"İndi mən heç özüm özümə məsləhət verə bilmirəm" - Araz Ağalarov

02 avqust, 2020 00:34

Son günlər Rusiyada rublun məzənnəsi dollara nisbətən aşağı düşür və bəzi ekspertlər ölkəni “qara avqustun”- devalvasiyanın gözlədiyini təxmin edirlər.

"Azsiyasət.com" saytı virtualaz.org-a istinadən xəbər verir ki, Azərbaycan əsilli rusiyalı milyarder Araz Ağalarov mövzu ilə bağlı ona zəng vuran “Komsomolskaya Pravda” qəzetinin müxbirinə Mərkəzi Banka müraciət etməyi məsləhət görüb.

“Rublla bağlı nə baş verir, yaxın, uzaq perspektivdə nə baş verəcək?”,-jurnalist Aleksandr Qamov soruşub.

Biznesmen deyib:

- Siz indi düzgün ünvana zəng vurmursunuz, Aleksandr,-Mərkəzi Banka zəng vurmaq lazımdır. Çünki bizdə bir tərəfdən rubl dəyərdən düşür, digər tərəfdən Mərkəzi Bank qızıl-valyuta ehtiyatlarını artırır. Düzünü desəm, mən başa düşmürəm ki, bu necə ola bilər, çünki son bir ayda Mərkəzi Bankın ehtiyatları 15 milyard dollar artıb.

Və ümumiyyətlə, onların ehtiyatları 580 milyardı aşıb, yəni bir ucdan artır, artır. Rublun məzənnəsi isə enir.

Araz Ağalarov hesab edir ki, bunlar bir-birini istisna edən anlayışlardır. Çünki rublun məzənnəsini sabit saxlamasalar Rusiya iqtisadiyyatı düzəlməyəcək.

Jurnalist yenə soruşub:

- Birdən mən Mərkəzi Banka zəng vura bilmədim, deyin, indi sadə adamlar necə yaşasınlar?

- Axı mən sadə adamlara nə məsləhət görə bilərəm? İndi heç mən özüm özümə məsləhət verə bilmirəm.

Araz Ağalarov söhbət zamanı onu da deyib ki, rublu dəyərdən salmaqla iqtisadi siyasət qurmaq mümkün deyil. Heç bir ölkədə bu baş verməyib və verməyəcək. Onun fikrincə, rublun indiki ucuzlaşması yeni ucuzlaşmanın əsasını qoyur. Çünki insanlar dərhal həyacana düşür, bütün pullarını dollara dəyişir ki, daha da dəyərdən düşməsin. Bu da rubla daha çox təzyiq yaradır.

“Mən başa düşmürəm ki, nəyə görə biz hər dəfə eyni dırmığa basırıq? Üstəlik neftin qiymətinin 42-43 dollar olduğu bir vaxtda. Və xarici ticarət saldosu da müsbətdir. Ona görə də mən başa düşmürəm... Bunu izah edə bilmirəm. Bilmirəm niyə belə edirlər”,-Ağalarov deyib.

18 avqust

16:01 - İlham Əliyev sərəncam imzaladı - Komissiyanın tərkibi dəyişdi15:59 - Ermənistan Azərbaycanla sərhəddə üç keçid məntəqəsi açacaq15:55 - Rusiya ordusunun kapitanı müharibəyə qarşı çıxan azərbaycanlını güllələdi - "Sirena" nəşri15:50 - Türkiyyə İsveç və Finlandiyaya xəbərdarlıq etdi15:47 - ОАО “Azərlotereya” заплатила налогов на сумму более 5 миллионов AZN - фото15:43 - "Azərlotereya" ASC 5 milyon manatdan çox vergi ödəyib - FOTOLAR 15:35 - 1 saylı "zon"un rəisi avtoritetlərə yas mərasimi təşkil edib10:48 - Çin Rusiyaya qoşun göndərir...10:45 - Rusiya və Ermənistan arasında böyük gərginlik - Dostlar düşmənə çevirilir?09:17 - Azərbaycanda məmurlar niyə kompromat toplayır? 00:53 - Qazaxıstan təhsilində rus dili qadağası - Kreml hansı addımı atacaq?00:44 - İlham Əliyev və Mehriban Əliyeva Müslüm Maqomayevin xatirəsinə həsr olunan gecədə iştirak edib - FOTOLAR00:42 - Rusiyadan Krımla bağlı təcili addım...00:38 - Bu gün ermənilər Laçındakı kilsəyə toplanacaq - SƏBƏBLƏR00:32 - Bizim Market” satıldı: Qalmaqallı iş adamı ölkəni tərk edir? - FOTO 00:29 - Qarabağda ermənilərdən ağır silahlar alınır? - Erməni mediası00:26 - NATO Kosovodakı sülhməramlıların sayını niyə artırır?

17 avqust

17:11 - Türkiyə-İsrail yaxınlaşmasını təmin edən hansı amillərdir?16:08 - Ukraynaya hücumdan əvvəl nələr baş verib: Gizli saxlanılan detallar açıqlandı - "The Washington Post" 16:05 - Türkiyə-İsrail münasibətləri bərpa olundu13:22 - Çin Ukrayna ilə müharibədə Rusiyaya kömək edirmi? - Kuleba izah edib13:20 - "O gözəl günləri xatırladıq və Mehribanla çox duyğulandıq" - İlham Əliyev11:57 - Rusiya Ermənistana nota verdi02:04 - Bundan sonra almanların Rusiyaya münasibəti necə olacaq? - "İROZHLAS" nəşri02:00 - Quterreş, Ərdoğan və Zelenski arasında Lvovda görüş olacaq 01:58 - Çinin Tayvanı işğal etməsi an məsələsidir...01:52 - ABŞ İrana qarşı sanksiyaların ləğvini qəbul edib?

16 avqust

19:38 - Rusiya ilə sərhəddə Sovet abidəsi söküldü...18:46 - İran hərbi nümayəndə heyəti Qarabağda - FOTO18:36 - Ermənistan "sülhə" belə hazırlaşır - FOTOLAR