Fədakar həkim və əsl vətəndaş!

12 yanvar, 2022 10:56

Koronavirus pandemiyası bütün dünya ölkələrini ağır sınaqlarla üz-üzə qoydu və müxtəlif coğrafiyalarda iqtisadi-sosial təlatümlərin başlanmasına səbəb oldu. Heç şübhəsiz ki, koronavirus xəstəliyi qlobal dünyanın bir hissəsi olan Azərbaycandan da yan keçmədi. Ancaq tam məsuliyyətlə demək olar ki, pandemiyadan ən az zərərlə çıxan yeganə ölkələrdən biri də Azərbaycan oldu. Ölkədə aparılan sağlam tədbirlər sistemi, iqtisadi və sosial dayanıqlıq, vaxtında qəbul edilmiş qərarlar pandemiyadan ən az zərərlə çıxmağımızı şərtləndirən əsas amillərdəndir. Xüsusilə də, Azərbaycan həkimlərinin, tibb işçilərinin koronavirusla mübarizə istiqamətindəki fədakar və yorulmaz fəaliyyəti danılmazdır. Pandemiya dövründə bir sıra həkimlər cəmiyyətimiz üçün istinad nöqtəsinə çevrildi, onlar xalqımız üçün mayak rolunu oynadı, insanların yaşaması məhz onların yuxusuz gecələri sayəsində mümkün oldu.

Belə həkimlərdən biri də Goranboy Rayon Mərkəzi Xəstəxanasının terapevti Şəhruzə Rüstəmovadır. Belə desək, Şəhruzə xanım region həkimidir, ancaq Goranboy rayonunda koronavirusla mübarizə sahəsində onun gördüyü işlərin miqyası daha böyükdür.

O mənada ki, onun regionda insanları bu ağır xəstəlikdən xilas etməsi paytaxt Bakıda aidiyyatı dövlətin bu istiqamətdəki tədbirlərinə verilən dəstək idi. Elə Goranboy əhalisindən soruşmaq bəs edir ki, Şəhruzə xanımın pandemiya dövründə insanlara göstərdiyi diqqətdən, həssas münasibətdən və qayğıdan bəhs etsinlər.

Ş.Rüstəmova koronavirus xəstəliyinə yoluxan xəstələrin müalicəsini həyata keçirmək üçün əsl müsəlləh əsgər kimi bir neçə cəbhədə özünü səfərbər etmişdi. Belə ki, o, xəstələrin müalicə prosesinin xəstəxanada həyata keçirilməsində fədakar fəaliyyət ortaya qoymuş oldu. Digər tərəfdən isə, xeyli sayda xəstələri ev şəraitində müalicə edərək onlara həyat bəxş edib. Hətta Şəhruzə xanım müalicəyə maddi imkanı çatmayan xəstələrin bütün müalicə xərclərini də özü qarşılayıb.

Bu gün də Ş.Rüstəmova Goranboy rayonunda fədakar həkim fəaliyyəti ilə yerli əhaliyə xidmət etməkdədir. Onun xəstələrə, insanlara baxışı təkcə bir tibb işçisinin münasibəti kimi məhdud deyil, o, həm də insanlara doğmalıq nümayiş etdirir. Açığı, regionlarda belə həkimlərin olması hər birimizi sevindirir.

İnanırıq ki, Şəhruzə xanım bundan sonra da bu məsuliyyətli işin öhdəsindən ləyaqətlə gələcək, indi necədirsə, bundan sonra da əhali üçün ümid işığına çevriləcək.

27 iyun

14:03 - "Xəzər beşliyi" fəaliyyətini necə davam etdirəcək?12:42 - İlham Əliyev Ermənistana   xəbərdarlıq etdi11:47 - Nazirlər Bakı Bəyannaməsi imzaladılar - FOTOLAR11:09 - Azərbaycanda növbəti komando hərbi hissələri açılacaq10:04 - İbrahim Kalından Qarabağ açıqlaması - "Amerikalılarla qarşı-qarşıya gəldik"10:02 - Putinin nüvə çamadanı necə işləyir?09:57 - Azərbaycanda təyyarə biletinin qiyməti artmaqda davam edir09:54 - "Rusiya son bir əsrdə ilk defolt elan edib" - "Bloomberg"

26 iyun

20:25 - Azərbaycan səfiri İran şirkətlərini Qarabağ və Şərqi Zəngəzura sərmayə yatırmağa çağırıb20:22 - AXCP fəalı Çapay Sadıqlı qətlə yetirildi20:18 - İlham Əliyev Kəlbəcərdə hərbi hissənin açılışını etdi11:49 - Üç türk ölkəsinin nazirləri Bakıda toplanır - Nələr müzakirə olunacaq? 11:47 - Azərbaycanın müdafiə xərcləri nə qədərdir?  - Rəqəmlər11:44 - "Ukraynada ABŞ komandoları döyüşür" - "The New York Times"01:17 - Rusiya müharibəni nə vaxt bitirəcək?01:07 - Dünyada yeni alyans: Avstraliya, Britaniya, Yeni Zelandiya, ABŞ və Yaponiya - Partners in the Blue Pacific01:04 - "Rusiya Belarusa "İskəndər-M" verəcək" - Putin

25 iyun

20:15 - İran atom elektrik stansiyası tikəcək 18:51 - Rusiyanın neft gəlirləri sürətlə artır - "The Washington Post"16:26 - "ABŞ müharibənin bitməsini deyil, Putinin devrilməsini istəyir..." - Qiora Aylend 16:21 - Rusiya daha bir ölkəni hədələdi - "Moldova hakimiyyəti lokomotivdən qabağa keçib"16:16 - Rusiya Belarus ərazisindən Ukraynaya raket zərbələri endirib13:03 - "İlk raketi Londona atacağıq..." - Rus general12:39 - "Kontakt Home"un problemli kreditləri - "Legal 12" şirkətinin "reket" əməlləri…12:25 - Ucuzlaşma anonsu verilir, vətəndaş inanmır...11:34 - İran Azərbaycana niyə hücumlar təşkil edir? - Detallar11:13 - Gürcüstan hökumətinə 1 həftə vaxt verildi...11:10 - Türkiyə qorxusu qonşunu hərəkətə keçirdi - Fransa ilə yeni hərbi anlaşma11:08 - Paşinyan medianın suallarına cavab verəcək11:06 - Azərbaycan-Naxçıvan bağlantısı ilə türkdilli ölkələrin əlaqələrini necə gücləndirmək olar?