Samir Adıgözəlli: "Ümid edirik ki, media sahəsində aparılan islahatlar bölgələri, xüsusilə də Qarabağı da tam əhatə edəcəkdir

14 fevral, 2021 11:38

Bİr neçə gün əvvəl İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) təsis etdiyi “Zəfər Media Mükafatı”nın Ağdamın Quzanlı qəsəbəsində təqimatı keçirildi.

Azsiyasət.com “Zəfər Media Mükafatı”nın yaranma zərurəti və bölgə mediasıyla bağlı perspektiv planlar haqqında İSBAM-ın sədri Samir Adıgözəlli ilə müsahibə hazırlayıb. İSBAM rəhbəri olan müsahibəni təqdim edirik: 

- Samir bəy, “Zəfər Media Mükafatı”nın yaranma ideyası və zərurəti nə vaxt meydana gəldi?

-İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzi olaraq istər 2016-cı ilin Aprel döyüşlərində, istərsə də 44 günlük müharibə dövründə cəbhə bölgəsinə mütamadi səfərlər etmişik. Hamı kimi, biz də Ordumuzun yanında olmağa çalışırdıq. O vaxtlar bölgədə fəaliyyət göstərən media nümayəndələriylə dəfələrlə görüşlərimiz olurdu. Biz jurnalist və operatorların İnformasiya cəbhəsində olduqca gərgin fəaliyyətlərinə şahid olduq. Savaş bitəndən sonra İSBAM İdarə Heyətinin qərarıı ilə “Zəfər Media Mükafatı”nı təsis etməyi və bu mukafatı səmərəli fəaliyyət göstərən media nümayəndələrinə təqdim etməyi qərara aldıq.


- Seçim necə aparıldı?

-Bilirsiniz, “görünən dağa nə bələdçi” deyirlər. Biz ilk olaraq müxtəlif televiziya və informasiya agentliklərinin Qarabağ bürolarında illərdir ki, çalışan nümayəndələrinı mukafatlandırmağa çalışdıq. Axı, Qarabağ üzrə bölgə müxbirləri və operatorları təkcə 44 günlük Vətən müharibəsi dövründə deyil, atəşkəs dövründə və 2016-cı ilin Aprel döyüşlərində də informasiya cəbhəsində gərgin çalışıblar, ermənilərin təxribatları, yaşayış məntəqələrimizin atəşə tutulması, regionun sosial-iqtisadi həyatı, Qarabağın tarixi, mədəniyyəti ilə bağlı reportajlar hazırlayıblar. Hazırda isə işğaldan azad olunmuş torpaqlarımızdan müxtəlif istiqamətli informasiyalar, o cümlədən həyata keçirilən inkişaf, bərpa-quruculuqla bağlı məlumatlar verməkdə davam edirlər.

- Bəs media nümayəndələri necə qarşıladıalr bu mukafatı?

-Xoş sürpriz oldu, deyə bilərəm. Məlum oldu ki, 2016-cı ilin Aprel döyüşlərindən sonra bir qrup media qurumlarının əməkdaşları gəlib Tərtərdə özləri-özlərinə mukafat verib gediblər. Bu dəfə isə gördükləri bu diqqət onların fəaliyyətinə bir növ stimul vermiş oldu.

- Ümumiyyətlə, araşdırma mərkəzi olaraq bölgə mediasının inkişafıyla bağlı fikirləriniz nələrdir?

-Hesab edirəm ki, media qurumlarının Qarabağ bölgəsində fəaliyyət göstərən müxbir və operatorlarının təhlükəli şəraitdə çalışaraq həm ölkə, həm də dünya ictimaiyyətinin məlumatlandırılmasında fəaliyyətləri daha çox diqqət mərkəzində saxlanılmalıdır. Ümid edirik ki, media sahəsində aparılan islahatlar bölgələri, xüsusilə də Qarabağı da tam əhatə edəcəkdir.

Təəssüflə bildirməliyik, bu vaxtadək kütləvi informasiya vasitələrinə dəstək əsasən Bakıda fəaliyyət göstərən media nümayəndələrini əhatə edib. İstər jurnlistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılamsı, istər digər qiymətləndirmələrdə bölgə mediası yumşaq desək, unudulub, yaddan çıxıb. Biz hal-hazırda bölgə mediasının inkişafıyla bağlı yeni təkliflər hazırlayırıq və bu təkliflər ilə “Medianın İnkişafı Agentliyi”nə və digər müfaviq qurumlara müraciət edəcəyik.

- Bəs "Zəfər Media Mukafatı" ilə bağlı hansı planlar var?

-Bilisiniz ki, 44 günlük savaşda Azərbacanın haqq səsinin dünyaya çatdırılmasında türkiyəli media nümayəndələri xüsus rol oynadılar. Bundan başqa, artıq Azərbaycan və Türkiyə arasında Birgə Media Platforması yaradılıb. Birgə Media Platformasının məqsədi Azərbaycan-Türkiyə ikitərəfli əlaqələrini və əməkdaşlığını media və kommunikasiya sahəsində gücləndirməklə strateji media ortaqlığının yaradılmasıdır. Bu iki aspekti nəzərə alaraq yaxın günlərdə qardaş Türkiyən olan bir qrup media nümaynədəsinə "Zəfər Media Mukafatı" təqdim etməyi nəzərdə tutmuşquq. Başqa planlarımız da var, onlar haqqında tezliklə ictimaiyyətə məlumat verəcəyik.

20 may

11:55 - İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul etdi11:40 - İtaliya səfiri İrəvanda qəzaya düşdü11:15 - Bakıdan İrəvana gedən Litva Prezidenti aksiya ilə qarşılaşdı10:55 - "Rusiya NATO-ya üzv olmaqdan özü imtina edib" - ABŞ Dövlət katibi09:12 - ABŞ Ermənistanda hakimiyyət dəyişikliyi istəmir - Səfirin fikirlərini belə şərh edirlər 09:09 - Azərbaycanda dollar almaq əngəli - Absurd tələb niyə ləğv olunmur?01:26 - "ABŞ qoşunları Ukraynada döyüşməyəcək" - Pentaqon01:24 - NATO Baş kaibi Türkiyənin strateji əhəmiyyətindən danışdı01:22 - Rusiya Moldovaya müdaxilə edəcəkmi? - Makron

19 may

23:34 - Brüsseldə İlham Əliyev, Şarl Mişel və Paşinyanın görüşü olacaq23:30 - "İrəvan Moskvanın təhriki ilə Brüsseli neytrallaşdırır" - "Caliber"23:28 - Xoşqədəm Hidayətqızının həbsi tələb olunur - Xüsusi ittiham qaydasında məhkəməyə verildi17:45 - Baş Prokurorluq məhkəməyə müraciət etdi - Alimpaşa Məmmədovun həbs müddəti uzadıldı17:30 - Elman Rüstəmovun qızının borcu 15 milyona çatır – Fotofakt17:15 - Çindən Rusiyaya ixrac kəskin azalıb - Pekin Qərbin sanksiyalarından qorxur17:00 - Kreml “Şimal Axını-2” kəmərinin fəaliyyətə başlayacağına ümid etmir 16:45 - Ukraynadakı müharibəni dayandırmağa kimlər mane olur? - “Bloomberg”16:30 - Azərbaycanda SAT-ın imtahan suallarını satanlar həbs edilib16:15 - “Rusiya Kiyevlə danışıqlara hazırdır“ - Rudenko16:00 - Z və V hansı mənanı daşıyır? - Rusiya MN-dən açıqlama15:45 - Ermənistanın sərhəd komissiyasının tərkibi müəyyənləşdi15:30 - “Əks-hücum daha çox vaxt tələb edir...” – Ukraynanın yaxın üç aya aid planları məlum olub15:15 - İran sərhədçilərinin öldürdüyü Mircavadın 22 yaşı olub15:00 - Prezidentin yüksək vəzifəyə təyin etdiyi Şahin Əliyev kimdir? - dosye14:40 - "Nə Aİ, nə də NATO Rusiya ilə müharibə istəyir" - Fransa XİN14:20 - "İsveç tamamilə terror yuvasıdır" - Türkiyə Prezidenti14:10 - ABŞ səfirindən Azərbaycan əleyhinə bəyanat13:55 - “Nə Putinlə, nə də Zelenski ilə əlaqələri kəsmək niyyətimiz var” - Ərdoğan 13:35 - "Ukrayna hazırda Avropa dəyərlərini qoruyur..." - 9 milyard avroluq "Marşal planı"13:18 - “Times”: “Ukraynadakı əməliyyat NATO-nun təxribatlarının nəticəsidir”