"Beynəxalq təşkilatlarda görüşəndə gürcülərə sözümü deyəcəm" - Eldar Quliyev

21 iyul, 2020 14:39

Ermənilərin cəbhə xəttində həyata keçirdiyi təxribatlardan, mülki əhalini müxtəlif kalibrli silahlardan atəşə tutmasından sonra Moskvada yaşayan azərbaycanlı milyarderlər İlham Rəhimov və Qod Nisanov (yəhudi əsilli) “Food city” bazarında Ermənistanın kənd təsərrüfat məhsullarına qadağa qoydu. Bu, Ermənistan iqtisadiyyatına ciddi itkilər yaşadan mühüm addım idi.

Bəs belə bir mühüm, həlledici situasiyada Türkiyə və Gürcüstan qonşu dövlətlər olaraq, Ermənistana qarşı hər hansı qadağa ilə çıxış edə bilərlərmi?

Milli Məclisin deputatı Eldar Quliyev Azsiyasət.com saytına açıqlamasında bildirdi ki, Serbiyanın Gürcüstan vasitəsilə Ermənistana silah-sursat göndərməsi heç cür anlaşılan deyil: “Buna inanmaq istəmirəm. Amma məlumdur ki, Gürcüstan o silahları Ermənistana buraxıb. Mən vaxtilə Serbiyada da olmuşam. Orada ümumilli lider Heydər Əliyevin heykəli də qoyulub. Bizim orda səfirimiz də var, Eldar Həsənov. Biz Serbiyaya çox kömək etmişik, mən başa düşə bilmirəm, bu qədər hörmətdən sonra onlar niyə belə addım atıb. Bizim orada yol infrastruktrunun qurulmasına böyük dəstəyimiz olub, eləcə də zaman-zaman Serbiyaya dostluq nümayiş etdirmişik. Biz müsəlmanıq, biz dəfələrlə öz varlığımızı onlara sübut etmişik. Prezident İlham Əliyev onlara etimad göstərərək köməkliklər etdi. Amma onlar bu gün nə etdilər? Bu gün onlar bizə kömək etmək əvəzinə, işğalçı, terrorist Ermənistana kömək etdilər, ermənilərə minomyotlar və müxtəlif kalibrli silahlar göndərdilər. Mən Serbiyadan bir o qədər incimirəm, amma Gürcüstandan çox inciyirəm. Beynəlxalq təşkilatlarda görüşəndə mən gürcülərə sözümü deyəcəm”.

E.Quliyev onu da qeyd edib ki, Qod Nisanov bizim yerlimizdir, o, yəhudi əsilli olsa da, həmişə Azərbaycanın milli mövqeyindən çıxış edib: “Ermənilərə qarşı haqlı prosesin başında duran şəxs çox hörmətli İlham Rəhimovdur. Bilirsiniz ki, İlham müəllim Tovuz rayonundandır. Ermənilərin Tovuzda törətdiyi təxribatlar hər birimizə təsir edir, o cümlədən də İlham müəllimə...”.

E.Quliyev deyib ki, bu məsələdə Türkiyədən nəsə tələb etmək doğru deyil, çünki Türkiyənin Azərbaycanla bağlı mövqeyi tam aydındır: “Türkiyə bizim qan qardaşımızdır. Türkiyənin Azərbaycana da, Ermənistana da olan münasibətini bütün dünya bilir. Cəbhədəki döyüşlər zamanı elə ilk dəqiqələrdən Türkiyə öz qardaşlıq mövqeyini ortaya qoydu. Türkiyə bütün dünya sübut edib ki, sabah müharibə də olsa, Azərbaycanın yanındadır. Əsrlə boyu ermənilər Türkiyəyə və Azərbayacan qarşı düşmənçilik ediblər. Biz heç kəsin torpağına girməmişik, ermənilər bizim torpaqlara giriblər, dəfələrlə Türkiyədə də təxribatlar törədiblər”.

29 iyun

01:46 - "Ukraynaya görə Rusiya ilə döyüşməyəcəyik" - Boris Conson01:16 - İraqda İsraillə münasibətlərin normallaşdırılmasını istəmək cinayət hesab olunacaq01:12 - Ermənistanda fəhlələr aclığa başladı01:09 - Əli Xameneinin müşavirindən Azərbaycana qarşı ittihamlar01:06 - Türkiyə Finlandiya və İsveçin NATO-ya üzv olmasına niyə razılıq verdi?

28 iyun

17:34 - Rusiyadan NATO sammitinə "sürpriz" - FOTO 17:27 - Putin Xersonun müdafiəsində nüvə silahından istifadəni nəzərdə tutub? 17:23 - "Rusiya ilə danışıqlar yolunun tapılması tərəfdarıyam" - Henri Kissincer12:27 - "Seyid cəddinə arxayın olan kimi, biz də neft və qaz gəlirlərinə arxayın olmamalıyıq" - Siyavuş Novruzov12:08 - Azərbaycanda böyük bir mafiya var: Turizmin inkişafına imkan vermirlər - Millət vəkili11:20 - Laçından ermənilər köçürülür?11:18 - Ermənistanı Qarabağa dair tələbləri yumşaltmağa kim çağırıb? - Paşinyan açıqladı11:15 - "Rusiya ordusu axıra qədər vuruşmağa məcburdur" - Budanov00:13 - Rusiya ticarət mərkəzini haradan və necə vurub?

27 iyun

22:37 - İsveç terrorçular üçün təhlükəsiz sığınacaq olmayacaq22:35 - İlham Əliyev Putinlə nə vaxt görüşəcək?22:30 - Rusiya bu ölkənin 8 diplomatını geri göndərir18:40 - Vüsal Novruzov niyə həbs edilmir?18:14 - Müharibənin 124-cü günü - Rusiya Ukraynanın itkilərini açıqladı18:11 - Çapay Sadıqlı nə üstündə öldürülüb  - AXCP fəalının qətlinin təfərrüatı18:09 - Səfirimiz İran XİN-ə getdi14:03 - "Xəzər beşliyi" fəaliyyətini necə davam etdirəcək?12:42 - İlham Əliyev Ermənistana   xəbərdarlıq etdi11:47 - Nazirlər Bakı Bəyannaməsi imzaladılar - FOTOLAR11:09 - Azərbaycanda növbəti komando hərbi hissələri açılacaq10:04 - İbrahim Kalından Qarabağ açıqlaması - "Amerikalılarla qarşı-qarşıya gəldik"10:02 - Putinin nüvə çamadanı necə işləyir?09:57 - Azərbaycanda təyyarə biletinin qiyməti artmaqda davam edir09:54 - "Rusiya son bir əsrdə ilk defolt elan edib" - "Bloomberg"

26 iyun

20:25 - Azərbaycan səfiri İran şirkətlərini Qarabağ və Şərqi Zəngəzura sərmayə yatırmağa çağırıb