Mirkazım Seyidov Lavrovun fikirlərini şərh edir: "Razılaşmadığım məqamlar çoxdur"

18 yanvar, 2021 15:36

“Azərbaycan bundan sonra daha çevik qərarlar qəbul etməlidir. Bunun üçün ortada ciddi siyasi iradə olmalıdır. Prezident İlham Əliyev belə bir iradəyə malik olduğunu dəfələrlə sübut edib. Dünya və ölkəmiz üçün həssas bir məqamda Qarabağın ildırımsürətli planla işğaldan azad edilməsi bundan sonrakı proseslərdə də ölkəmizin rolunun artacağının, dünyanın əsas güc mərkəzlərindən birinə çevriləcəyimizin göstəricisi hesab oluna bilər. Amma bununla belə, regional və qlobal şərtlər sürətli şəkildə dəyişir”.

Bu fikirləri Azsiyasət.com saytına açıqlamasında BDP Təşkilat Komitəsinin sədri Mirkazım Seyidov bildirib.

O qeyd edib ki, bundan sonra daxili idarəçilik mexanizmləri əhəmiyyətli müstəviyə keçməli, dövlət-vətəndaş münasibətlərini möhkəmləndirən ideoloji addımlar atılmalıdır:

“Eyni zamanda, diaspor fəaliyyətimiz xarici siyasətin daha effektiv bir tərkib hissəsinə çevrilməli, ölkədə ədalət prinsipləri bərqərar olunmalı, rüşvət və korrupsiyaya qarşı amansız mübarizə aparılmalı və bütün sahələrlə bağlı ideoloji konsepsiyalar hazırlanmalıdır. Yeganə yol budur, əks halda dövlətimizi, xalqımızı gələcək təhlükələrdən qorumaq çətin olacaq”.

M.Seyidov Rusiyanın XİN rəhbəri Sergey Lavrovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirlərə də münasibət bildirib:

“Lavrovun fikirlərində Azərbaycan üçün müsbət məqamlar çoxdur, amma razılaşmadığım məqamlar da az deyil. Onun “Bizim qondarma “Qağlıq Qarabağ”ın müstəqilliyini tanımaq fikrimiz yoxdur” fikri bir çox məsələlərə aydınlıq gətirdi. Amma Ermənistan rəsmilərinin Dağlıq Qarabağa səfər etməsi ilə bağlı Lavrova ünvanlanan suala verdiyi cavab bizi qane edə bilməz. Lavrov bunu humanitar səfərlər kimi qiymətləndirir. O zaman sual olunur: bu Ermənistan rəsmiləri qondarma rejimin bayrağı altında niyə görüşlər keçirirlər!? Deməli, bəzi məsələrlə bağlı etiraz etməkdə tam haqlıyıq”.

25 iyul

14:31 - Mustafa Şentop Azərbaycana gəlir - "Bakı Bəyannaməsi" imzalanacaq14:27 - Azərbaycan zənginləri Bodrumda, dünya elitasının qala gecəsində - Bilet 25 min avrodan başlayır - FOTOLAR 14:12 - Mirsaleh Seyidov töhmət aldı12:21 - "Rusiya Ermənistana deyir ki, başlayın atəş açmağa" - Deputatdan açıqlama 00:58 - "Azərbaycan, Ələhvaz!", "İttihad, ittihad!" - Etirazlar Təbrizə sıçradı00:50 - "Qərbdə Qarabağla bağlı bütün təsir imkanlarından kənar qaldıqlarını başa düşüblər" - Rusiyalı ekspert00:45 - Rusiyada skandal - Kommunistlər ayağa qalxdı00:43 - "Qanunsuz verilmiş mənzillər alınıb ehtiyacı olan jurnalistlərə verilməlidir" - Fazil Mustafa00:39 - Badamdarda güclü yanğın olub - VİDEO

24 iyul

18:46 - "Qarabağda Rusiyanın qalması, oraya Fransa və ABŞ qoşunlarının gəlməsindən daha sərfəlidir" - Etibar Məmmədov 18:43 - Səməd Səmədov vəfat etdi14:50 - ATƏT və Dövlət Departamentindən Bakı ilə Yerevana müraciət14:22 - Azərbaycanın İraqdakı səfirliyinin müvəqqəti işlər vəkili Nasir Məmmədov geri çağırılır? - TƏFƏRRÜAT13:00 - "Cənubi Qafqazda tərəfləri sülhə çağırırıq"  - İran XİN12:45 - "ATƏT-in Minsk qrupunun fəaliyyəti mənasızdır" - "Foreign Policy"12:42 - Rus sülhməramlılarından çok açıqlama - "Sərhəddəki təxribatı Ermənistan hökuməti yaradır"12:28 - İlham Əliyevin son görüşləri və Kəlbəcərə açılan atəş - Ermənistan niyə təşviş içindədir?11:00 - Kəlbəcərə gedib çıxmaq üçün 15 kilometrlik tunel çəkilir - Ömər aşırımından keçmək..10:45 - Ordumuz düşmənin cavabını verdi - Erməni hərbçi başından vuruldu00:17 - Ermənistan Kəlbəcərdə təxribatı necə həyata keçirib? - TƏFƏRRÜAT00:14 - Vaqif Axundovun həbs edilən bacısı oğlunun FOTOLARI00:09 - Su qıtlığına görə etirazlar - Xamaneyi küçələrə çıxanlara dəstək verdi

23 iyul

22:54 - Dövlət sərhəddində atışma davam edir - RƏSMİ20:16 - "Narkotil vasitələrlə mübarizə məqsədilə işçi qrupu yaradılacaq" - Baş prokurorluq20:13 - Müdafiə Nazirliyində yeni təyinatlar - 4 generala yeni vəzifə verildi18:01 - Ermənilər Kəlbəcəri atəşə tutdu - Ordumuzun giziri şəhid oldu17:00 - Fransa prezidenti Makron Bakıya gələcək16:06 - Kərim Vəliyev Silahlı Qüvvələrin Baş qərargah rəisi təyin edildi 14:42 - Rövşən Əkbərov özü ilə kimləri "içəri aparacaq"? - Generalın məhkəməsində böyük skandal13:30 - Hərbi hissədən pul tələb edən "jurnalistlər" həbs edildi - FOTO