İlham Əliyev və Mehriban Əliyeva Şuşada Beynəlxalq Folklor Festivalının açılışında iştirak ediblər - YENİLƏNİB

12 may, 2022 13:15

Bu gün Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı başlayıb.

Azsiyaset.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva festivalın açılışında iştirak ediblər.

Cıdır düzündə keçirilən festivalın təntənəli açılışında Azərbaycanın və xarici ölkələrin müxtəlif folklor kollektivləri çıxış ediblər.

Festival davam edir.

***

Mayın 12-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı başlayıb.

Azsiyaset.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva festivalın açılışında iştirak edirlər.

Festivalda 10 xarici ölkədən müxtəlif folklor üslublarında çıxış edən musiqiçilərin, rəqs kollektivlərinin, həmçinin Azərbaycanın müxtəlif regionlarından folklor kollektivlərinin iştirakı nəzərdə tutulur.

Şuşa şəhərinin 270 illiyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə elan olunan “Şuşa İli”ndə keçirilən V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğu tərəfindən təşkil olunub. Mayın 14-də başa çatacaq sayca beşinci festivalda xarici ölkələrdən müxtəlif folklor üslublarında çıxış edən musiqiçilər, rəqs kollektivləri, həmçinin Azərbaycanın müxtəlif regionlarından folklor kollektivləri iştirak edirlər.

Qeyd edək ki, Şuşa şəhərində ilk “Xarıbülbül” festivalı məşhur xanəndə, pedaqoq, Xalq artisti Seyid Şuşinskinin (1889-1965) 100 illik yubileyi ilə əlaqədar 1989-cu ildə keçirilib. Tədbir həmin ilin mayında – Şuşada xarıbülbülün çiçəklənmə dövründə təşkil olunub. İlk festivalda yerli ifaçılarla yanaşı, keçmiş ittifaq respublikalarından Qırğızıstan, Qazaxıstan, Rusiya (Başqırdıstan), Litva və Belarusdan da musiqi qrupları iştirak ediblər.

1990-cı ildən “Xarıbülbül” festivalı beynəlxalq status alıb. İkinci festivala Hollandiya, Almaniya, İsrail və Türkiyədən də folklor qruplarının dəvət edilməsi böyük marağa səbəb olub. Qarabağ münaqişəsinin başlaması ilə əlaqədar Şuşada ağır vəziyyət yarandığından əsas konsertlər Ağdamda təşkil edilib. Festivalın bir sıra konsertləri Bərdə və Ağcabədidə də keçirilib. Ümumilikdə ikinci festivalda müxtəlif ölkələrdən 170-ə yaxın nümayəndə iştirak edib.

1991-ci ildə keçirilən III “Xarıbülbül” festivalına 25 ölkədən 300-ə yaxın nümayəndə qatılıb. ABŞ və Avstraliyadan olan rəssamlar da festivala təşrif buyurublar. Tamaşaçıların çoxluğu səbəbindən festivalın əsas konsertləri stadionlarda keçirilib. II və III festivalların yekun konsertləri Bakıda Heydər Əliyev Sarayında təşkil olunub.

Dördüncü festival 1992-ci il mayın 15-də başlamalı, o zamanadək keçirilənlərin ən möhtəşəmi olmalı idi. Dünyanın 30-dan çox ölkəsindən 500 nəfərin iştirakı nəzərdə tutulmuşdu. Lakin həmin ilin 8 mayında Şuşa şəhəri Ermənistan hərbi birləşmələri tərəfindən işğal edildiyindən “Xarıbülbül” festivalını burada təşkil etmək mümkün olmayıb. Festival yalnız qısa müddətdə Ağdam şəhərindəki İmarət kompleksində keçirilib.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində şanlı Qələbəsindən sonra ənənəvi “Xarıbülbül” festivalı yenidən Şuşa şəhərində təşkil edildi. 2021-ci il mayın 12-13-də Şuşanın Cıdır düzündə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən festivalın açılışında Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri də iştirak ediblər.

Festival çərçivəsində milli rəqs, muğam sənəti təqdim olunub, ölkəmizin müxtəlif regionlarını və milli azlıqları təmsil edən folklor kollektivlərinin konsertləri keçirilib, Azərbaycan xanəndələrinin müxtəlif illərdə Şuşada lentə alınmış ifalarından ibarət videoçarxlar nümayiş etdirilib, klassik musiqi əsərləri təqdim olunub.Report

18 avqust

16:01 - İlham Əliyev sərəncam imzaladı - Komissiyanın tərkibi dəyişdi15:59 - Ermənistan Azərbaycanla sərhəddə üç keçid məntəqəsi açacaq15:55 - Rusiya ordusunun kapitanı müharibəyə qarşı çıxan azərbaycanlını güllələdi - "Sirena" nəşri15:50 - Türkiyyə İsveç və Finlandiyaya xəbərdarlıq etdi15:47 - ОАО “Azərlotereya” заплатила налогов на сумму более 5 миллионов AZN - фото15:43 - "Azərlotereya" ASC 5 milyon manatdan çox vergi ödəyib - FOTOLAR 15:35 - 1 saylı "zon"un rəisi avtoritetlərə yas mərasimi təşkil edib10:48 - Çin Rusiyaya qoşun göndərir...10:45 - Rusiya və Ermənistan arasında böyük gərginlik - Dostlar düşmənə çevirilir?09:17 - Azərbaycanda məmurlar niyə kompromat toplayır? 00:53 - Qazaxıstan təhsilində rus dili qadağası - Kreml hansı addımı atacaq?00:44 - İlham Əliyev və Mehriban Əliyeva Müslüm Maqomayevin xatirəsinə həsr olunan gecədə iştirak edib - FOTOLAR00:42 - Rusiyadan Krımla bağlı təcili addım...00:38 - Bu gün ermənilər Laçındakı kilsəyə toplanacaq - SƏBƏBLƏR00:32 - Bizim Market” satıldı: Qalmaqallı iş adamı ölkəni tərk edir? - FOTO 00:29 - Qarabağda ermənilərdən ağır silahlar alınır? - Erməni mediası00:26 - NATO Kosovodakı sülhməramlıların sayını niyə artırır?

17 avqust

17:11 - Türkiyə-İsrail yaxınlaşmasını təmin edən hansı amillərdir?16:08 - Ukraynaya hücumdan əvvəl nələr baş verib: Gizli saxlanılan detallar açıqlandı - "The Washington Post" 16:05 - Türkiyə-İsrail münasibətləri bərpa olundu13:22 - Çin Ukrayna ilə müharibədə Rusiyaya kömək edirmi? - Kuleba izah edib13:20 - "O gözəl günləri xatırladıq və Mehribanla çox duyğulandıq" - İlham Əliyev11:57 - Rusiya Ermənistana nota verdi02:04 - Bundan sonra almanların Rusiyaya münasibəti necə olacaq? - "İROZHLAS" nəşri02:00 - Quterreş, Ərdoğan və Zelenski arasında Lvovda görüş olacaq 01:58 - Çinin Tayvanı işğal etməsi an məsələsidir...01:52 - ABŞ İrana qarşı sanksiyaların ləğvini qəbul edib?

16 avqust

19:38 - Rusiya ilə sərhəddə Sovet abidəsi söküldü...18:46 - İran hərbi nümayəndə heyəti Qarabağda - FOTO18:36 - Ermənistan "sülhə" belə hazırlaşır - FOTOLAR