"Küçələrdə veyillənənlərə fəxri ad vermək olmaz" - Xalq artisti Şeyx Əbdül

16 yanvar, 2021 11:43

“Alqı-satqı yolu ilə bu fəxri adları paylayanlar mətbuata çıxarılmalı, ictimai qınağa məruz qalıb cavab verməlidirlər. Bir-bir açıqlamalıdırlar ki, kimdən nə qədər alıblar. Onlar hamısı üzə çıxarılmalıdırlar!”

Azsiyasət.com xəbər verir ki, bu sözləri yenisabah.az-a Xalq artisti Şeyx Əbdül Mahmudbəyov Mədəniyyət Nazirliyi tərəfindən fəxri adların pulla satılması ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib:

“Həmkarım Rasim Balayevin fəxri adların satılması ilə bağlı fikirlərini oxudum. Onunla razıyam, mənim fikrimcə, mütləq belə məsələlərdə cəza tətbiq olunmalıdır. Xalqa Əməkdar artistlərin, Xalq artistlərinin siyahısı təqdim olunmalıdır, onların rəyləri öyrənilməlidir. Fəxri adlar obyektiv verilməlidir və onun mükafatı da normal olmalıdır, 100 manat yox. Mən hər zaman demişəm ki, bu fəxri adları ucdantutma hamıya verməyin. Bu gün xalqın Milli Qəhrəmanları, Qarabağ kimi bəşəri problemi qanı bahasına həll edən oğullarımız var. Onların adı ilə bir yerdə manısların  adı çəkilə bilməz, ayıbdır. Bu onların  ruhuna da hörmətsizlikdir”.

Rejissor deyib ki, əslində “xalq artisti” fəxri adı hər adamın layiq görüləcəyi, hər adama veriləcək ad deyil:

“Alqı-satqı yolu ilə bu fəxri adları paylayanlar mətbuata çıxarılmalı, ictimai qınağa məruz qalıb cavab verməlidirlər. İlk növbədə Xalq artisti fəxri adı verilən sənətçinin ailə mənsubiyyəti də bəlli olmalıdır. Bilinməlidir ki, bu insanın ailəsi, tərbiyəsi xalqın adını daşımağa layiq səviyyədədirmi? Yoxsa ailəsi, abır-həyası, isməti olmayan, küçələrdə veyillənənlərə fəxri ad vermək olmaz”.

Bir müddət əvvəl səhhətində ciddi problemlər yaranan Ə.Mahmudbəyov prezident təqaüdü almaq üçün ölkə başçısına müraciət etdiyini bildirib:

“Mənim artıq 77 yaşım var və xəstəliyimlə bağlı çox çətinlik içərisində yaşayıram, həm maddi, həm mənəvi. Bütün sənədlərim nazirliyə təqdim edilib, həmçinin prezident təqaüdü ilə bağlı ölkə başçısına da müraciət  etmişəm. Əvvəla mən sənətim müqabilində bunu qazanmışam, təqaüd mənim halal haqqımdır. İndiyə qədər danışmamışam, amma indi danışıram çünki ehtiyac var. Mən özümü həmişə qazi saymışam. 20 Yanvar qazisiyəm, bu haqda mən heç vaxt danışmamışam, o baxdığınız kadrları çəkənlərin biri mənəm. Həmin vaxt hətta güllə yarası almışam. Mən yalançı erməni təbliğatını illərdir ifşa etdiyim üçün bu gündəyəm. İçimizdə, ocağımızın başında oturan ermənilər məni bu günə qoyublar. Nə fəxri adımı, nə evimi, nə də təqaüdümü verirdilər. Amma mən hər zaman işimi görmüşəm. Mən bu yolda özümü ideoloji qazi hesab edirəm, haqqımdır, istəyirəm ki, dövlət məni dolandırsın, artıq mən işləyə bilmirəm. Hər ay dostlar iynə-dərmanımı almağa yardım edir. Onların mənə borcu yoxdur axı. Niyə mənə salam verməyi özünə şərəf sayanlar hamısı illərdir prezident təqaüdü alır, mənsə ehtiyac içərisində yaşayıram?”

11 may

21:34 - Prezidentin Naxçıvan səfərinin əhəmiyyəti nədən ibarətdir? - Deputat şərh edir... 19:20 - Paşinyanın təyyarəsi ilə növbəti pirat əməliyyatı: - Qanunsuz hərbi yük İrəvana necə çatdırıldı? 19:13 - Rusiya daha bir ölkənin diplomatını ölkədən çıxarr14:32 - "Minalanmış ərazilərin xəritələrinin verilməsi Yerevanda müzakirə edilib" - Rusiya XİN rəhbəri 13:58 - "Ermənistan sülh prosesini pozur" - Azərbaycan XİN başçısı13:55 - İlham Əliyev xalqı təbrik etdi13:52 - "Normallaşma üçün 10 noyabr bəyanatının şərtlərinə əməl edilməlidir" - Sergey Lavrov 11:06 - Zaxarovanın Bakı paylaşımı marağa səbəb oldu - FOTO10:29 - Prezidentin Naxçıvan səfərinin mühüm mesajları... 01:05 - Qəzzadan dəhşətli görüntülər: İsrail HƏMAS-ın mövqelərini vurdu - VİDEO 01:02 - Lavrov İlham Əliyevlə görüşdə: - "Qorxuram nəyisə unudum"01:00 - "Bizdə olan bütün hərbi əsirləri vermişik" - İlham Əliyev00:52 - Mübarizi öldürmək üçün deputatın otelinə gətirilən Quli niyə qətlə yetirildi? - VİDEO

10 may

22:16 - İlham Əliyev Lavrovla görüşdü - FOTOLAR19:38 - Dövlət başçısı Naxçıvanla bağlı təəssüratlarını bölüşdü17:59 - İran Qarabağa yük daşıyıbmı? - Səid Xətibzadə açıqlama yaydı 17:02 - Əsgər valideynləri Koçaryanı qəbiristanlıqdan qovdular - VİDEO 16:59 - "Tarixi Zəfərdən sonra mütləq ulu öndərin Vətənində olmalı idim" - İlham Əliyev16:50 - "Space"in yeni rəhbəri istefa verib?16:47 - "Yapı Kredi Bank Azərbaycan” zərərlə işləyir - Bağlana bilərmi?16:35 - 98 yaşlı Heydər Əliyev irsi və gənclər siyasətinin ideoloji konturları - "DAVAM" sədri yazır...16:29 - Davamçılar Fəxri xiyabanda və "Şöhrət" muzeyində olub - FOTOLAR 15:59 - Qüdrətli Azərbaycan Ulu Öndərimiz Heydər Əliyevin sayəsində dünyada öz layiqli yerini tutur14:57 - Lukaşenko terror nəticəsində ölərsə, Belarus prezidenti kim olacaq? 14:50 - Lavrov Bakıya niyə gəlir? - Detallar açıqlandı 13:39 - Heydər Əliyev niyə ümummilli liderdir?   - Xalqın yaddaş kitabı...12:57 - "Bu gün Heydər Əliyev bizimlə olmasa da, onun müqəddəs arzusu reallaşıb" - Mehriban Əliyeva 12:55 - ""Tərtər işi” ilə bağlı əsassız hay-küy yaratmaq absurddur" - Baş prokuror11:42 - Rusiya SSRİ kimi dağılacaq - Aleksey Venediktov11:29 - Prezident Naxçıvanda Heydər Əliyevin abidəsini ziyarət etdi