"Ərdoğan Qarabağın azadlığına nail olmalıdır" - Qüdrət Həsənquliyev

25 iyul, 2020 13:41

“Ərdoğan Qərbdən asılı siyasətçi deyil və Türkiyənin maraqlarını qorumaq üçün cəsarətli mövqe ortaya qoymağı bacarır. O, hakimiyyətə gələndən sonra ölkəsinin iqtisadi və hərbi baxımdan əvvəlki dövrlə müqayisə olunmayacaq səviyyədə inkişafına nail olub. Ölkənin beynəlxalq nüfuzu xeyli yüksəlib. Güclü iradəyə sahib olan dövlət adamı kimi o, öz ölkəsinin mənafeləri tələb etdiyi halda bütün xarici təzyiqlərə davam gətirməyi bacarıb. Onun da səhvləri olub və yəqin ki, bundan sonra da olacaq, amma heç bir şişirtməyə yol vermədən tam əminliklə deyirəm ki, Atatürk qədər onun Türkiyə Respublikası qarşısında xidmətləri var”.

Bunları Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin üzvü Qüdrət Həsənquliyev Azərbaycan-Ermənistan sərhəddində baş verən qarşıdurma zamanı Türkiyənin misilsiz dəstəyi barədə danışarkən deyib. Daha əvvəl Q.Həsənquliyev belə bir fikir irəli sürmüşdü ki, Ərdoğan hakimiyyətdən getmədən Qarabağ münaqişəsinin həllinə nail olmalıyıq.

Partiya sədri bu fikrini növbəti dəfə təkrarlayıb. Sitat: “Heç istəməzdim ki, o Türkiyəni nüvə silahına sahib ölkəyə çevirmədən və Qarabağı Azərbaycanla birlikdə işğaldan azad etmədən hakimiyyətdən getsin. Biz ermənilərin Kəlbəcəri işğal edərkən dinc insanları çıxarmaq üçün Dəmirəlin Elçibəyin xahişini rədd edərək Azərbaycana iki mülki vertolyot verməməsini, Qərbin tapşırığı ilə torpaqlarımızı işğal etməkdə davam edən Ermənistana taxıl göndərməsini yadımızdan çıxarmamalıyıq. Yaxud Sezərin Heydər Əliyevə "NATO izin verməsə, biz Sizə bir qurşun da verə bilmərik" deməsini də. Türkiyə regionda əsas söz sahiblərindən birinə çevrilmək istəyirsə, təcili nüvə silahına sahib olmalıdır. Biz bir millət olaraq Türkiyədən umuruq ki, çətin günlərini yaşayan Osmanlı dövləti 100 il əvvəl Bakını işğaldan azad etdiyi kimi, Türkiyə də Ərdoğanın liderliyi ilə Qarabağı azad etməyə kömək etsin. Ərdoğan da Nuru Paşa kimi adını Azərbaycanın və Türk dünyasının tarixinə qızıl hərflərlə yazsın”.

Q.Həsənquliyev deyib ki, Türkiyənin Qarabağın azadlığı üçün Rusiya ilə anlaşmaq imkanları bizimlə müqayisədə daha çoxdur. “Türkiyə Qarabağın azadlığı üçün müstəqil fəaliyyət göstərməlidir. Ehtiyac olduqda Azərbaycan naminə beynəlxalq məsələlərdə güzəştə getməyə və qurbanlar verməyə hazır olmalıdır. "Siz müharibəyə başlayın, biz kömək edəcəyik" yanaşması keçərli deyil. Çünki şəxsən mən öz maraqlarımız naminə Türkiyənin nüvə silahına sahib Rusiya ilə nəticəsi bəlli olmayan savaşa girməsini, regionun xarabazara çevrilməsini məqbul saymıram. Həm Azərbaycan, həm Türkiyə 30 ildən artıq bir müddətdə Qarbağın azadlığına heç bir töhfə verməyən mövcud siyasətdən imtina etməli, Rusiya ilə razılaşmanın yollarını tapmalıdırlar. Müharibə danışıqlar baş tutmayacağı təqdirdə ən son variant kimi nəzərdən keçirilməli, o zaman Qərbin və Rusiyanın açıq, İranın gizli dəstək verəcəyi Ermənistanla vuruşmağa hazır olmalıyıq. Tovuz döyüşləri zamanı Türkiyənin verdiyi bəyanatları isə yüksək qiymətləndirirəm”. (azpolitika)

29 iyun

01:46 - "Ukraynaya görə Rusiya ilə döyüşməyəcəyik" - Boris Conson01:16 - İraqda İsraillə münasibətlərin normallaşdırılmasını istəmək cinayət hesab olunacaq01:12 - Ermənistanda fəhlələr aclığa başladı01:09 - Əli Xameneinin müşavirindən Azərbaycana qarşı ittihamlar01:06 - Türkiyə Finlandiya və İsveçin NATO-ya üzv olmasına niyə razılıq verdi?

28 iyun

17:34 - Rusiyadan NATO sammitinə "sürpriz" - FOTO 17:27 - Putin Xersonun müdafiəsində nüvə silahından istifadəni nəzərdə tutub? 17:23 - "Rusiya ilə danışıqlar yolunun tapılması tərəfdarıyam" - Henri Kissincer12:27 - "Seyid cəddinə arxayın olan kimi, biz də neft və qaz gəlirlərinə arxayın olmamalıyıq" - Siyavuş Novruzov12:08 - Azərbaycanda böyük bir mafiya var: Turizmin inkişafına imkan vermirlər - Millət vəkili11:20 - Laçından ermənilər köçürülür?11:18 - Ermənistanı Qarabağa dair tələbləri yumşaltmağa kim çağırıb? - Paşinyan açıqladı11:15 - "Rusiya ordusu axıra qədər vuruşmağa məcburdur" - Budanov00:13 - Rusiya ticarət mərkəzini haradan və necə vurub?

27 iyun

22:37 - İsveç terrorçular üçün təhlükəsiz sığınacaq olmayacaq22:35 - İlham Əliyev Putinlə nə vaxt görüşəcək?22:30 - Rusiya bu ölkənin 8 diplomatını geri göndərir18:40 - Vüsal Novruzov niyə həbs edilmir?18:14 - Müharibənin 124-cü günü - Rusiya Ukraynanın itkilərini açıqladı18:11 - Çapay Sadıqlı nə üstündə öldürülüb  - AXCP fəalının qətlinin təfərrüatı18:09 - Səfirimiz İran XİN-ə getdi14:03 - "Xəzər beşliyi" fəaliyyətini necə davam etdirəcək?12:42 - İlham Əliyev Ermənistana   xəbərdarlıq etdi11:47 - Nazirlər Bakı Bəyannaməsi imzaladılar - FOTOLAR11:09 - Azərbaycanda növbəti komando hərbi hissələri açılacaq10:04 - İbrahim Kalından Qarabağ açıqlaması - "Amerikalılarla qarşı-qarşıya gəldik"10:02 - Putinin nüvə çamadanı necə işləyir?09:57 - Azərbaycanda təyyarə biletinin qiyməti artmaqda davam edir09:54 - "Rusiya son bir əsrdə ilk defolt elan edib" - "Bloomberg"

26 iyun

20:25 - Azərbaycan səfiri İran şirkətlərini Qarabağ və Şərqi Zəngəzura sərmayə yatırmağa çağırıb