"SOCAR-da islahatlar gözlənilən və qaçılmaz idi" - Vüqar Oruc

14 fevral, 2022 16:55

Vüqar Oruc: “Digər qurumlarda və sahələrdə də islahatlar aparılmalı, şəffaflıq təmin edilməlidir”

Prezident İlham Əliyevin sərəncamı ilə Rövşən Nəcəf Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti təyin edilib. Prezidentin digər sərəncamı ilə Dövlət Neft Şirkətinin prezidenti vəzifəsinin icrası ona həvalə edilib.

Xatırladaq ki, R.Nəcəf buna qədər İqtisadiyyat nazirinin müavini vəzifəsində çalışıb. Bir ay öncə isə İqtisadiyyat nazirinin birinci müavini təyin edilib. Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev isə İqtisadiyyat nazirinin müavini vəzifəsinə təyinat alıb. Bundan bir müddət qabaq isə SOCAR-da Müşahidə Şurası təsisatı yaradılıb və Mikayıl Cabbarov Şuranın sədri təyin edilib.

“VECON CONSULTING” qiymətləndirmə şirkətinin direktoru, iqtisadçı-ekspert Vüqar Oruc ARDNŞ-də aparılan islahatların vacib olduğunu diqqətə çatdırıb: “Bilirsiniz ki, 2018-ci ilin prezident seçkilərindən sonra inaqurasiya çıxışı zamanı Prezident İlham Əliyev bildirdi ki, Azərbaycanda köklü islahatlar həyata keçiriləcək və bu islahatlar bütün sahələri əhatə edəcək. Mərkəzi İcra Hakimiyyətində, regional idarəetmə orqanlarında, qanunverici hakimiyyətdə, məhkəmə sahəsində islahatlar aydın şəkildə ortaya qoydu ki, hökumət köhnə idarəetmə metodlarından imtina edir və instusional islahatların mahiyyətində müasir və çevik idarəetmə modelini yaratmaq niyyəti dayanır. Elə bir sahə yoxdur ki, bu islahatlar prosesindən kənarda qalsın. Hətta hakim Yeni Azərbaycan Partiyasında belə islahatlara başlanıldı. Düzdür, bəzi strukturlarda islahatlar hələki effekt verməyib. Çünki bu qurumlarda ilərdir oturuşmuş sistem mövcuddur və proses mərhələli aparılmalıdır. Yəni, bu bir zaman məsələsidir. Bu əsnada Prezident İlham Əliyevin təmkinli siyasəti xüsusilə təqdir olunmalıdır. Lakin bütün hallarda bu islahatların davam etdirilməsi labüddür”.

Ekspertin sözlərinə görə, SOCAR ölkənin aparıcı müəssisələrindən biridir və xüsusi yanaşma tələb edən qurumdur: “Dövlət Neft Şirkəti sürətlə böyüyür və dünyanın müxtəlif dövlətlərində strukturları yaranır. Bu xüsusda mütləqdir ki, bu dövlət şirkəti öz fəaliyyətini müasir dövrün tələbləri ilə uyğunlaşdırsın. Bilirsiniz ki, bir müddət öncə ARDNŞ-də Müşahidə Şurası təsis olundu və iqtisadi blokda təmsil olunan peşəkar məmurlar bu qurumda yer aldılar. ARDNŞ-ə iki yeni vitse-prezident təyin edildi və onlar da müasir dünyagörüşə malik menecerlərdir. Prezidentin son sərəncamı ilə SOCAR-ın rəhbərliyində dəyişiklik edilməsi, Rövnəq Abdullayevin vəzifədən azad olunması, İqtisadiyyat Nazirliyində, Prezident Adminstrasiyasında mütərəqqi fəaliyyəti ilə rəğbət qazanmış Rövşən Nəcəfin rəhbərliyə gətirilməsi müsbət məqamdır. Hesab edirəm ki, bu təyinat Dövlət Neft Şirkətinin qarşısında yeni imkanlar açacaq və onun rəhbərliyi altında SOCAR keyfiyyətcə yeni mərhələyə qədəm qoyacaq” – Vüqar Oruc söyləyib.

O əlavə edib ki, digər qurumlarda da islahatların davam etdirilməsi gözlənilir: “Xüsusən gömrük əməliyyatları, dövlət satınalmaları zamanı, eyni zamanda yerli icra strukturlarında ciddi islahatlar aparılmalı, şəffaflıq təmin edilməli və bu qurumların da fəaliyyəti müasir dövrün tələbləri ilə uyğunlaşdırılmalıdır. Bütün hallarda cəmiyyətin islahat gözləntisi çox böyükdür” – iqtisadçı ekspert fikrini yekunlaşdırıb.

27 iyun

14:03 - "Xəzər beşliyi" fəaliyyətini necə davam etdirəcək?12:42 - İlham Əliyev Ermənistana   xəbərdarlıq etdi11:47 - Nazirlər Bakı Bəyannaməsi imzaladılar - FOTOLAR11:09 - Azərbaycanda növbəti komando hərbi hissələri açılacaq10:04 - İbrahim Kalından Qarabağ açıqlaması - "Amerikalılarla qarşı-qarşıya gəldik"10:02 - Putinin nüvə çamadanı necə işləyir?09:57 - Azərbaycanda təyyarə biletinin qiyməti artmaqda davam edir09:54 - "Rusiya son bir əsrdə ilk defolt elan edib" - "Bloomberg"

26 iyun

20:25 - Azərbaycan səfiri İran şirkətlərini Qarabağ və Şərqi Zəngəzura sərmayə yatırmağa çağırıb20:22 - AXCP fəalı Çapay Sadıqlı qətlə yetirildi20:18 - İlham Əliyev Kəlbəcərdə hərbi hissənin açılışını etdi11:49 - Üç türk ölkəsinin nazirləri Bakıda toplanır - Nələr müzakirə olunacaq? 11:47 - Azərbaycanın müdafiə xərcləri nə qədərdir?  - Rəqəmlər11:44 - "Ukraynada ABŞ komandoları döyüşür" - "The New York Times"01:17 - Rusiya müharibəni nə vaxt bitirəcək?01:07 - Dünyada yeni alyans: Avstraliya, Britaniya, Yeni Zelandiya, ABŞ və Yaponiya - Partners in the Blue Pacific01:04 - "Rusiya Belarusa "İskəndər-M" verəcək" - Putin

25 iyun

20:15 - İran atom elektrik stansiyası tikəcək 18:51 - Rusiyanın neft gəlirləri sürətlə artır - "The Washington Post"16:26 - "ABŞ müharibənin bitməsini deyil, Putinin devrilməsini istəyir..." - Qiora Aylend 16:21 - Rusiya daha bir ölkəni hədələdi - "Moldova hakimiyyəti lokomotivdən qabağa keçib"16:16 - Rusiya Belarus ərazisindən Ukraynaya raket zərbələri endirib13:03 - "İlk raketi Londona atacağıq..." - Rus general12:39 - "Kontakt Home"un problemli kreditləri - "Legal 12" şirkətinin "reket" əməlləri…12:25 - Ucuzlaşma anonsu verilir, vətəndaş inanmır...11:34 - İran Azərbaycana niyə hücumlar təşkil edir? - Detallar11:13 - Gürcüstan hökumətinə 1 həftə vaxt verildi...11:10 - Türkiyə qorxusu qonşunu hərəkətə keçirdi - Fransa ilə yeni hərbi anlaşma11:08 - Paşinyan medianın suallarına cavab verəcək11:06 - Azərbaycan-Naxçıvan bağlantısı ilə türkdilli ölkələrin əlaqələrini necə gücləndirmək olar?