"İndi çəkilən filmlərdə pozğunçuluq təbliğ olunur" - "Qaraca qız"ın Xədicəsi

04 aprel, 2021 13:41

“O vaxt rejissorlarımız əziyyət çəkib uşaqlara aid, onları baş qəhrəman obrazında təqdim edən filmlər çəkirdilər. Bu filmlərdə uşaqlardan başqa xeyir və şər, mistik qüvvələr, heyvanlar əsas personajlar idi. Onlara hələ erkən yaşlarından heyvanlara sevgi, şər qüvvələrə nifrət aşılanırdı. Məsələn “Ögey ana”, “Qaraca qız”, “Bir qalanın sirri”, “Sehrli xalat”, “Şir evdən getdi”, “Asif, Vasif, Ağasif”, “Şərikli çörək”  və s. kimi filmləri bunlara misal göstərmək olar. Amma nədənsə indiki dövrdə uşaqlara aid, onların marağını cəlb edən filmlər çəkilmir. Bəs uşaqlar nəyə baxsınlar? Hansı ekran işlərindən tərbiyyə götürsünlər?”

Azsiyasət.com moderator.az-a istinadla xəbər verir ki, bunu “Qaraca qız” filminin Xədicəsi Leyli Axundova deyib.

Sənətçi daha sonra əlavə edib:

“İndi çəkilən filmlərdə bu onu öldürür, o bunu öldürür, biri pul verir ki, digərini pis yola çəksinlər, narkomanlar, bağışlayın məni əxlaqsız qadınlar göstərilir, bir sözlə pozğunçuluq təbliğ olunur. Mən o seriallara baxmağa utanıram, heç baxmıram da. Ona görə ki, baxıb əsəbləşirəm. Yazıq uşaqlar üçün heçnə çəkilmir. “Qaraca qız” filminə çəkiləndə rejissor Şamil Mahmudbəyov bizim nazımızla oynayırdı. Bizi öyrədirdilər, kameraya öyrəşdirirdilər. Biz uşaqlıq yaşamışıq, uşaq ikən məşhurluq bizə qismət olub. Amma indiki uşaqlara yazığım gəlir. Pandemiyadır, məktəblər də bağlanıb, oturublar evdə. Nə bir birləri ilə dostluq edə bilirlər, nə müzakirələr apara bilirlər. Bizim “Qaraca qız” filmində də əsl dostluq göstərilir. Yəni rejissor orada göstərmək istəyir ki, dostluq imkana, var-dövlətə, geyimə baxmır, qəlbə baxır, ürəyə baxır. Bu nədir? Bunun özü də bir təbliğatdır da. Amma indi uşaqlar da dostluq etmək üçün imkana, pula, geyimə baxır. Bu da təbliğatdır, göstərilən filmlərin nəticəsidir. Siz bilirsiz ki, televiziya bir güzgüdür, o nə göstərirsə insanlar baxır. Heç cizgi filmi də çəkilmir."

"Azərbaycan kinosu hal-hazırda uçurumdadır. Uşaqlar bir yana böyüklər üçün də film çəkən yoxdur. Heyf köhnə rejissorlarımızdan, çox heyf. Yəqin ki, tələbat yoxdur deyə rejissorlar film çəkmir. O vaxt tik-tok, instagram yox idi, amma indi gic-gic şeylər peyda olub. İnsanlar yaxşı kinoya baxmaq, yaxşı kitab oxumaq istəmirlər” -deyə Leyli Axundova deyib. 

09 may

01:52 - "Xain əllər kökündən kəsiləcək" - Ərdoğan00:52 - AzTV-də yoxlamalar başladı - Xəbər rəsmən təsdiq olundu 00:49 - İran maşınları Qarabağa yük daşımır - Səfirlik00:34 - Bakı metrosunda gediş haqqı 97 qəpik olacaq? - RƏSMİ CAVAB

08 may

17:45 - İlham Əliyev Putinə yazdı: "Xalqlarımız sınaqdan şərəflə keçdilər"17:41 - Azərbaycanın maşın karvanı Xankəndi ərazisinə daxil oldu, ermənilər təşvişə düşdü - VİDEO 17:39 - Mehriban Əliyevadan Şuşa ilə bağlı paylaşım - VİDEO 08:26 - Azərbaycanın ən məntiqsiz layihəsi - Təcili imtina edin!08:24 - General Muradovun göstərişi icra olunmadı - Gərginlik00:14 - "Azərbaycan erməni diversantlar müqabilində bu əraziləri tələb edir" - Rusiya nəşri00:12 - Nəcməddin Sadıqovun yerinə niyə təyinat yoxdur? 00:11 - Hikmət Hacıyev bərpa olunan Şuşadan şəkillər paylaşdı - FOTOLAR

07 may

14:24 - Bakı merinin kürəkıninə hədiyyə etdiyi imarətdə asılmış meyit tapılıb 14:21 - Azərbaycan sülhməramlıları Əfqanıstandan çıxarılır - RƏSMİ13:23 - Ramiz Mehdiyev 17 minlik sərgi keçirir - Şübhəli müqavilə 13:20 - Şuşa Azərbaycanın mədəniyyət paytaxtı oldu - SƏRƏNCAM 10:32 - 80 minlik rus qoşunu sərhəddə hazır gözləyir: "Rusiya istəsə, qısa müddət ərzində bunu edəcək"10:22 - İcra başçısı qəhrəman zabitə süpürgəçi "vəzifəsi" verdi - FOTOLAR 01:21 - Arif Quliyev vəfat etdi00:32 - Ukrayna üçün NATO-nun qapıları açılır - ABŞ dəstək verdi 00:30 - Daha bir itkin zabitimizin şəhid xəbəri gəldi - FOTOLAR 00:25 - Mətanət İsgəndərlinin gəlininin meneceri həbs edildi - FOTO00:19 - "Ermənilər Moskvaya hörmət etmir, Njdenin abidəsi parçalanmalıdır" - Yevgeni Mixaylov00:16 - "Latviya hökumətinin qondarma "erməni soyqırımı" barədə qərarını rədd edirik" - Hülusi Akar

06 may

18:07 - Xalidə Bayramova işdən çıxarıldı 16:31 - Ərzaq məhsulları ən yüksək həddə bahalaşdı - STATİSTİKA 16:24 - "Vətəndaş düşünür ki, dövlətin var, amma vermir..." - İlqar Məmmədov15:10 - Məhkəmə önündə gərginlik: bir nəfər saxlanıldı - FOTO 14:55 - "Qarabağda kiçik insidentlər dərhal həll edilir" - Sergey Lavrov11:17 - Minsk qrupunun həmsədrləri siyasi dialoqun bərpasına çağırırlar