“Putinə lazımdır ki, Paşinyan öhdəlikləri həyata keçirsin, sonrasını...” - Politoloq

20 noyabr, 2020 00:12

Rusiya Prezidentinin son bəyanatı əslində ermənilər üçün o deməkdir ki, oturun yerinizdə. Əlbəttə, Putinin dediyindən belə çıxırdı ki, əslində Nikol Paşinyan satqın deyil, axmaqdır. Ona görə ki, Şuşanı satmamışdı. Sadəcə ona təklif edilmişdi ki, Şuşaya azərbaycanlılar qayıtsın, amma şəhər sizin nəzarətinizdə olsun, rus sülhməramlıları da orada dayansın. Paşinyan bundan imtina etmişdi. Bu əslində axmaqlıq idi.

Azsiyasət.com xəbər verir ki, bu fikirləri politoloq Rasim Musabəyov deyib.

O, əlavə edib ki, Putin ermənilərə razılaşmadan çıxsanız fəlakətə yol açacaqsınız mesajını da verib: “Məncə, bu da ermənilərə xəbərdarlıqdır. Putinə lazımdır ki, Paşinyan öhdəlikləri həyata keçirsin. Sonrasını özünüz bilərsiniz. Sözsüz ki, proseslər bir müddətdən sonra Paşinyanı güdaza verəcəklərini deyir. Hələlik Paşinyan qalacaq”.

Rasim Musabəyovun fikrincə, Putinin Gürcüstan və Ukraynanın adını çəkərək ora NATO-nun gəlişini qeyd edib və bildirib ki, buna yol vermək olmaz:

“Amma diqqətlə baxanda bəllidir ki, Türkiyə NATO-nun üzvüdür. Putin deyir ki, Azərbaycan müstəqil dövlətdir, öz müttəfiqlərini seçmək haqqı var, istədiyi dövləti köməyə çağıra bilər və s. Bunlar vacib məqamlardır. Həmçinin təkcə Qarabağın deyil, ətraf rayonların da Azərbaycan ərazisi olduğunu təsdiqləyir. Bu o deməkdir ki, Dağlıq Qarabağda olan erməni əhalisinin Azərbaycandan kənarda hər hansı müzakirənin aparılması mümkün deyil. Bunların hamısı əslində Ermənistana qarşı fikirlərdir”.

Rusiya-Ermənistan münasibətlərinə toxunan Musabəyov hesab edir ki, ermənilərin qaçası yeri yoxdur:

“Təbii onlar indi zəncir çeynəyirlər, deyirlər ki, ruslar bizi satdı. Putin də deyir ki, sizi satmamışam, xilas etmişəm. Mən ehtimal etmirəm ki, yaxın illərdə Ermənistanda anti-Rusiya ab-havası güclənsin. Çünki heç kim gəlib Ermənistanı dolandırmaq, təhlükəsizliyini təmin etmək, onların nazı ilə oynamaq istəyində deyil. Belə olan halda Ermənistan dövlət kimi perspektivini itirir. Əlbəttə, Ermənistanda siyasi qüvvələr hakimiyyət uğrunda oyunlarda iştirak edir, müxtəlif fikirlər söyləyirlər. Amma bir azdan sadə erməni biləcək ki, onun dövlətinin perspektivi yoxdur. Əksinə, onlar Azərbaycana, Türkiyəyə deməlidirlər ki, qələt etmişik, bir daha etməyəcəyik. Sizin şərtlərinizi qəbul edib normal münasibətlər qurmaq istəyirik. Bu zaman Ermənistanın öz ərazilərində yaşamaq perspektivləri yarana bilər. Əks təqdirdə revanş haqqında düşünsələr inkişaf perspektivi olmayacaq. Əhali də düşünəcək ki, başımı götürüb hara qaçım. İmkanı olanlar Avropa və Amerikaya, olmayanlar Rusiya, Ukrayna və digər ölkələrə gedəcəklər. Məsələn, əvvəllər Ermənistanı ildə 30 min tərk edirdi, onların 17 mini başqa ölkə vətəndaşlığını alırdı. Karantin qadağaları aradan götürüldüyü halda ildə azı 100 min insan Ermənistanı tərk edəcək”.

teleqraf.com

28 noyabr

01:26 - Ukrayna generalları Azərbaycan ordusunun Qarabağdakı döyüş təcrübəsini öyrənir00:08 - Paşinyan Moskvaya səfər edəcək

27 noyabr

21:53 - “Fransa Senatının qərarına etiraz əlaməti olaraq etiraz aksiyalar keçirilməlidir” 21:30 - Türkiyədən Fransa Senatının Bakıya qarşı düşmənçilik addımına SƏRT REAKSİYA21:18 - İllərlə qət edilən böyük uğurların izi ilə - FOTOLAR21:12 - Türk əsgəri Qarabağa nə vaxt gəlir? 21:09 - İranda nüvə alimi QƏTLƏ YETİRİLDİ17:04 - "Şuşa əməliyyatı göstərdi ki..." - İqor Korotçenko15:05 - “Paşinyan Zəngəzuru Əliyevə verəcək” - Ermənistanın keçmiş naziri13:35 - Ermənistanın ödəyəcəyi təzminat necə hesablanacaq? - ŞƏRH13:28 - Ararikin Moskva səfərinin pərdəarxası... -"Rusiya separatçı rejimi diriltmək istəyir"12:32 - “Ermənilər insan deyillər, işğalçıdırlar, vəhşidirlər” - Moldovalı ombudsman11:39 - Sabiq deputatımız ermənilərə un göndərirmiş? - ŞOK DETALLAR10:45 - Yeni nazir Rusiyanın adamıdır: Bakıda təhsil alıb10:40 - Azad olunmuş ərazilərdə dövlət sərhəddi təcili müəyyənləşməlidir, əks halda...00:30 - Erməni qoşunları Xankəndidəki uşaq bağçalarını MİNALAYIBLAR00:26 - Fransa qondarma "Dağlıq Qarabağ respublikası"nı tanımır - BƏYANAT00:21 - "Makron bu qətnaməni təsdiq edərsə, Türkiyə ordusu..." - Türk generaldan MÜHÜM AÇIQLAMA

26 noyabr

19:50 - Azərbaycan hərbçiləri Sotk qızıl mədənində? 19:45 - Azərbaycan Fransaya NOTA verdi 18:46 - Ermənistanda deputatlar arasında dava düşdü - VİDEO 16:01 - “Paris prosesi pozmağa, gərginlik yaratmağa cəhd edir” - Leonid Kalaşnikov13:47 - Düşmən Kəlbəcərdən sonra Laçında evləri yandırır... - FOTOLAR13:26 - Laçında nə baş verir? - “Hər şeyi son günə buraxdın ki...”12:47 - "Makron qudurub" - Deputat Aqil Abbas 12:43 - Həbsdəki həmkarlarının aqibətindən dərs götürməyən icra başçısı - Suraxanıda köhnə hamam məsələsidir...10:45 - "Senatın qərarı heç kim üçün faydalı olmayacaq" - Fransa XİN00:51 - "Kreml Qarabağ və Donbas arasında oxşarlıq görmür" - PESKOV00:46 - Ermənilər Xankəndinə niyə qayıdırlar? - Maraqlı açıqlama

25 noyabr

22:11 - "Bu qətnamə Azərbaycan üçün adi kağız parçasından başqa bir şey deyil" - Prezidentin köməkçisi