Rövşən Rzayev qaçqın alimin ailəsi ilə niyə prinsip aparır? - “Haqqımız olan mənzili vermir”

23 sentyabr, 2020 12:56

Şuşadan  məcburi köçkün olan Əliyev Akşin Səyyar oğlu hazırda 6 nəfər ailə üzvü ilə birlikdə Nərimanov rayonu Nəcəf Nərimanov küçəsi 5, mənzil 9 ünvanında  kirayədə yaşayır.  O, düşdüyü acınacaqlı vəziyyətlə bağlı dəfələrlə Şuşa rayon İcra Hakimiyyətinə və “Qaçqınkom”a müraciət etsə də, bütün cəhdləri nəticəsiz qalıb.

Azsiyasət.com xəbər verir ki, son çarəni problemini mətbuata çıxarmaqda görən Akşin Əliyev Azinforum.az İnformasiya Portalına  müraciət edib. Akşin Əliyevin sözlərinə görə, onların bütün ailə parametrləri məcburi köçkünlər üçün paylanan evlərdən bir mənzil əldə etməyə uyğun gəlsə də, “Qaçqınkom” hər vəchlə buna mane olur:

“Yaşlı, alim  olan  atam dəfələrlə həmin instansiyaların qəbulunda olsa da, hər dəfə ona yalan vəd verərək yola salırlar. Yaşadığımız şəraitlə gəlib maraqlanan da olmayıb.

Hətta sonuncu dəfə atam “Qaçqınqom”a gedərək qaçqınlara qarşı bu laqeydliyi göstərdiklərinə gorə, onlara öz iradını bildirib. Mən başa düşə bilmirəm, onda dövlətin vəsaiti  hesabına  məcburi köçkünlər üçün tikilən  evlər kimə paylanır?  30 illik qaçqınçılıq dövründə, bizə dövlət tərəfindən heç bir mənzil verilməyib. Biz elə bildik ki, “Qaçqınkom”un yeni rəhbərliyi köhnələrdən fərqli olaraq, məsələyə əncam çəkəcək, amma təəssüf ki, onlar da sələflərinin yolunu gedirlər.

Bizimlə hansı səbəbdən prinsip aparır Rövşən Rzayev?! Qaçqın olduğumuz halda niyə haqqımız olanı ala bilmirik?! İllərdir ancaq yalan vədlər verərək bizim gözləməyimizi tələb edən qurumun məqsədi ya onlara verilən vəzifədən sui- istifadə etmək, ya da bizim daha da ağır durumlara düşməyimizi gözləməkdir. Bundan da ağır durum ola bilərmi…”

Qeyd edək ki, Aksin Əliyev hazırda həm də işsizdir. Ali savadı olmasına baxmayaraq, bir müddət fəhləlik edərək ailəsini dolandırmağa çalışsa da, işin agırlıgına saglamlıgı tab getirməyib. İki korpə uşaq və yaşlı valideynləri ilə birlikdə ağır bir şəraitdə yaşayan, hətta artıq kirayə pulunu belə verə bilməyən A.Əliyev bu durumun uşaqlarının saglamlığına  və gələcəyinə böyük bir zərbə olacagını və artiq dözülməz bir halda olduqlarını bildirib:

“Mən iki körpə qızımın üzünə baxmağa utanıram. Onları cəmiyyətə yararlı vətəndaş kimi yetişdirmək mənim borcum olsa da, əlimdən heç nə gəlmir. Mənim usaqlarımın hec bir günahı olmadığı halda, bu durumda olmalarını Rövşən Rzayev niyə görmür?

Mən fürsətdən istifadə edib, ölkə başçısı  cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edərək onlardan ailəmizə  haqqımız çatan mənzilin verilməsinə kömək etməyi xahiş edirəm. Bizim göydə Allaha, yerdə cənab Prezidentimizə inamımız sonsuzdur ”

Vətəndaşın şikayəti ilə bağlı adları çəkilən qurumların da mövqeyini dərc etməyə hazırıq.

04 dekabr

13:06 - “Ermənistan özünü tələyə saldı” - FƏRİD ŞƏFİYEV 12:03 - Prezident və Birinci xanım Şəhidlər Xiyabanında...11:56 - “Fransa hökuməti parlamentinin müstəqilliyini tanıyır” - SƏFİR 10:45 - Bir manatlıq böyük şirkət: İcra hakimiyyətlərinin sevimli Abıyevi 10:41 - "Koronaviruslu xəstələr 46 dövlət xəstəxanasında müalicə olunur" - Prezident00:05 - Rəsmi Bakıdan Ermənistan XİN başçısına CAVAB

03 dekabr

21:36 - ATƏT-in Minsk Qrupu həmsədrləri "XORTLADI"21:29 - Minsk Qrupunun Qarabağda məqsədi bu imiş... - DETALLAR17:27 - İsrail Qarabağ döyüşlərinin təcrübəsini nəzərə aldı, “Harop”u modernləşdirir16:52 - "Münaqişələrin həllində ATƏT-ə ehtiyac var" - LAVROV 14:31 - Vətən mübaribəsində nə qədər şəhid vermişik? - SAYLAR AÇIQLANDI14:21 - ATƏT sədrindən Qarabağ açıqlaması:  “Substantiv danışıqlar davam etməlidir”14:01 - Ermənistanın muzdlu döyüşçülər siyasəti: iflasa uğrayan plan - Azərbaycanın qazandığı nəticələr... 12:19 - Zakir Həsənov rus sülhməramlıların komandanı ilə görüşdü - FOTO11:18 - Azərbaycan Ordusunun bölmələri Laçın şəhərində10:14 - Ərdoğan Bakıda qələbə paradında iştirak edəcək02:07 - Bu gün Ermənistan müxalifəti özünün yeni "Paşinyan"ını AÇIQLAYACAQ02:04 - Fəxrizadənin qətlində iştirak edən şəxslər müəyyən edilib

02 dekabr

21:24 - Qarabağdakı Rusiya sülhməramlılarına qatarla yenə çoxsaylı texnika gətirildi - VİDEO 21:15 - Qarabağ "müdafiə naziri"nin avtomobilinin vurulmasının yeni təfərrüatları - Tonoyanın adı hallanır... 21:12 - Çavuşoğlu ilə Pompeo arasında MÜBAHİSƏ YAŞANDI16:03 - Putin KTMT və MDB ölkələrini Qarabağdakı humanitar səylərə dəstək verməyə çağırdı 15:59 - Gülər Əhmədova Hafiz Hacıyevin partiyasına ÜZV OLDU13:53 - “Tezliklə Rusiya pasportlarını alacağıq” - Xankəndidəki erməni13:11 - 10 noyabr Azərbaycanda ZƏFƏR GÜNÜ kimi qeyd olunacaq12:41 - Ermənistanın məhv edilmiş hərbi texnikasının dəyəri açıqlanıb12:13 - İcra Hakimiyyətinin sevimli şirkəti: Tender oyunları...11:59 - Mirkazım Seyidovun fikirləri partiya sədrlərinin etirazına səbəb oldu: "Onu kimin və niyə yaratdığı..."11:16 - Xocalı aeroportu fəaliyyətə başlayır - Rusiya Aerokosmik Qüvvələri istifadə edəcək02:03 - NATO-nun Baş katibi Qarabağdan danışdı