MOSKVA NÜMUNƏSİ: Türkiyə və Gürcüstan ermənilərlə bağlı anoloji addım ata bilərmi? – Deputat açıqladı

21 iyul, 2020 13:49

İyulun 12-d cəbhə xəttində ermənilər növbəti dəfə təxribatlara əl atdılar və ordumuz bir neçə şəhid verdi. Ağır artilleriya ilə Tovuz rayonunun Ağdam və Dondar Quşçu kəndlərində yaşayan dinc əhali atəşə tutuldu. Şübhəsiz, Azərbaycan ordusunun cavab atəşi düşmən geri çəkildi və xeyli sayda itkilər verdilər. Ermənistanın onlarla hərbçisi, texnikaları, atəş mövqeləri darmadağın edildi.

Bu hadisələrdən dərhal sonra isə, Moskvada yaşayan azərbaycanlı milyaderlər İlham Rəhimov  və Qod Nisanov “Food city” bazarında erməni məhsullarına qadağa qoydular. Hazırda həmin bazarda bir nəfər də olsun erməni öz məhsulunu satışa çıxara bilmir. Bəs Moskvada ermənilərə qarşı atılan bu haqlı addım hər hansı sahə üzrə Gürcüstanda və Türkiyədə də həyata keçirilə bilərmi?

Məsələ ilə bağlı Azsiyaset.com saytına danışan Azər Badamov bildirdi ki, Moskvada “Food city” bazarında ermənilərin kənd təsərrüfatı məhsullarına qadağanı qoyan şəxslər əsl azərbaycanlılardır və onlar bu Vətənə bağlı adamlardırlar: “Cəbhə xəttində baş verənləri də tam detallarına qədər izləyiblər. Onlar ermənilərə qarşı mühüm bir təşəbbüsü ortaya qoydular. Gürcüstan və Türkiyənin belə bir addım atacağı ilə bağlı dəqiq fikir söyləyə bilmərəm. Amma döyüşlər zamanı gördük ki, Türkiyə dövləti Azərbaycana yüksək dəstək verdi. Qardaş ölkə bundan sonra da, ölkəmizə siyasi və hərbi dəstək göstərəcəklərini bəyan etdi. Türkiyə qardaş dövlətdir və Azərbaycanla bağlı istənilən situasiyada mövqeyi bəlli və ayındır. Düşünürəm ki, Gürcüstan tərəfi də bizə hansısa formada siyasi siyasi dəstək nümyiş etdirə bilər. Amma inanmıram ki, Gürcüstan iqtisadi baxımdan ermənilərə qarşı belə bir addım atsın”.

A.Badamov Serbiyanın Gürcüstan vasitəsilə Ermənistana minomyotlar və müxtəlif kalibrli silahlar verməsinə də münasibət bildirib:

“Serbiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Danitsa Veinoviç Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə çağırıldı və təsdiqlənmiş məlumatlara əsasən Serbiyadan Ermənistana minoyotlar və müxtəlif kalibrli hərbi sursatın daxil olması ciddi şəkildə qarşı tərəfə bildirildi. Bu hadisə həqiqətən də baş verib. Ancaq düşünürəm ki, Gürcüstanla bağlı məsələ araşdırılmalıdır. İndidən qonşu Gürcüstanı ittiham etmək doğru olmazdı. Hesab edirəm ki, burda bir anlaşılmazlıq var. Ermənilər çalışırlar ki, Azərbaycanın qonşu dövlətlərlə münasibətlərini korlasın. Çünki Gürcüstan bəyanat verdi ki, belə bir şey yoxdur. Yəqin ki, həm Serbiya, həm də Gürcüstanla bağlı olan bu məsələ tam ciddi şəkildə araşdırılacaq”.

Samir 

29 iyun

11:51 - İrəvandan Zəngəzur dəhlizi açıqlaması...11:47 - 5 ildə büdcədən 2,5 milyard alıb, ancaq... - Cavid Qurbanovun dövrü "Azərbaycan Dəmir Yolları" QSC-də hansı pozuntulara yol verilib?01:46 - "Ukraynaya görə Rusiya ilə döyüşməyəcəyik" - Boris Conson01:16 - İraqda İsraillə münasibətlərin normallaşdırılmasını istəmək cinayət hesab olunacaq01:12 - Ermənistanda fəhlələr aclığa başladı01:09 - Əli Xameneinin müşavirindən Azərbaycana qarşı ittihamlar01:06 - Türkiyə Finlandiya və İsveçin NATO-ya üzv olmasına niyə razılıq verdi?

28 iyun

17:34 - Rusiyadan NATO sammitinə "sürpriz" - FOTO 17:27 - Putin Xersonun müdafiəsində nüvə silahından istifadəni nəzərdə tutub? 17:23 - "Rusiya ilə danışıqlar yolunun tapılması tərəfdarıyam" - Henri Kissincer12:27 - "Seyid cəddinə arxayın olan kimi, biz də neft və qaz gəlirlərinə arxayın olmamalıyıq" - Siyavuş Novruzov12:08 - Azərbaycanda böyük bir mafiya var: Turizmin inkişafına imkan vermirlər - Millət vəkili11:20 - Laçından ermənilər köçürülür?11:18 - Ermənistanı Qarabağa dair tələbləri yumşaltmağa kim çağırıb? - Paşinyan açıqladı11:15 - "Rusiya ordusu axıra qədər vuruşmağa məcburdur" - Budanov00:13 - Rusiya ticarət mərkəzini haradan və necə vurub?

27 iyun

22:37 - İsveç terrorçular üçün təhlükəsiz sığınacaq olmayacaq22:35 - İlham Əliyev Putinlə nə vaxt görüşəcək?22:30 - Rusiya bu ölkənin 8 diplomatını geri göndərir18:40 - Vüsal Novruzov niyə həbs edilmir?18:14 - Müharibənin 124-cü günü - Rusiya Ukraynanın itkilərini açıqladı18:11 - Çapay Sadıqlı nə üstündə öldürülüb  - AXCP fəalının qətlinin təfərrüatı18:09 - Səfirimiz İran XİN-ə getdi14:03 - "Xəzər beşliyi" fəaliyyətini necə davam etdirəcək?12:42 - İlham Əliyev Ermənistana   xəbərdarlıq etdi11:47 - Nazirlər Bakı Bəyannaməsi imzaladılar - FOTOLAR11:09 - Azərbaycanda növbəti komando hərbi hissələri açılacaq10:04 - İbrahim Kalından Qarabağ açıqlaması - "Amerikalılarla qarşı-qarşıya gəldik"10:02 - Putinin nüvə çamadanı necə işləyir?09:57 - Azərbaycanda təyyarə biletinin qiyməti artmaqda davam edir