Professor Nəsir Əhmədli ilə 77 yaş söhbəti

03 iyul, 2020 16:02

“Hər zaman diqqət mərkəzində olmuşam, buna görə çox xoşbəxtəm”

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimi, filologiya üzrə elmlər doktoru, professor Nəsir Əhmədli 77 yaşını qeyd edir. 1943-cü ildə iyul ayının 1-də dünyaya gələn Azərbaycan mətbuatının ağsaqqal müəllimi, jurnalistika sahəsində yüzlərlə tələbə yetişdirən Nəsir müəllimin yubiley yaşı  mediada və sosial şəbəkələrdə çoxsaylı təbriklərlə yadda qaldı. Biz də “Yeni Müsavat” olaraq professorla yubiley ərəfəsində söhbətləşdik.

- Nəsir müəllim, öncəliklə sizi “Yeni Müsavat” qəzetinin rəhbərliyi və kollektivi adından təbrik edir, cansağlığı arzulayırıq. Pandemiya dövründə, karantin rejimində doğum gününüzü necə qeyd edirsiniz?

- Karantin olduğu üçün evdəyəm. Onlayn şəkildə tələbələrdən imtahan götürürəm. Tələbələrlə virtual olaraq görüşürəm, suallarını cavablandırıram. Fərqli heç nə yoxdur.

- Ən yadda-qalan təbriki kimlərdən aldınız, tələbələriniz də sizi təbrik etdimi?

- Səhər açılandan facebookda oturmuşam, o qədər çoxsaylı təbrik var ki, çatdırıb cavab yaza bilmirəm. Sosial şəbəkə bu gün demək olar ki, məndən bəhs edir. Hər birinə təşəkkür edirəm, müəllim yoldaşlarıma, dostlarıma, keçmiş və indiki tələbələrimə çox böyük minnətdarlıq hissi ilə sağ ol deyirəm. Mən hər zaman diqqət mərkəzində olmuşam və buna görə çox xoşbəxtəm.

- 77 illik həyatınızda bugünkü kimi mənzərə ilə qarşılaşmışdınızmı? Pandemiyanın dünyanı gətirdiyi bu vəziyyəti necə izah edərdiniz?

- Dünyada hər şey gözləniləndir. Tarixdə, hər əsrdə bir neçə dəfə belə hadisələr baş verib. 17-ci əsrdə də, 18-ci əsrdə də, 19-cu əsrdə də fövqəladə hadisələr baş verib. Təsadüfən də həmişə belə hadisələr əsrin 20-ci illərinə  düşür. Burada da qeyri-adi heç nə yoxdur. Sadəcə, bunun bu dərəcədə ciddiləşdirilməsi, karantinin tətbiqi, qadağaların qoyulması, xüsusi vəziyyət elan olunması gözlənilməz idi. Çünki tarix boyu pandemiyalar olub, ötüb keçib, heç zaman bu qədər ciddi yanaşmayıblar. Dünyaya bu qədər ciddi təsir göstərməyib, keçib gedib. Bu dəfə daha ciddi yanaşırlar, əhalini evlərə doldururlar, rayona getməyə, şəhərdən çıxmağa qoymurlar, dənizə, meşəyə getməyə qoymurlar. Bunun özü elə xəstəlikdir.

- Müəllim kimi fəaliyyətiniz yəqin ki, 50 ildən artıq bir dövrü əhatə edir, minlərlə tələbə yetişdirmisiniz. Bu gün jurnalistikadakı tələbələrinizin fəaliyyətini izləyirsinizmi, doğrularımı, yanlışlarımı daha çoxdur? Əməyinizin bəhrəsini görə bilirsinizmi?

- Təkcə mənimlə bağlı deyil, jurnalistika fakültəsi xüsusi bir yerdir. Bütün ali məktəblər sistemində jurnalistika fakültəsi halallıq məktəbi kimi tanınır. Bunun da müəyyən səbəbləri var. Burada Şirməmməd müəllim kimi bir dahi olub. Belə bir nizam-intizam, belə bir ənənə qoyub gedib ki, onu pozmaq mümkün deyil. Ona görə də bizdə münasibətlər hər zaman fərqli olub,  müəllim-tələbə münasibətlərindən başqa, ata-oğul, qardaş münasibəti olub.

- Mən də həmin fakültənin tələbəsi , həmçinin sizin tələbəniz olmuşam. Müəllimlərlə tələbələr arasında həm də bir həmkar münasibəti var idi...

- Bəli, jurnalistika elə bir peşədir ki, müəllimlə tələbə sabahın həmkarlarıdır. Müəllimlik elədir ki, ali məktəbi bitirir, gedib hansısa rayonda müəllim işləyir. Ona dərs deyən müəllimlər tələbəsini demək olar ki, görmür. Ancaq biz hər gün tələbələrimizi görürük, görüşürük. Mən istədiyim məzunumuzun qapısını istədiyim vaxt açıq üzlə açıb girə bilərəm. Ancaq heç də hər yerdə belə deyil.

- Sizin doğum gününüzlə eyni ərəfəyə təsadüf edən başqa bir böyük hadisə mətbuatımızın 145 illik yubileyidir. Mətbuatın bugünkü durumunu necə dəyərləndirirsiniz: Zərdabi dəyərlərini qoruyub saxlaya bildikmi?

- Əslində bu gün necədirsə, elə də olmalıdır. Bu təbii bir gedişatdır. İnformasiya texnologiyaları o qədər inkişaf edib ki, bu gün bir keçid dövrü yaşayırıq. Hər zaman belə dövrdə vəziyyət bu cür olur. İndi  ən çox çap mediası əziyyət çəkir. Çünki onun kağız problemi var, başqa problemləri var. İndi qəzet alan yoxdur. Hamı qəzeti internetdən oxuyur. Görünür, bu sahə gələcəkdə öz yerini internetə verəcək. İnternet televiziya və radio əsas yer tutacaq. Bütün media vasitələri internet məkanına köçəcək. Ona görə də xüsusi bir fikir bildirmək çətindir. Çıxış yolları axtarmaq lazımdır, xarici ölkələrin təcrübəsini öyrənmək lazımdır. Necə olur ki, “Nyu-York Times” bağlanmır, bizim hansısa qəzet bağlanır, bunları öyrənmək lazımdır.

 Nəsir müəllim, sizcə, sürət artdıqca, operativlik artdıqca, rəqabət çoxaldıqca keyfiyyət azalırmı?

- Bu, peşəkarlıqdan asılıdır. Kim ki peşəkar deyil, onlarda keyfiyyət azalır, hətta yoxa çıxır. Ancaq peşəkarlar müəyyən yollar tapıb onu düzəldə bilirlər. Bu təbii gedişatdır, orada yaxşısı da, pisi də olacaq. Bunlar təbii proseslərdir.

- Bu gün mətbuatın ən böyük rəqiblərindən biri də sosial şəbəkələrdir. Həm rəqibdir, həm də böyük bir mənbədir, auditoriyaya çıxışdır.  Sosial şəbəkələr nə verir mətbuata və nə alır...

- Burada əsas məsələ odur ki, ənənəvi mediada peşəkarlar çalışır. Amma sosial mediada müxtəlif sahələrin insanlarıdır, orada bir xaos var. Bunu da zaman özü nizamlayacaq. Hərə bir fikir söyləyir, bunu ciddi mənbə kimi qəbul etmək lazım deyil.

- Televiziya və radio efirlərində nitq mədəniyyəti, mətbuatda dil və üslub sizi qane edirmi?

- Ümumi durum məni qane etmir. Amma çıxış yolları var. Mən 10 bənddən ibarət tövsiyələr vermişdim. Onlara əməl olunsa, vəziyyəti düzəltmək olar.

- Mətbuatın 145 illiyi ilə bağlı artıq üçüncü bina ehtiyacı olan jurnalistlərə paylanacaq. Sizcə, bu, mətbuata, jurnalistlərin obyektivliyinə  necə təsir edəcək? Sizin gəncliyinizdə belə bir məsələ olsaydı, necə qarşılayardınız? O zaman maddi durumunuzla bağlı buna ehtiyacınız var idimi?

- Əlbəttə, ehtiyac var. Azərbaycan kimi ölkədə buna ehtiyac var. Çünki jurnalistin başqa gəlir mənbəyi yoxdur. Çoxu dizinin üstündə yazır, kirayədə qalır, darısqal evlərdə qalır. Mənim yaşım 80-ə çatır, 2 otaqlı beton evdə yaşayıram. Buna görə də dövlət müəyyən qayğı göstərməlidir. Yardım etməlidir. Normal bir haldır. Obyektivliyə təsiri yoxdur. Yazan həmişə yazacaq. Mənə ev versələr də, yazdığımı yenə yazacağam.

- Bir sual hər zaman aktualdır ki, mətbuatda araşdırma yazıları azalıb, problemlərə səthi yanaşılır, publisistik yazılar gözə dəymir. Sizcə, səbəb maliyyə problemidir, yoxsa zaman-sürət məsələsidir?

- Təbii ki, maliyyə problemi var. Ancaq əsas məsələ günün sürətidir. Bu sürətlə ayaqlaşmaq olmur. Ancaq isti xəbərləri çatdırmaq mümkündür. Araşdırma isə elədir ki, hadisənin üstündən müəyyən müddət keçməlidir, jurnalist onun dərinliyinə getməlidir, axtarıb-tapmalıdır. Bununla ayrıca məşğul olmaq lazımdır, peşəkarlıq da mühüm rol oynayır.

- Son illər Azərbaycanda müşahidə olunan bir məqam da odur ki, mətbuatın qabartdığı, sosial şəbəkələrin üzərinə getdiyi problemə hökumət səviyyəsində diqqət ayrılır, həll edilir. Sizcə, mətbuat bu gün IV hakimiyyət və ictimai nəzarət funksiyalarının öhdəsindən gələ bilirmi?

- Mətbuat yarandığı gündən nəzarətçi olub, vasitəçi olub. İqtidarla müxalifət arasında, hökumətlə kütlə arasında və sair. Zaman-zaman mətbuat IV hakimiyyət olmaqdan çıxıb yerini dəyişə də bilər. Ötən əsrin 80-ci illərində meydan hadisələri zamanı televiziya birinci hakimiyyətə çevrilmişdi. Kütləni o idarə edirdi. Ona görə də bu ictimai-siyasi proseslə, tarixin hansı dönəmində olmasından asılıdır.

05 fevral

12:52 - Rusiya Qərb silahları ilə vurulmayacaq - Şolts12:49 - Ermənistanı Rusiya ilə birləşdirən yol bağlandı 

03 fevral

13:13 - Lənkəranda gözəllik salonundan külli miqdarda narkotik vasitə və saxta pul çıxdı 13:09 - "Azercell"dən rüsvayçılıq: Şəhidi məhkəməyə verdi - FOTO10:40 - Prezident nazirlərin iclasında çıxış edib - FOTOLAR10:36 - Quldur Akif Çovdarovla bağlı bazar qarşıdurması böyüyür10:34 - Azərbaycan və Rumıniya enerji təchizatı üzrə yeni saziş imzalayacaqlar

02 fevral

11:12 - Xameneinin hakimiyyəti məhdudlaşdırıla bilər11:08 - ABŞ Dövlət Departamenti Cənubi Qafqaz üzrə yeni baş məsləhətçi təyin edib11:04 - Banklardakı puldan vergi tutmaq... - Hansı risklər var?

01 fevral

11:41 - Azərbaycan və İsrailin müdafiə nazirləri əməkdaşlıq məsələlərini müzakirə ediblər11:39 - Qarabağda bərpa işlərinə nə qədər vəsait xərclənib?11:38 - Daha 36 İran casusu saxlanıldı

31 yanvar

18:35 - Vasif Talıbovun general qohumu siyasi partiya funksionerinə necə "atıb"? - VİDEO18:10 - ""Vasif Talıbovun adamı" deyib hamını işdən çıxarmaq olmaz" 18:09 - Qiymətlərin birdən-birə 33 faiz qaldırılması... - Hökumət bu sistemdən imtina etməlidir18:07 - "Avropa İttifaqı Laçın yolundakı vəziyyətə görə Azərbaycana qarşı sanksiya planlaşdırmır" - Josep Borrel18:06 - DİN İranın casus şəbəkəsinə qarşı əməliyyat keçirdi - 7 nəfər saxlanıldı18:04 - "SOCAR Turkey"in Baş icraçı direktoru vəzifədən çıxarıldı - Ciddi nöqsanlar aşkarlandı

30 yanvar

11:20 - Azərbaycan-Macarıstan münasibətlərinin inkişafında yeni mərhələ11:11 - İrana endirilən zərbələrin məqsədi nədir?11:07 - "İrana qarşı hərbi əməliyyatlar istisna deyil" - ABŞ dövlət katibi11:06 - İranın silah daşıyan maşınları PUA-larla vuruldu

28 yanvar

12:11 - Ermənilər Zaxarovanı hədələdilər - Rus polkovnik sərt cavab verdi12:03 - İrana Şuşa Bəyannaməsini xatırladıram - Hülusi Kılıç12:01 - "İrandakı etirazçılar Azərbaycan səfirliyinə hücuma görə SEPAH-ı günahlandırırlar" - ABŞ institutu

27 yanvar

13:00 - Basqınlara məruz qalan Azərbaycan səfirlikləri... - SİYAHI12:58 - Səfirliyə hücumla bağlı yeni təfərrüatlar - Azərbaycan diplomatları istintaqda iştirak edir12:56 - "Azərbaycanın İrandakı səfirliyinə hücum məni dəhşətə gətirdi" - Avropa İttifaqının nümayəndəsi12:55 - "Azərbaycan səfirliyinin əməkdaşı şir kimi vuruşdu" - Zaxarova