"SOCAR-da islahatlar gözlənilən və qaçılmaz idi" - Vüqar Oruc

14 fevral, 2022 16:55

Vüqar Oruc: “Digər qurumlarda və sahələrdə də islahatlar aparılmalı, şəffaflıq təmin edilməlidir”

Prezident İlham Əliyevin sərəncamı ilə Rövşən Nəcəf Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti təyin edilib. Prezidentin digər sərəncamı ilə Dövlət Neft Şirkətinin prezidenti vəzifəsinin icrası ona həvalə edilib.

Xatırladaq ki, R.Nəcəf buna qədər İqtisadiyyat nazirinin müavini vəzifəsində çalışıb. Bir ay öncə isə İqtisadiyyat nazirinin birinci müavini təyin edilib. Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev isə İqtisadiyyat nazirinin müavini vəzifəsinə təyinat alıb. Bundan bir müddət qabaq isə SOCAR-da Müşahidə Şurası təsisatı yaradılıb və Mikayıl Cabbarov Şuranın sədri təyin edilib.

“VECON CONSULTING” qiymətləndirmə şirkətinin direktoru, iqtisadçı-ekspert Vüqar Oruc ARDNŞ-də aparılan islahatların vacib olduğunu diqqətə çatdırıb: “Bilirsiniz ki, 2018-ci ilin prezident seçkilərindən sonra inaqurasiya çıxışı zamanı Prezident İlham Əliyev bildirdi ki, Azərbaycanda köklü islahatlar həyata keçiriləcək və bu islahatlar bütün sahələri əhatə edəcək. Mərkəzi İcra Hakimiyyətində, regional idarəetmə orqanlarında, qanunverici hakimiyyətdə, məhkəmə sahəsində islahatlar aydın şəkildə ortaya qoydu ki, hökumət köhnə idarəetmə metodlarından imtina edir və instusional islahatların mahiyyətində müasir və çevik idarəetmə modelini yaratmaq niyyəti dayanır. Elə bir sahə yoxdur ki, bu islahatlar prosesindən kənarda qalsın. Hətta hakim Yeni Azərbaycan Partiyasında belə islahatlara başlanıldı. Düzdür, bəzi strukturlarda islahatlar hələki effekt verməyib. Çünki bu qurumlarda ilərdir oturuşmuş sistem mövcuddur və proses mərhələli aparılmalıdır. Yəni, bu bir zaman məsələsidir. Bu əsnada Prezident İlham Əliyevin təmkinli siyasəti xüsusilə təqdir olunmalıdır. Lakin bütün hallarda bu islahatların davam etdirilməsi labüddür”.

Ekspertin sözlərinə görə, SOCAR ölkənin aparıcı müəssisələrindən biridir və xüsusi yanaşma tələb edən qurumdur: “Dövlət Neft Şirkəti sürətlə böyüyür və dünyanın müxtəlif dövlətlərində strukturları yaranır. Bu xüsusda mütləqdir ki, bu dövlət şirkəti öz fəaliyyətini müasir dövrün tələbləri ilə uyğunlaşdırsın. Bilirsiniz ki, bir müddət öncə ARDNŞ-də Müşahidə Şurası təsis olundu və iqtisadi blokda təmsil olunan peşəkar məmurlar bu qurumda yer aldılar. ARDNŞ-ə iki yeni vitse-prezident təyin edildi və onlar da müasir dünyagörüşə malik menecerlərdir. Prezidentin son sərəncamı ilə SOCAR-ın rəhbərliyində dəyişiklik edilməsi, Rövnəq Abdullayevin vəzifədən azad olunması, İqtisadiyyat Nazirliyində, Prezident Adminstrasiyasında mütərəqqi fəaliyyəti ilə rəğbət qazanmış Rövşən Nəcəfin rəhbərliyə gətirilməsi müsbət məqamdır. Hesab edirəm ki, bu təyinat Dövlət Neft Şirkətinin qarşısında yeni imkanlar açacaq və onun rəhbərliyi altında SOCAR keyfiyyətcə yeni mərhələyə qədəm qoyacaq” – Vüqar Oruc söyləyib.

O əlavə edib ki, digər qurumlarda da islahatların davam etdirilməsi gözlənilir: “Xüsusən gömrük əməliyyatları, dövlət satınalmaları zamanı, eyni zamanda yerli icra strukturlarında ciddi islahatlar aparılmalı, şəffaflıq təmin edilməli və bu qurumların da fəaliyyəti müasir dövrün tələbləri ilə uyğunlaşdırılmalıdır. Bütün hallarda cəmiyyətin islahat gözləntisi çox böyükdür” – iqtisadçı ekspert fikrini yekunlaşdırıb.

20 may

12:15 - Blinkendən qorxulu açıqlama: Ukrayna yox ola bilər, əgər Rusiyaya...12:05 - “Avroviziya”dakı qalmaqalın səbəbi açıqlandı12:00 - Ermənistanda generalın oğlu həbs edildi11:55 - İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul etdi11:40 - İtaliya səfiri İrəvanda qəzaya düşdü11:15 - Bakıdan İrəvana gedən Litva Prezidenti aksiya ilə qarşılaşdı - Video10:55 - "Rusiya NATO-ya üzv olmaqdan özü imtina edib" - ABŞ Dövlət katibi09:12 - ABŞ Ermənistanda hakimiyyət dəyişikliyi istəmir - Səfirin fikirlərini belə şərh edirlər 09:09 - Azərbaycanda dollar almaq əngəli - Absurd tələb niyə ləğv olunmur?01:26 - "ABŞ qoşunları Ukraynada döyüşməyəcək" - Pentaqon01:24 - NATO Baş kaibi Türkiyənin strateji əhəmiyyətindən danışdı01:22 - Rusiya Moldovaya müdaxilə edəcəkmi? - Makron

19 may

23:34 - Brüsseldə İlham Əliyev, Şarl Mişel və Paşinyanın görüşü olacaq23:30 - "İrəvan Moskvanın təhriki ilə Brüsseli neytrallaşdırır" - "Caliber"23:28 - Xoşqədəm Hidayətqızının həbsi tələb olunur - Xüsusi ittiham qaydasında məhkəməyə verildi17:45 - Baş Prokurorluq məhkəməyə müraciət etdi - Alimpaşa Məmmədovun həbs müddəti uzadıldı17:30 - Elman Rüstəmovun qızının borcu 15 milyona çatır – Fotofakt17:15 - Çindən Rusiyaya ixrac kəskin azalıb - Pekin Qərbin sanksiyalarından qorxur17:00 - Kreml “Şimal Axını-2” kəmərinin fəaliyyətə başlayacağına ümid etmir 16:45 - Ukraynadakı müharibəni dayandırmağa kimlər mane olur? - “Bloomberg”16:30 - Azərbaycanda SAT-ın imtahan suallarını satanlar həbs edilib16:15 - “Rusiya Kiyevlə danışıqlara hazırdır“ - Rudenko16:00 - Z və V hansı mənanı daşıyır? - Rusiya MN-dən açıqlama15:45 - Ermənistanın sərhəd komissiyasının tərkibi müəyyənləşdi15:30 - “Əks-hücum daha çox vaxt tələb edir...” – Ukraynanın yaxın üç aya aid planları məlum olub15:15 - İran sərhədçilərinin öldürdüyü Mircavadın 22 yaşı olub15:00 - Prezidentin yüksək vəzifəyə təyin etdiyi Şahin Əliyev kimdir? - dosye14:40 - "Nə Aİ, nə də NATO Rusiya ilə müharibə istəyir" - Fransa XİN14:20 - "İsveç tamamilə terror yuvasıdır" - Türkiyə Prezidenti14:10 - ABŞ səfirindən Azərbaycan əleyhinə bəyanat