azərbaycanda təyyarə biletinin qiyməti artmaqda davam edir09:54 - "Rusiya son bir əsrdə ilk defolt elan edib" - "Bloomberg"