“Şəhərin mərkəzindəki "erməni kilsəsi" ermənilərin yox, bizim xalqın tarixi abidəsidir” - Əziz Ələkbərli

29 iyul, 2020 13:10

Bakının düz mərkəzində yerləşən erməni kilsəsinin statusu ilə bağlı məsələ hazırda əsas müzakirə mövzularından birinə çevrilib. Kilsə boşdur, bu günə qədər qorunub, mühafizə olunub. Amma nə vaxta qədər boş qalmalıdır? Erməni kilsəsinə hansı status verilməlidir? Ümumiyyətlə, erməni kilsəsi ilə bağlı hansı tarixi qərar verilə bilər ki, milli nöqteyi-nəzərdən bizim xeyirimizə olsun və s.

 “Azsiyasət.com” saytı bütün bu suallarla bağlı Filologiya üzrə fəlsəfə doktoru, Milli Məclisin deputatı Əziz Ələkbərlinin fikirlərini öyrənib:  

“Azərbaycan Qaçqınlar Cəmiyyəti olaraq, biz bu məsələyə illər öncə dəfələrlə münasibət bildirmişik. Bu məsələnin bu gün ziyalılarımız tərəfindən yenidən gündəmə gətirilməsi təqdirəlayiqdir. Şəxsən mən bu fikirdəyəm ki, hər hansı tarixi abidəyə zərər vurulması yolverilməzdir. Hər hansı bir tikili keçmişdə hansı təyinatla istifadə edilməsindən asılı olmayaraq bu torpağın milli sərvətidir. Tarixin hansı dönəmindəsə hansısa qala monqol, ərəb, yaxud rus işğalçıları tərəfindən tikilib, yaxud xalqımıza qarşı istehkam kimi istifadə olunubsa, biz bu gün onu məhv etməli deyilik. İndiyə qədər etməmişik, indidən sonra da etməyəcəyik. Şəhərin mərkəzindəki "erməni kilsəsi" də o cümlədən, o, ermənilərin yox, bizim xalqın tarixi abidəsidir və ermənilərin yüzillər boyu xalqımıza etdyi düşmənçiliklərə baxmayaraq, o abidənin hələ də ayaq üstə durmağı xalqımızın böyüklüyünə dəlalət edir”.

Ə.Ələkbərli bildirib ki, ziyalılarımızın həmin kilsənin soyqırım muzeyinə çevrilməsi fikrinə hörmətlə yanaşır:

“Amma o fikirdəyəm ki, o kilsə tarixi abidə kimi qorunmalı, şəhərin turizm siyahısına daxil edilməli və Bakıya gələn turistlərə ermənilərin Azərbaycan torpaqlarına köçürülməsindən üzübəri ətraflı, faktlar və sübutlarla, əyani vəsait və xəritələrlə məlumat verilməlidir. Yəni, kilsədə hansısa qapalı bir muzey kollektivi işləməməli, kilsə tarixi abidə kimi turistlərin üzünə açıq olmalı və bizim onlara erməni vandalizmi barədə lazımi informasiya vermək imkanımız olmalıdır”.

 

29 iyun

01:46 - "Ukraynaya görə Rusiya ilə döyüşməyəcəyik" - Boris Conson01:16 - İraqda İsraillə münasibətlərin normallaşdırılmasını istəmək cinayət hesab olunacaq01:12 - Ermənistanda fəhlələr aclığa başladı01:09 - Əli Xameneinin müşavirindən Azərbaycana qarşı ittihamlar01:06 - Türkiyə Finlandiya və İsveçin NATO-ya üzv olmasına niyə razılıq verdi?

28 iyun

17:34 - Rusiyadan NATO sammitinə "sürpriz" - FOTO 17:27 - Putin Xersonun müdafiəsində nüvə silahından istifadəni nəzərdə tutub? 17:23 - "Rusiya ilə danışıqlar yolunun tapılması tərəfdarıyam" - Henri Kissincer12:27 - "Seyid cəddinə arxayın olan kimi, biz də neft və qaz gəlirlərinə arxayın olmamalıyıq" - Siyavuş Novruzov12:08 - Azərbaycanda böyük bir mafiya var: Turizmin inkişafına imkan vermirlər - Millət vəkili11:20 - Laçından ermənilər köçürülür?11:18 - Ermənistanı Qarabağa dair tələbləri yumşaltmağa kim çağırıb? - Paşinyan açıqladı11:15 - "Rusiya ordusu axıra qədər vuruşmağa məcburdur" - Budanov00:13 - Rusiya ticarət mərkəzini haradan və necə vurub?

27 iyun

22:37 - İsveç terrorçular üçün təhlükəsiz sığınacaq olmayacaq22:35 - İlham Əliyev Putinlə nə vaxt görüşəcək?22:30 - Rusiya bu ölkənin 8 diplomatını geri göndərir18:40 - Vüsal Novruzov niyə həbs edilmir?18:14 - Müharibənin 124-cü günü - Rusiya Ukraynanın itkilərini açıqladı18:11 - Çapay Sadıqlı nə üstündə öldürülüb  - AXCP fəalının qətlinin təfərrüatı18:09 - Səfirimiz İran XİN-ə getdi14:03 - "Xəzər beşliyi" fəaliyyətini necə davam etdirəcək?12:42 - İlham Əliyev Ermənistana   xəbərdarlıq etdi11:47 - Nazirlər Bakı Bəyannaməsi imzaladılar - FOTOLAR11:09 - Azərbaycanda növbəti komando hərbi hissələri açılacaq10:04 - İbrahim Kalından Qarabağ açıqlaması - "Amerikalılarla qarşı-qarşıya gəldik"10:02 - Putinin nüvə çamadanı necə işləyir?09:57 - Azərbaycanda təyyarə biletinin qiyməti artmaqda davam edir09:54 - "Rusiya son bir əsrdə ilk defolt elan edib" - "Bloomberg"

26 iyun

20:25 - Azərbaycan səfiri İran şirkətlərini Qarabağ və Şərqi Zəngəzura sərmayə yatırmağa çağırıb