“Türkiyə Azərbaycanda hərbi bazalar qura bilərmi?” - Keçmiş Xarici İşlər naziri şərh edir

01 avqust, 2020 10:35

Tofiq Zülfüqarov: “Hərbi bazalar qurmaq ötən ildən qalıb, vacib məsələ siyasi iradədir”

Türkiyə-Azərbaycan silahlı qüvvələrinin birgə hərbi təlimləri regionda yeni hərbi-siyasi vəziyyət yaradır. Müstəqilliyinilk illərindən bəri ilk dəfədir ki, iki ölkə arasında münasibətlər belə yüksək səviyyədədir. Bu, Ankaranın son illər fəal xarici siyasət yürütməsi, sərhədləri boyunca Suriyada, İraqda və Liviyada maraqlarını qorumaq üçün çəkinmdən qərarlar alması ilə bilavasitə bağlıdır.

Gözlənilirdi ki, Türkiyə maraq dairəsində olan Cənubi Qafqazda da fəallaşacaq. Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş verən təxribatlara Ankaranın adekvat, kəskin reaksiya verməsi, ardınca Azərbaycanla birgə hərbi təlimlərə start verməsi bu gözləntiləri doğrultdu.

Azsiyasət.com xəbər verir ki, keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov regiondakı vəziyyəti “azpolitika.info”-ya şərh edərkən bildirib ki, Türkiyə-Azərbaycan birgə hərbi təlimlərinin keçirilməsi Rusiyanın regionda hərbi-siyasi nüfuzunun azalmasının nəticəsidir: “Bu proses çoxdan başlayıb. Rusiyanın üzləşdiyi siyasi, iqtisadi problemlər, sanksiyalar, hərbi münaqişələrə cəlb olunmasıonun regionda təsir imkanlarının azalmasına gətirib çıxarır. Bu konteksdə Rusiyanın Ermənistanla da problemləri meydana çıxıb. Beləliklə, Moskva artıq bölgədə hərbi-siyasi güc, hegemon deyil”.

Keçmiş nazir qeyd edib ki, bunun əksinə Türkiyənin mövqeləri güclənib: “Türkiyənin nüfuzu, siyasi, iqtisadi imkanları artır və bu da Ankaranın fəallaşmasını şərtləndirir. Azərbaycanla Türkiyə arasında siyasi, iqtisadi əlaqələrin tarixinə nəzər saldıqda görürük ki, son zamanlar ikitərəfli münasibətlərdə siyasi bəyanatlardan real işə keçilib. Bütün sahələrdə - hərbi, siyasi, iqtisadi, humanitar əlaqələr dərinləşdirilir. Moskva sazişindən irəli gələrək qarantyorluğunda olduğu Naxçıvan bölgəsində, bu günlərdə isə başqa ərazilərimizdə birgə hərbi təlimlər keçirilir. Beləliklə, Türkiyə iddialıdır ki, regionda öz nüfuzunu, siyasi iradəsini möhkəmləndirsin”.

“Türkiyə Azərbaycanda hərbi bazalar qura bilərmi” sualına cavabında T.Zülfüqarov bildirdi ki, texnoloji inkişaf, hərbi sənayenin sürətli inkişafı yeni reallıqlar yaradıb: “Hazırda hərbi bazalar anlayışı ötən əsrdə qalıb, bəlkə də artıq ona ehtiyac yoxdur. Çünki müasir silahların səviyyəsi ona imkan verir ki, konkret coğrafi ərazilərdə quraşdırılmasına ehtiyac qalmır. Əsas məsələ siyasi iradədir. Birgə hərbi təlimlərin keçirilməsi də göstərir ki, hər iki tərəfdə belə bir iradə mövcuddur”.

29 iyun

11:51 - İrəvandan Zəngəzur dəhlizi açıqlaması...11:47 - 5 ildə büdcədən 2,5 milyard alıb, ancaq... - Cavid Qurbanovun dövrü "Azərbaycan Dəmir Yolları" QSC-də hansı pozuntulara yol verilib?01:46 - "Ukraynaya görə Rusiya ilə döyüşməyəcəyik" - Boris Conson01:16 - İraqda İsraillə münasibətlərin normallaşdırılmasını istəmək cinayət hesab olunacaq01:12 - Ermənistanda fəhlələr aclığa başladı01:09 - Əli Xameneinin müşavirindən Azərbaycana qarşı ittihamlar01:06 - Türkiyə Finlandiya və İsveçin NATO-ya üzv olmasına niyə razılıq verdi?

28 iyun

17:34 - Rusiyadan NATO sammitinə "sürpriz" - FOTO 17:27 - Putin Xersonun müdafiəsində nüvə silahından istifadəni nəzərdə tutub? 17:23 - "Rusiya ilə danışıqlar yolunun tapılması tərəfdarıyam" - Henri Kissincer12:27 - "Seyid cəddinə arxayın olan kimi, biz də neft və qaz gəlirlərinə arxayın olmamalıyıq" - Siyavuş Novruzov12:08 - Azərbaycanda böyük bir mafiya var: Turizmin inkişafına imkan vermirlər - Millət vəkili11:20 - Laçından ermənilər köçürülür?11:18 - Ermənistanı Qarabağa dair tələbləri yumşaltmağa kim çağırıb? - Paşinyan açıqladı11:15 - "Rusiya ordusu axıra qədər vuruşmağa məcburdur" - Budanov00:13 - Rusiya ticarət mərkəzini haradan və necə vurub?

27 iyun

22:37 - İsveç terrorçular üçün təhlükəsiz sığınacaq olmayacaq22:35 - İlham Əliyev Putinlə nə vaxt görüşəcək?22:30 - Rusiya bu ölkənin 8 diplomatını geri göndərir18:40 - Vüsal Novruzov niyə həbs edilmir?18:14 - Müharibənin 124-cü günü - Rusiya Ukraynanın itkilərini açıqladı18:11 - Çapay Sadıqlı nə üstündə öldürülüb  - AXCP fəalının qətlinin təfərrüatı18:09 - Səfirimiz İran XİN-ə getdi14:03 - "Xəzər beşliyi" fəaliyyətini necə davam etdirəcək?12:42 - İlham Əliyev Ermənistana   xəbərdarlıq etdi11:47 - Nazirlər Bakı Bəyannaməsi imzaladılar - FOTOLAR11:09 - Azərbaycanda növbəti komando hərbi hissələri açılacaq10:04 - İbrahim Kalından Qarabağ açıqlaması - "Amerikalılarla qarşı-qarşıya gəldik"10:02 - Putinin nüvə çamadanı necə işləyir?09:57 - Azərbaycanda təyyarə biletinin qiyməti artmaqda davam edir