Belarusla Azərbaycanı müqayisə etmək doğrudurmu? - “Hakimiyyətdə kimliyindən asılı olmayaraq...”

18 avqust, 2020 14:00

Sosial şəbəkələrdə Belarusda baş verən hadisələr geniş işıqlandırılır, proseslərin gedişi ilə bağlı müxtəlif şərhlər təqdim olunur. Onların arasında Azərbaycanla Belarus arasında müəyyən paralelliklər aparmaq cəhdləri də var. 

Qeyd olunur ki, Azərbaycanda da, Belarusda olduğu kimi, eyni siyasi qüvvə təqribən eyni vaxtdır ki, hakimiyyətdədir. Üstəlik, hər iki dövlətin Rusiya ilə yaxşı münasibətləri var və Qərbə inteqrasiyada ciddi məsafə saxlanır. Habelə o da qeyd edilir ki, hər iki ölkədə müxalifət oxşar metodlarla zəiflədilir və s .

Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə turan agentliyinə deyib ki, Azərbaycan dövlət olaraq əməkdaşlıq və dostluq əlaqələrini dövlətlə qurur, hansısa bir siyasi qüvvə ilə yox: "Bu baxımdan, hər bir ölkənin daxili siyasi həyatını həmin ölkənin proseslərinin nəticəsi kimi dəyərləndiririk. Hesab edirəm ki, hakimiyyətdə kimin olmasından asılı olmayaraq, Azərbaycan-Belarus münasibətləri həmişə yüksək səviyyədə olacaq".

O, Belarusda baş verən hadisələri bu ölkənin daxili işi adlandırıb.

Deputat əlavə edib ki, Azərbaycan heç bir zaman Belarusun daxili işlərinə qarışmayıb, istənilən ölkə də ilk növbədəöz suveren hüquqlarına hörmətlə yanaşmalıdır. Onun deməsinə görə, Azərbaycan və Belarus arasında sıx iqtisadi, ticarət əlaqələri var: "Bu baxımdan hesab edirəm ki, hakimiyyətdə kimin olmasından asılı olmadan Azərbaycan digər ölkələrlə öz münasibətlərini çox rəvan, sabit qurur. Belarusun daxili işlərinə qarışmadan yaxın münasibətlərin olmasında maraqlıyıq".

18 avqust

16:01 - İlham Əliyev sərəncam imzaladı - Komissiyanın tərkibi dəyişdi15:59 - Ermənistan Azərbaycanla sərhəddə üç keçid məntəqəsi açacaq15:55 - Rusiya ordusunun kapitanı müharibəyə qarşı çıxan azərbaycanlını güllələdi - "Sirena" nəşri15:50 - Türkiyyə İsveç və Finlandiyaya xəbərdarlıq etdi15:47 - ОАО “Azərlotereya” заплатила налогов на сумму более 5 миллионов AZN - фото15:43 - "Azərlotereya" ASC 5 milyon manatdan çox vergi ödəyib - FOTOLAR 15:35 - 1 saylı "zon"un rəisi avtoritetlərə yas mərasimi təşkil edib10:48 - Çin Rusiyaya qoşun göndərir...10:45 - Rusiya və Ermənistan arasında böyük gərginlik - Dostlar düşmənə çevirilir?09:17 - Azərbaycanda məmurlar niyə kompromat toplayır? 00:53 - Qazaxıstan təhsilində rus dili qadağası - Kreml hansı addımı atacaq?00:44 - İlham Əliyev və Mehriban Əliyeva Müslüm Maqomayevin xatirəsinə həsr olunan gecədə iştirak edib - FOTOLAR00:42 - Rusiyadan Krımla bağlı təcili addım...00:38 - Bu gün ermənilər Laçındakı kilsəyə toplanacaq - SƏBƏBLƏR00:32 - Bizim Market” satıldı: Qalmaqallı iş adamı ölkəni tərk edir? - FOTO 00:29 - Qarabağda ermənilərdən ağır silahlar alınır? - Erməni mediası00:26 - NATO Kosovodakı sülhməramlıların sayını niyə artırır?

17 avqust

17:11 - Türkiyə-İsrail yaxınlaşmasını təmin edən hansı amillərdir?16:08 - Ukraynaya hücumdan əvvəl nələr baş verib: Gizli saxlanılan detallar açıqlandı - "The Washington Post" 16:05 - Türkiyə-İsrail münasibətləri bərpa olundu13:22 - Çin Ukrayna ilə müharibədə Rusiyaya kömək edirmi? - Kuleba izah edib13:20 - "O gözəl günləri xatırladıq və Mehribanla çox duyğulandıq" - İlham Əliyev11:57 - Rusiya Ermənistana nota verdi02:04 - Bundan sonra almanların Rusiyaya münasibəti necə olacaq? - "İROZHLAS" nəşri02:00 - Quterreş, Ərdoğan və Zelenski arasında Lvovda görüş olacaq 01:58 - Çinin Tayvanı işğal etməsi an məsələsidir...01:52 - ABŞ İrana qarşı sanksiyaların ləğvini qəbul edib?

16 avqust

19:38 - Rusiya ilə sərhəddə Sovet abidəsi söküldü...18:46 - İran hərbi nümayəndə heyəti Qarabağda - FOTO18:36 - Ermənistan "sülhə" belə hazırlaşır - FOTOLAR