"Müharibə həlledici mərhələyə qədəm qoyub" - “Ordumuz Laçın, Kəlbəcər və Şuşa problemini həll edərsə...”

04 noyabr, 2020 16:30

“Belə tarixi şans bir daha əlimizə düşməyə bilər...”

Azərbaycan Ordusu ölkəmizin ərazi bütövlüyünü təmin etmək üçün həyata keçirdiyi anti-terror əməliyyatını davam etdirir. Artıq uğurlu əməliyyatların növbəti mərhələsinin başladığı görünür.

Azsiyasət.com xəbər verir ki, azpolitika.info Azərbaycan Ordusunun əməliyyatları, gözləntilər, qarşılaşa biləcəyimiz təhlükələr və diplomatik sahədəki perspektivlər kimi mövzularla bağlı Azad Demokratlar Partiyasının sədri, Milli Təhlükəsizlik nazirinin sabiq birinci müavini Sülhəddin Əkbərin fikirlərini öyrənib.

- Sülhəddin bəy, Azərbaycan Ordusunun hərbi əməliyyatları davam edir, Şuşa və Laçın istiqamətində irəliləyən ordumuz həm də Xocalı və Xocavənd istiqamətində düşmənin mövqelərini vurur. Belə görünür ki, şanlı ordumuz əməliyyatın ikinci mərhələsini həyata keçirir. Hərbi əməliyyatların gedişi ilə bağlı müşahidələriniz nədən ibarətdir?

- Mən ordumuzun addımlarını mövcud şərtlər və şərait nəzərə alınmaqla müsbət qiymətləndirirəm. 30 ilə yaxın müddət ərzində işğal olunan ərazilərimizdə möhkəmləndirilən müdafiə eşalonunun qurulduğunu, dağlıq relyefi nəzərə alsaq, Azərbaycan tərəfinin hücum edən, düşmənin müdafiə olunan tərəf olduğunu qeyd etsək, eləcə də bir sıra başqa faktorlara baxsaq belə nəticəyə gəlmək olar ki, bu şərtlər və şərait daxilində Azərbaycan Ordusunun hərbi əməliyyatları uğurludur.

Mənim fikrimcə, indi hərbi əməliyyatlarımız kritik və həlledici mərhələyə daxil olub. Müharibənin taleyinin həll edildiyi dövrdür. Əgər bizim ordumuz Laçın, Kəlbəcər və Şuşa problemini həll edərsə, müharibənin taleyi həll edilmiş olacaq. Azərbaycan Ordusu buna çox yaxındır. Allah ordumuzun yar və yardımçısı olsun. 

- Sizcə, indi Qarabağda Azərbaycan Ordusunun uğurlu addımlarını siyasətə, diplomatiyaya transformasiya etsək, hansı nəticə ortaya çıxar?

- Gəlin bunları siyasətə transformasiya etməyək. Çünki bunun müsbət nəticələri ilə yanaşı fikir ayrılıqlarına da səbəb ola biləcəyini siz də düşünürsünüz. Məncə, Azərbaycan xalqının, ictimai-siyasi dairələrin bir yumruq kimi birləşdiyi halda diqqəti əsasən hərb meydanına ayırmalıyıq. “Hər şey vətən üçün”, “Hər şey qələbə üçün” deməliyik. Siyasətlə məşğul olmağa bizim vaxtımız olacaq.

- Sizin müsahibələrinizdə daim Rusiyanın Qarabağda gedən hərbi prosesə müdaxilə edə biləcəyinə dair narahatlıqlarınız ifadə edilib. Artıq bu mərhələnin arxada qaldığını deyə bilərikmi?

- Bu mərhələnin tam keçdiyini demək mümkün deyil. Hər an, hər dəqiqə bu baş verə bilər. Nəzərə alın ki, biz arxa planda nələrin baş verdiyini bilmirik. Bizim əlimizdə dəqiq kəşfiyyat məlumatları yoxdur. Rusiyanın müxtəlif güc mərkəzlərində hansı məsələnin hansı formada müzakirəsindən xəbərsizik. Ona görə qəti fikir söyləmək çətindir. Amma indiki mərhələdə açıq mənbələrdən əldə etdiyimiz məlumatlara əsaslanaraq məsələlərə ehtiyatlı və optimist baxmağa əsaslar yaranır. Biz ehtiyatı əldən verməməliyik. Daim müdaxilə şəraitini və şərtini nəzərə alaraq hərəkət etməliyik. Yəni bizim A variantı ilə yanaşı B, C və digər variantlarımız da olmalıdır.

- Hərbi əməliyyatlarla yanaşı danışıqlar aparılır, atəşkəs razılaşması əldə olunur və sonra da bu razılaşmalar pozulur. Siz, bundan sonrakı mərhələdə danışıqların perspektivini necə görürsünüz?

- Bütün bu danışıqlar prosesinin indiki dövrdə konkret bir hədəfi var - necə edək ki, irəliləyən Azərbaycan Ordusunu durduraq, işğalçı Ermənistan ordusunun tam və qəti məğlubiyyətinə imkan verməyək. Bu danışıqların başqa anlamı yoxdur. 1992-ci ildən bu günə qədər davam edən danışıqların nəyə xidmət etdiyini indi həm xalqımız, həm də dünya hərb meydanında görür. Bu danışıqların məqsədi Ermənistan ordusunun işğal etdiyi ərazilərimizdə möhkəmlənməsinə və xalqımızın “sındırılmasına” xidmət edən siyasət olub.

- Bu mərhələ Azərbaycanı dayandırmaq mümkündürmü?

- Azərbaycan xalqının qəti iradəsi ortadadır. Azərbaycanın təbii müttəfiqlərinin - dostlarımızın və qardaşlarımızın iradəsi ortadadır. Məncə, Azərbaycan dövlət başçısı, hərbi-siyasi rəhbərlik də bu iradəni nəzərə alır. Prezidentin özünün dediyi kimi, biz sona qədər getməliyik. Çünki belə bir tarixi şans bir daha əlimizə düşməyə bilər. Odur ki, biz bu məsələni birdəfəlik həll etməli və gələcək nəsillərə buraxmamalıyıq. Bunun üçün bütün imkanlar var. Prosesin bu günə qədər olan gedişi də bunu göstərir.

- Sentyabrın 26-da Azərbayanda siyasətçilər, ictimai xadimlər, ekspertlər, ümumiyyətlə cəmiyyətyimiz düşünə bilərdimi ki, biz 30-35 gündən sonra Şuşanın bir neçə kilometrliyində dayana bilərik?...

- Təbii ki, sıravi insanlar və hətta siyasətçilər arasında kiminsə belə düşünə biləcəyini zənn etmirəm. Ola bilsin ki, yalnız bu planı tərtib edənlər, hərbi-siyasi rəhbərlik bunu bilə bilərdi. Yənı dar çərçivədə hərbi-siyasi rəhbərlik və planı cızanlar bunu mümkün hesab edə bilərdi. Nəzərə almalıyıq ki, plan tərtib ediləndə onun gerçəkləşməsi müddəti də müəyyən olunur...

- Bəs Siz bu əməliyyat planının müddəti haqda nə düşünürsünüz?

- Mən müddətə deyil, hadisələrin gedişinə baxıram. Təbii ki, bu prosesi tez başa vurmaq, eyni zamanda mümkün qədər az itki vermək lazımdır. Çünki itirdiyimiz hər bir can bizim qanımız və canımızdır, onun yeri ödənə bilməz. Odur ki, müddət bir qədər yubansa da olar, mümkün qədər bizim itkilərimizin sayını azaltmaq vacibdir. Açığı, mən hazırda hərbi əməliyyatlar baxımından kritik dövrün içində olduğumuzu düşünürəm. Yaşadığımız bu günlər olduqca əhəmiyyətlidir. Ola bilsin sabah, birisigün, və ya 3-4 gün sonra mənim nə dediyim anlaşılan olacaq...

- Kritik həftə, kritik dövr deyəndə konkret nəyi nəzərdə tutursunuz?

- Laçın, Kəlbəcər və Şuşa məsələsinin həll edilməsini, böyük ölçüdə işğalçı erməni qoşunlarının mühasirəyə düşməsini nəzərdə tuturam. Bu işdə Azərbaycan Ordusuna uğurlar arzulayıram.

- Qarabağ ərazisində bundan sonra ermənilərin yaşamasını necə görürsünüz?

- Onlar bizim vətəndaşlarımızdır. Mən Azərbaycan vətəndaşlığını qəbul edənləri və Azərbaycanda yaşamaq istəyənləri nəzərdə tuturam. Onların mənəvi haqları olmasa da, digər milli azlıqlar kimi hüquqları var. Birincisi, onların təhlükəsizliyinə təminat verməliyik, eləcə də hüquq və azadlıqlarını qorumalıyıq. Yəni mülki vətəndaş kimi hüquq və azadlıqlarına təminat verməliyik. Amma bu, o demək deyil ki, qanlı və silahlı separatizmdə, etnik təmizləmədə, soyqırımda və insanlığa qarşı cinayətlərdə əli olanlar məhkəmə qarşısında durmayacaqlar. Bu kateqoriyaya düşən bütün şəxslər qanun qarşısında cavab verməlidirlər. Onların Azərbaycan dövləti ərazilərində yaşamaq imkanlarını bu formada görürəm.

- Nikol Paşinyan Rusiya lideri Putinə dəstək üçün müraciət etdi. Rusiya tərəfi cavab olaraq bildirdi ki, Moskva yalnız Ermənistana hərbi təcavüz olduqda öhdəliyini yerinə yetirəcək. Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan isə bəyan etdi ki, əgər erməni xalqı Putinin dediyinin mənasını anlamırsa, bu, faciəmizdir... 

- Mən onun izahını sağlam, soyuqanlı və praqmatik yanaşma hesab edirəm. Bu, doğru yanaşmadır. Ter-Petrosyanın açıqlaması əslində Putinin mövqeyinə kifayət qədər aydınlıq gətirir. İndi maraqlısı erməni cəmiyyətinin bu açıqlamaya necə baxmasıdır. Bu, bizim üçün daha çox önəmlidir. Bu qədər baş verən hadisələrdən sonra erməni xalqı ayılıbmı, ya yox? Önəmlisi budur.

Açığı, bu məsələdə mən bir qədər fərqli düşüncədəyəm. Mən erməni siyasi-hərbi rəhbərliyinin erməni xalqının və kilsəsinin mövqeyini ifadə etdiyini düşünürəm. Ona görə də, Azərbaycan siyasi-hərbi rəhbərliyi və ordusu sayıqlığı bir an belə əldən verməməlidir. Bütün uğurlarımıza baxmayaraq, hətta Laçın, Şuşa və Kəlbəcəri əldə etdikdən sonra da sayıqlığımızı itirməməliyik. Onların sona qədər müqavimət göstərəcəyini, havadarlarının da buna çox ciddi dəstək verəcəyini zənn edirəm. Azərbaycan çox ciddi, sona qədər sayıqlığı itirmədən getməlidir. Qısası, bugünkü xətt sona qədər - qəti qələbəyədək davam etməlidir.

- Sizcə, müharibədən sonra Azərbaycan-Ermənistan münasibətləri necə tənzimlənəcək?

- Müharibədən sonra münasibətlər qalib və məğlub dövlətlər arasında necə tənzimlənirsə, o cür olacaq. Hazırda müvafiq komissiyalar yaradılıb və Azərbaycana dəyən ziyan hesablanır, araşdırma aparılır. Biz müharibə təzminatı irəli sürməliyik, müharibədə insanlığa qarşı cinayət törədənləri, soyqırımda iştirak edənləri məsuliyyətə cəlb etməliyik. Görünən odur ki, Ermənistan iflas etmiş dövlət olacaq. Bu halda savaş təzminatını ödəyə bilmirsə, bunu torpaqla ödəməlidir. Mən Mehri dəhlizini nəzərdə tuturam. Bu, Azərbaycan, Türkiyə, bütövlükdə Türk dünyası üçün böyük strateji önəm daşıyan hadisədir.

- Türkiyə Xarici İşlər naziri Mövlut Çavuşoğlunun, ondan dərhal sonra sabiq baş nazir Binəli Yıldırımın səfəri və eləcə də Milli Müdafiə naziri Hulusi Akarın Bakıya planlaşdırılan səfəri sizcə nədən xəbər verir?

- Bu səfərlərin obyektiv və subyektiv səbəbləri var. Birincisi, gedən proseslərlə bağlı açıq və gizli danışıqlar var. Ona görə də, Bakı və Ankara siyasi-diplomatik mövqe, səy və təşəbbüslərini koordinasiya etməlidir. Bunu mövcud şərait tələb edir.

İkincisi, qardaş Türkiyə hər addımda, Azərbaycanın dövlət başçısından tutmuş sadə vətəndaşına qədər - hamıya göstərmək istəyir ki, biz sona qədər, hər şərt və şəraitdə sizin yanınızdayıq. 

28 noyabr

01:26 - Ukrayna generalları Azərbaycan ordusunun Qarabağdakı döyüş təcrübəsini öyrənir00:08 - Paşinyan Moskvaya səfər edəcək

27 noyabr

21:53 - “Fransa Senatının qərarına etiraz əlaməti olaraq etiraz aksiyalar keçirilməlidir” 21:30 - Türkiyədən Fransa Senatının Bakıya qarşı düşmənçilik addımına SƏRT REAKSİYA21:18 - İllərlə qət edilən böyük uğurların izi ilə - FOTOLAR21:12 - Türk əsgəri Qarabağa nə vaxt gəlir? 21:09 - İranda nüvə alimi QƏTLƏ YETİRİLDİ17:04 - "Şuşa əməliyyatı göstərdi ki..." - İqor Korotçenko15:05 - “Paşinyan Zəngəzuru Əliyevə verəcək” - Ermənistanın keçmiş naziri13:35 - Ermənistanın ödəyəcəyi təzminat necə hesablanacaq? - ŞƏRH13:28 - Ararikin Moskva səfərinin pərdəarxası... -"Rusiya separatçı rejimi diriltmək istəyir"12:32 - “Ermənilər insan deyillər, işğalçıdırlar, vəhşidirlər” - Moldovalı ombudsman11:39 - Sabiq deputatımız ermənilərə un göndərirmiş? - ŞOK DETALLAR10:45 - Yeni nazir Rusiyanın adamıdır: Bakıda təhsil alıb10:40 - Azad olunmuş ərazilərdə dövlət sərhəddi təcili müəyyənləşməlidir, əks halda...00:30 - Erməni qoşunları Xankəndidəki uşaq bağçalarını MİNALAYIBLAR00:26 - Fransa qondarma "Dağlıq Qarabağ respublikası"nı tanımır - BƏYANAT00:21 - "Makron bu qətnaməni təsdiq edərsə, Türkiyə ordusu..." - Türk generaldan MÜHÜM AÇIQLAMA

26 noyabr

19:50 - Azərbaycan hərbçiləri Sotk qızıl mədənində? 19:45 - Azərbaycan Fransaya NOTA verdi 18:46 - Ermənistanda deputatlar arasında dava düşdü - VİDEO 16:01 - “Paris prosesi pozmağa, gərginlik yaratmağa cəhd edir” - Leonid Kalaşnikov13:47 - Düşmən Kəlbəcərdən sonra Laçında evləri yandırır... - FOTOLAR13:26 - Laçında nə baş verir? - “Hər şeyi son günə buraxdın ki...”12:47 - "Makron qudurub" - Deputat Aqil Abbas 12:43 - Həbsdəki həmkarlarının aqibətindən dərs götürməyən icra başçısı - Suraxanıda köhnə hamam məsələsidir...10:45 - "Senatın qərarı heç kim üçün faydalı olmayacaq" - Fransa XİN00:51 - "Kreml Qarabağ və Donbas arasında oxşarlıq görmür" - PESKOV00:46 - Ermənilər Xankəndinə niyə qayıdırlar? - Maraqlı açıqlama

25 noyabr

22:11 - "Bu qətnamə Azərbaycan üçün adi kağız parçasından başqa bir şey deyil" - Prezidentin köməkçisi