Türkiyə Qafqaza girdi - Anlaşma var

17 avqust, 2020 12:35

Bu dəfə Türkiyə Prezidenti, XİN başçısı, müdafiə naziri, millət vəkilləri faktiki olaraq Azərbaycanı tək buraxmadılar, dedilər ki, biz Azərbaycanın yanındayıq, bundan sonra da həmişə yanında olacağıq.

Azsiyasət.com saytı xəbər verir ki, bu sözləri millət vəkili Vahid Əhmədov musavat.com-a müsahibəsində deyib.

Millət vəkili bildirib ki, burada bir neçə məsələ var:

“Birincisi, açığını deyim, Azərbaycan dövləti Türkiyəyə kifayət qədər sərmayə qoyub. İkincisi, Azərbaycanın bütün strateji kəmərləri, neft-qaz və s. Türkiyədən keçir. Türkiyə də kifayət qədər maraqlıdır ki, Azərbaycanın Qarabağ məsələsi müsbət həll olunsun. Üçüncüsü, son 5-6 ildə Türkiyə dövləti Suriya, Liviya, İraqda ortaya qəti iradə qoyub. Son olaraq Aralıq dənizində neft hasilatı ilə bağlı Yunanıstanla müəyyən problemlər yaşandı. O cümlədən Fransa məsələyə müdaxilə etmək istədi, alınmadı... Belə qətiyyət sahibi olan Türkiyə dövləti Tovuz təxribatında Azərbaycanı tək buraxa bilməzdi. Bununla bir daha həm qonşu dövlətlərə, həm beynəlxalq aləmə göstərmək istədi ki, Qafqazın yiyəsi var, Qafqazda, Azərbaycanda stabilliyin qorunub-saxlanılması üçün Türkiyə dövləti həmişə Azərbaycanın yanında olacaq. Fikir verdinizsə, bu məsələlərdə Rusiya da çox sərt mövqe bildirmədi. Aldığım məlumata görə, burada anlaşma var, həm Qərblə, həm də Rusiya ilə. Açığını deyim, Türkiyə onsuz da buraya girəcəkdi. Öz mövqelərini möhkəmləndirmək, Azərbaycanı qorumaq üçün Türkiyə dövləti buna getməliydi, getdi də”.

V.Əhmədov xatırladıb ki, bizim xarici işlər naziri ilk olaraq Türkiyəyə səfər etdi:

“Həmişə XİN başçısı Rusiyaya gedirdi, sonra Türkiyəyə. Bu dəfə onunla bir yerdə müdafiə naziri də Türkiyəyə getdi. Ondan qabaq müdafiə nazirinin müavinləri Türkiyədə olmuşdular. Daha sonra Türkiyə ordusunun rəhbərliyi böyük heyətlə Bakıya gəldi və Azərbaycanın yanındadır. Artıq məsələlər necə həll olunacaq, hansı qərarlar veriləcək, görəcəyik. Mənim gözləntim odur ki, Türkiyə və Azərbaycan dövlətləri ölkə başçılarının birgə razılığı ilə Qarabağ məsələsini həll edəcəklər. Aldığım məlumata görə, müəyyən variantlar var, ancaq həmin variantları açıqlamaq istəmirəm. Ancaq bizim əsas istəyimiz odur ki, torpaqlar azad olunsun və biz birdəfəlik bu məsələni bitirək. Qarabağ məsələsinin ədalətli həlli ümumilikdə Qafqazda stabilliyə gətirib çıxaracaq. Ondan sonra ola bilər ki, hətta Türkiyə ilə Ermənistan, hətta Azərbaycanla Ermənistan arasında müəyyən iqtisadi əlaqələr bərpa olunsun”.

Millət vəkili bildirib ki, burada bəzilərini narahat edən məqam var:

“Bəzi ekspertlər, hətta cənab Prezidentin tənqid etdiyi “5-ci kolon”un nümayəndələri fəallaşıblar. Mən çıxışları izləyirəm, Milli Məclisin deputatları arasında da belə insanlar var, vəzifədən çıxıb kənarda oturan, kifayət qədər vəsaiti olan şəxslər də var - hansı ki, Rusiyanı müdafiə edirlər, “Rusiya nə deyər” düşüncəsindədirlər. Birincisi, Rusiya nə deyə bilər? Rusiya özü Gürcüstana, Ukraynaya girəndə, Moldovada o vəziyyəti yaradanda ona nə dedilər? Azərbaycanda Qarabağ münaqişəsini mən yaratmamışam ki! Rusiya yaradıb da. Yəni hərbi əməliyyatlar aparılacaq, o torpaqlar azad ediləcək. Onsuz da Azərbaycan dövləti buna hazırlaşır, güclü ordu yaradıb, kifayət qədər texnika alıb və sair. Sonda da bu məsələ həllini tapacaq. Bu, Türkiyə dövləti ilə hansısa müqavilələrin imzalanacağından da asılıdır, hərbi müqavilələr, ya hərbi-strateji müqavilələr...

İstəyirəm hər kəs bilsin ki, biz heç bir dövlətə qarşı deyilik. Amma bizim daxili işlərimizə də heç kim qarışmamalıdır. Biz müstəqil dövlətik. Dövlət başçısının da iradəsi bundan ibarətrdir ki, Azərbaycanın daxili işlərinə kimsə qarışa bilməz. Kimliyindən asılı olmayaraq, “5-ci kolon”un üzvləri anlamalıdırlar ki, Azərbaycan dövləti tamamilə başqa yöndə siyasət aparır. Demirik ki, burdan köçəcəyik, ya qonşularla əlaqəni kəsəcəyik. Biz İranla da, Rusiya və Türkiyə ilə də, bütün digər dövlətlərlə bərabər xarici siyasətimizi aparırıq. Amma bizim torpağımız işğal altındadır və onu azad etməliyik, gələcək nəsillərə Azərbaycanı bütöv təhvil verməliyik. Ona görə də həmin insanlara müraciət edirəm, başa düşsünlər ki, Azərbaycanda nəsə etmək istəyirlərsə, çox çətin problemlərlə üzləşəcəklər və qarşılarında Azərbaycanı sevən, millətini, dövlətini sevən, Azərbaycan-Türkiyə münasibətlərinə üstünlük verən insanları görəcəklər. Gec-tez özləri də bunun şahidi olacaqlar. Ona görə də tövsiyə edərdim ki, onlar Azərbaycanın dövlət başçısının apardığı siyasətə, yəni Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməsinlər”.

V.Əhmədov Qüdrət Həsənquliyevin “Nə qədər Rəcəb Tayyib Ərdoğan hakimiyyətdədir, Türkiyə ilə birgə Qarabağ məsələsinin həllinə nail olmaq lazımdır, çünki Türkiyə prezidenti lazım olan dəstəyi verəcək” sözləri ilə tam razı olduğunu açıqlayıb:

“Mən o fikirlə tamamilə razıyam. Çünki Ərdoğanın son vaxtlar ümumiyyətlə, dünya siyasətində rolu həddən artıq böyükdür. Apardığı siyasət, FETÖ-ya qarşı mübarizəsi, 2015-də dövlət çevrilişinin qarşısını alması onu dünya siyasətində önə çıxartdı. Onun həm Rusiya ilə münasibətlərində müsbət məqamlar çoxdur, həm ABŞ, həm də Avropa ilə. Biz çox məsələləri mətbuatdan oxuyuruq, amma siyasətin pərdə arxasında qalan hissələri var, onları görmürük. Ərdoğanın Suriya, Livan, İraqda, Aralıq dənizində apardığı siyasət, Qarabağla bağlı Azərbaycanın yanında olması və sair məsələlər onu göstərir ki, o, dünya siyasətində çox yetkin siyasi liderə çevrilib, xüsusilə də Turan dünyasında özünə möhkəm yer tutub. O fikirlə razıyam ki, Ərdoğanın dövründə Qarabağ məsələsi öz həllini tapacaq. Üstəlik, Azərbaycan və Türkiyə prezidentlərinin münasibətləri yüksək səviyyədədir, strateji münasibətlərdir, bizim bilmədiyimiz çox ciddi məsələlər müzakirə olunur. Ərdoğanın prezidentliyi dövründə Türkiyənin Azərbaycana dəstəyi çox böyükdür. Ona görə də biz qısa bir müddətdə Qarabağ məsələsini həll etməliyik. Nəzərə almaq lazımdır ki, Azərbaycanı müdafiə edən dövlətlər çox azdır. Türkiyədir, Pakistandır və bir də İsrail bizi çox yerlərdə müdafiə edir. Bizim hərbi sənayemizin inkişafına, hərbimizin təkmilləşməsinə Türkiyə kimi, İsrail də dəstək verir. Elə Türkiyəni də dəstəkləyən dövlətlərin sayı çox azdır. Son vaxtlar Ərdoğanın siyasətini qəbul etməyən dövlətlərin sayı çoxalıb. Çünki heç kim istəmir ki, kimsə ondan güclü olsun. Türkiyə güclənib, kifayət qədər təcrübəli dövlət başçısı var. Ona görə də biz Qarabağ məsələsini bu dövrdə həll etməliyik”.

29 iyun

01:46 - "Ukraynaya görə Rusiya ilə döyüşməyəcəyik" - Boris Conson01:16 - İraqda İsraillə münasibətlərin normallaşdırılmasını istəmək cinayət hesab olunacaq01:12 - Ermənistanda fəhlələr aclığa başladı01:09 - Əli Xameneinin müşavirindən Azərbaycana qarşı ittihamlar01:06 - Türkiyə Finlandiya və İsveçin NATO-ya üzv olmasına niyə razılıq verdi?

28 iyun

17:34 - Rusiyadan NATO sammitinə "sürpriz" - FOTO 17:27 - Putin Xersonun müdafiəsində nüvə silahından istifadəni nəzərdə tutub? 17:23 - "Rusiya ilə danışıqlar yolunun tapılması tərəfdarıyam" - Henri Kissincer12:27 - "Seyid cəddinə arxayın olan kimi, biz də neft və qaz gəlirlərinə arxayın olmamalıyıq" - Siyavuş Novruzov12:08 - Azərbaycanda böyük bir mafiya var: Turizmin inkişafına imkan vermirlər - Millət vəkili11:20 - Laçından ermənilər köçürülür?11:18 - Ermənistanı Qarabağa dair tələbləri yumşaltmağa kim çağırıb? - Paşinyan açıqladı11:15 - "Rusiya ordusu axıra qədər vuruşmağa məcburdur" - Budanov00:13 - Rusiya ticarət mərkəzini haradan və necə vurub?

27 iyun

22:37 - İsveç terrorçular üçün təhlükəsiz sığınacaq olmayacaq22:35 - İlham Əliyev Putinlə nə vaxt görüşəcək?22:30 - Rusiya bu ölkənin 8 diplomatını geri göndərir18:40 - Vüsal Novruzov niyə həbs edilmir?18:14 - Müharibənin 124-cü günü - Rusiya Ukraynanın itkilərini açıqladı18:11 - Çapay Sadıqlı nə üstündə öldürülüb  - AXCP fəalının qətlinin təfərrüatı18:09 - Səfirimiz İran XİN-ə getdi14:03 - "Xəzər beşliyi" fəaliyyətini necə davam etdirəcək?12:42 - İlham Əliyev Ermənistana   xəbərdarlıq etdi11:47 - Nazirlər Bakı Bəyannaməsi imzaladılar - FOTOLAR11:09 - Azərbaycanda növbəti komando hərbi hissələri açılacaq10:04 - İbrahim Kalından Qarabağ açıqlaması - "Amerikalılarla qarşı-qarşıya gəldik"10:02 - Putinin nüvə çamadanı necə işləyir?09:57 - Azərbaycanda təyyarə biletinin qiyməti artmaqda davam edir09:54 - "Rusiya son bir əsrdə ilk defolt elan edib" - "Bloomberg"

26 iyun

20:25 - Azərbaycan səfiri İran şirkətlərini Qarabağ və Şərqi Zəngəzura sərmayə yatırmağa çağırıb