Azər Niftiyev: "Yaxşı olar ki, mediada peşəkarlar ön plana çəkilsin"

02 aprel, 2021 15:41

Azərbaycan internet məkanında öz dəsti-xətti ilə fərqlənən Sosium.az xəbər portalının 3 yaşı tamam olur.

2018-ci aprelin 1-də yaradılan sayt bu günə qədər peşəkar fəaliyyəti ilə diqqət çəkməyi bacarıb. 

Saytın təsisçisi, tanınmış jurnalist Azər Niftiyev Azxeber.com-a Sosium.Az-ın 3 illik fəaliyyətindən danışıb: 

"Əvvəlcə onu qeyd edim ki, mən 20 ildən artıqdır ki, bu sahədə fəaliyyət göstərirəm. Bu illər ərzində medianın inkişafı üçün bir çox addımlar atmışıq. Elə bunlardan biri də Sosium.az portalını yaratmağımız oldu. Bu, mənim rəhbəri olduğum sayca 5-ci xəbər portalıdır. Bu gün saytımızın 3 yaşı tamam olur. Desəm ki, Sosium.az ölkənin ən aparıcı saytlarından biridir, bu, bir o qədər də ədalətli olmaz. Amma saytın öz dəsti-xətti var və əsasən müsahibələr, reportajlar, təhlillər üzrə ixtisaslaşıb. Bundan sonrakı fəaliyyətimiz bu işləri daha yüksək səviyyədə davam etdirmək və həm də yeni formatlardan istifadə etmək olacaq. Gələcəkdə o da mümkündür ki, Sosium.az internet-tv formatında da fəaliyyətini davam etdirsin”.

Azər Niftiyev Azərbaycan mətbuatının bugünkü durumu haqda da danışıb və bildirib ki, gözləntiləri yüksəkdir:

"Hesab edirəm ki, Azərbaycan mətbuatında bir çox çatışmazlıqlar var. Bu problemlərin kökü çox dərindir. Güman edilirdi ki, qısa müddətdə Azərbaycan mətbuatında müsbət təmayüllər yaranacaq. Amma bu hələ ki, baş verməyib. Düzdür, bunun üçün uzun müddət lazımdır.

O bildirib ki, mediada əsas problemlərin biri də kadr çatışmazlığıdır: 

"Mediamızda əsas problem isə kadr çatışmazlığının olmasıdır. Hesab edirəm ki, hər bir jurnalisti, mətbuat orqanını diqqətdən kənarda qoymaq olmaz. Bildiyimiz kimi, Prezidentin sərəncamı ilə Medianın İnkişaf Agentliyi yaradıldı. Bu Agentlik yaranandan qısa zaman sonra bəyan olundu ki, Azərbaycanda media ilə bağlı yeni qanunvericilik aktı qəbul olunacaq. Düşünürəm ki, bu qanunun qəbulu medianın inkişafına daha da təkan verəcək. Yaxşı olar ki, mediada peşəkarlar ön plana çəkilsin. Buna görə də MEDİA-dan gözləntilər böyükdür". 

 

29 noyabr

15:57 - NATO İrana xəbərdarlıq edib10:22 - Azərbaycan və ABŞ arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə olunub00:16 - Yerevan sülh müqaviləsi layihəsinə dair təkliflərinə Bakıdan cavab alıb00:11 - İran Rusiya ilə 300 milyonluq memorandum imzaladı00:08 - Rusiya anlamamaqda israr edir - Müdafiə Nazirliyindən növbəti etitraz

28 noyabr

16:46 - "İsraillə əlaqələrdə diqqətli olun" - İrandan Bakıya16:42 - "İnanmıram ki, cinsi azlıq nümayəndəsi Milli Məclisə düşə bilsin" - Deputat16:35 - İran İlham Əliyevdən niyə qorxur? - Post TV09:59 - Qarabağda orfoqrafiya dərsləri davam edir09:58 - Çin və Vatikan arasında gərginlik - İzahat tələb etdilər09:53 - Təşkilat hibrid hücumları dəf etməyə hazır deyil

27 noyabr

02:09 - Soros Fondu daha bir ölkədən gedir - "Kommersant" nəşri02:05 - Blinken məhz Nikola çağırış etdi, nəsə düz deyil - Erməni professor02:01 - Avropada Rusiya neftinə görə fikir ayrılığı yarandı

26 noyabr

13:02 - Ermənilərə məxsus kvadrokopter vuruldu12:54 - İlham Əliyevin İranla bağlı fikirlərində iki strateji amil...11:47 - Müdafiə Nazirliyi açıqlama yaydı11:26 - Rusiya sülhməramlılarından Azərbaycana qarşı təxribat...11:22 - Ermənilər təşvişdə - "Laçın dəhlizi" bağlansa..."

25 noyabr

13:20 - "İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlimizdən gələni edəcəyik" - Azərbaycan lideri13:15 - Vasif Talıbovun oğlu da dindirilib13:13 - "Makronun iştirakını istəyir deyə o görüş olmayacaq" - İlham Əliyev03:24 - Bu ölkə Rusiyanı terror dövləti kimi tanıdı03:19 - Suriyadan Azərbaycana gətirilən 16 nəfər kimlərdir?03:15 - Müdafiə Nazirliyindən Rusiya sülhməramlılarına etiraz...03:12 - BMT İranda araşdırmalara başladı

22 noyabr

13:53 - Fərhad Əhmədovun atası niyə güllələnib? 13:49 - "İrandakı rejim indi zəifdir, Azərbaycan isə yüksələn gücdür" - Amerikalı ekspert10:23 - Deputatlar yayayış minimumunu 36 manat qaldırır - "Təbii ki, bu məbləğlə normal yaşamaq mümkün deyil"10:20 - "Şeytan yuvası"nda "rus mərkəzi" açıldı - Xankəndidə növbəti təxribat...