Azərbaycan Zəngəzuru necə geri alacaq? - Xəyallar gerçək olur

11 dekabr, 2020 15:08

Prezident İlham Əliyevin Zəfər paradında Zəngəzur, Göyçə mahalları və İrəvanın Azərbaycanın qədim əraziləri olduğunu vurğulaması Ermənistanı təşvişə salıb. Ermənilər hesab edirlər ki, Ermənistan Azərbaycan və Türkiyə arasında bölünə bilər. İki gün öncə Türkiyə televiziya kanallarında Zəngəzurla bağlı yayımlanan görüntülər də onların qorxusunu artırıb. Görüntülərdə Zəngəzur Muxtar Respublikası əks olunmuşdu. Erməni ictimai-siyasi fəalları hesab edir ki, İkinci Qarabağ müharibəsi hələ bitməyib və bu gedişlə Azərbaycan qədim ərazilərini də geri tələb edəcək. Bir sıra siyasi ekspertlər isə düşünürlər ki, Azərbaycan müdafiə mövqeyindən hücum mövqeyinə keçib. İşğal edilən ərazilərə vurduqları ziyana görə hesablanan yüz milyardlarla dollar təzminat tələbinin fonunda bu yeni strategiya Ermənistanın başını çox ağrıdacaq.

Azərbaycan insanını isə indi bu düşündürür: Öz qədim torpaqlarımızı hansı qaydada geri ala bilərik?

Azsiyasət.com xəbər verir ki, mövzu ilə bağlı bakupost.az-a danışan Azad Demokratlar Partiyasının sədri, təhlükəsizlik məsələləri üzrə ekspert Sülhəddin Əkbər bildirdi ki, Azərbaycan Ermənistana qarşı böyük miqdarda müharibə təzminatı irəli sürməlidir: 

“Ermənistanın isə məlumdur ki, həmin təzminatı ödəmək imkanı yoxdur. Tarixi əsaslandırmadan əlavə, həm də Azərbaycan tərəfi müharibə təzminatı olaraq Ermənistandan məhz bu torpaqları tələb etməlidir. Təbii ki, tələb zamanı bu əsaslandırma da istifadə oluna bilər. Yəni, Azərbaycan təzminat olaraq Zəngəzuru geri ala bilər”.

S.Əkbər əlavə etdi ki, ümumiyyətlə, bu müharibə geopolitik müharibədir: 

“Buna regionun geopolitik inkişafı konktekstində baxmaq lazımdır. Həmçinin, nəzərə almaq lazımdır ki, Zəngəzurun alınması təkcə Azərbaycanın maraqlarına uyğun deyil, eyni zamanda, regionun inkişafında maraqlı olan bir sıra böyük güclərin də marağındadır. Zəngəzurun geri qaytarılması Böyük Britaniya, Çin, Türkiyə və İsrail kimi böyük dövlətlərin marağındadır. Vətən Müharibəsinin gedişatında bu dövlətlərdən bəziləri açıq, bəziləri isə gizli şəkildə Azərbaycana dəstək verirdilər”. 

Ötən gün Zəfər paradında prezident İlham Əliyev bildirmişdi ki, əslində, Ermənistanın aqresiv təcavüzkar siyasəti hələ 80-ci illərin sonlarından başlayıb: 

“O vaxt indiki Ermənistan respublikasında yaşamış 100 minlərlə azərbaycanlı öz dədə-baba torpaqlarından didərgin salındı. Zəngəzur, Göyçə, İrəvan mahalı bizim tarixi torpaqlarımızdır. Bizim xalqımız bu torpaqlarda əsrlər boyu yaşayıb”.

27 fevral

21:22 - "Nəcməddin Sadıkovun sabah hansı qiyafədə peyda olacağı bəlli deyil" - Sabiq nazir müavini21:16 - Yerevanda müxalifət yenidən parlamentin qarşısına qayıtdı - VİDEO 15:10 - Qarabağa böyük qayıdış üzrə İşçi Qrup yaradılıb - SİYAHI 14:32 - Prezident İlham Əliyevdən sensasiyalı açıqlama - VİDEO 13:07 - Ordudan sonra diplomatlar da Paşinyandan ÜZ ÇEVİRDİ12:03 - Yunanıstan Türkiyə sərhədindəki ərazini işğal etdi - FOTOLAR 11:59 - Bakı metrosu nə vaxt açılır? - Sərnişinləri hər an qarşılamağa hazırıq10:46 - Rusiyanın işğal planı - Turçinov şok faktlar açıqladı10:39 - Heydər Əsədov kirvəsinin həbsindən qorxuya düşüb - SƏBƏB10:36 - "Krımı təcili surətdə qaytarın!" - ABŞ dövlət katibi Rusiyadan tələb edib10:33 - ABŞ kəşfiyyatı "Putinin aşbazı"-nı axtarır - 250 min dollar mükafat təyin edib...10:30 - Narın hansı faydaları var? 10:27 - Müdafiə Nazirliyinin Tibb Baş İdarəsində dəyişiklik - FOTO09:13 - Hakimiyyət böyük əfvə hazırlaşır - GÖZLƏNTİ08:29 - "ABŞ Krımın ilhaqını heç zaman tanımayacaq" - Co Bayden08:20 - "Ermənistanı zorla Rusiyaya birləşdirməliyik" - Jirinovski08:18 - "Şuşanın alınması ayrıca dastandır" - Prezident XTQ-dən danışdı

26 fevral

19:38 - Rusiya hərbçiləri Qarabağı tərk edəcək 13:38 - İranlı jurnalistin təxribatçı sualına Prezident sərt cavab verdi 12:34 - "Biz Xocalıya da qayıdacağıq, başqa yolu yoxdur" - İlham Əliyev12:18 - Xocalı faciəsinə həsr olunan “13” filmi təqdim edildi - VİDEO 12:07 - "Bəs vəsaiti olmayanlar nə etməlidir? Ölməlidirlər?" - İlham Əliyevdən sərt tənqid12:03 - "Bu plakat Ermənistanda qıcıq doğurur" - Prezident11:09 - İlham Əliyev mətbuat konfransı keçirir - CANLI 11:06 - Prezident xanımı ilə "Ana harayı" abidəsini ziyarət etdi11:03 - Çavuşoğlu Xocalı soyqırımı ilə bağlı paylaşım etdi - FOTO01:53 - Rusiya Müdafiə Nazirliyi: "Paşinyan çaşıb..."01:15 - Xocalı soyqırımından 29 il ötür

25 fevral

20:27 - Paşinyan yenə Putinə zəng etdi20:20 - "İnvestisiya Holdinqindən çox böyük gözlənti var" - Vüqar Orucla MÜSAHİBƏ