ABB, "Azər-Türk Bank" və "Azərsığorta" İnvestisiya Holdinqə niyə verildi? - Ekspert dəyərləndirməsi

23 sentyabr, 2021 20:01

Prezident İlham Əliyevin ötən gün sentyabrın 22-də imzaladığı sərəncam ilə üç maliyyə qurumu - Azərbaycan Beynəlxalq Bankı, "Azər Türk Bank" və "Azərsığorta" İnvestisiya Holdinqinin idarəetməsinə verilib.

Qeyd edək ki, bir neçə il əvvəl Azərbaycan Beynəlxalq Bankın (ABB) zərərli aktivləri milyardlarla ölçülürdü. 2017-ci ildə ABB-nin 9.93 milyard manat dəyərində toksik aktivini dövlət alıb, likvidlik dəstəyinin göstərilməsi üçün ona 1.3 milyard dollar və 70 milyon manat həcmində depozit yerləşdirib. ABB 2020-ci ili böyük mənfəətlə başa vurduğunu açıqlayıb. Bankın hesabatına görə, qurum ötən il 129 milyon manat xalis mənfəət əldə edib.

Dövlət bankı "Azər Türk Bank"a gəlincə, bu il iyulun 1-nə onun aktivləri 335.4 milyon manat olub. İkinci rübdə bank 448 min manat xalis mənfəət əldə edib ki, bu da ötənilki göstəriciyə nisbətən çoxdur.

Məsələyə, hələlik, sözügedən maliyyə qurumlarından münasibət almaq mümkün olmayıb. Amma Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov "Turan"a bildirib ki, Azərbaycan Beynəlxalq Bankında vaxtilə çox ciddi problemlər olub: "O vaxt dövlət büdcəsindən kifayət qədər vəsait ayrılmışdı ki, ayağa qalxsın, sonra çıxardaq satışa. Amma keçən bu dövr ərzində Beynəlxalq Bankın fəaliyyəti buna imkan vermirdi".

Komitə üzvünün fikrincə, buna görə bank Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib: "İnvestisiya Holdinqi, yəqin ki, özəlləşmə məsələsinə də baxacaq. Bu, özəlləşmə məsələsi İnvestisiya Holdinqinə verilmiş digər maliyyə qurumlarına da aiddir".

İqtisadçı Natiq Cəfərlinin isə deyir ki, bir müddət əvvəl deyilib ki, bir plan hazırlanıb və ona uyğun olaraq dövlət aktivləri hissə-hissə İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək: "Bundan öncə də biz bəzi dövlət şirkətləri ilə bağlı buna bənzər qərarları gördük. Təəssüf ki, bu qərarların icrasının hansı dəyişikliklərə yol açdığını görmədik. Bununla bağlı hökumətin açıqlaması yoxdur".

Bununla belə o qeyd edib ki, sözügedən üç maliyyə qurumunun idarəetməsinin İnvestisiya Holdinqinə verilməsi gözlənilən idi: "Çünki bütün dövlət aktivləri gec-tez həmin Holdinqə veriləcək. Amma dövlətin bu aktivləri son vaxtlar gəlirlə işləyən aktivlərdir. Düzdür, Beynəlxalq Bankda çox ciddi yeyintilər baş verdi. Lakin dövlət bəzi tədbirləri görərək bankın balansını xeyli təmizlədi və hazırda müsbət tendensiya var".

Onun fikrincə də, bunun əsas hədəflərdən biri həmin bankların ya qismən, ya da tam özəlləşməyə çıxarılması ilə bağlıdır: "Bu ilin sonu və ya gələn ilin əvvəllərində ABB-də və "Azər Türk Bank"da olan dövlət səhmlərinin satışa çıxarılması mümkündür. Bir çox beynəlxalq qurumların da buna marağı var(virtuaıaz.org).

27 iyun

14:03 - "Xəzər beşliyi" fəaliyyətini necə davam etdirəcək?12:42 - İlham Əliyev Ermənistana   xəbərdarlıq etdi11:47 - Nazirlər Bakı Bəyannaməsi imzaladılar - FOTOLAR11:09 - Azərbaycanda növbəti komando hərbi hissələri açılacaq10:04 - İbrahim Kalından Qarabağ açıqlaması - "Amerikalılarla qarşı-qarşıya gəldik"10:02 - Putinin nüvə çamadanı necə işləyir?09:57 - Azərbaycanda təyyarə biletinin qiyməti artmaqda davam edir09:54 - "Rusiya son bir əsrdə ilk defolt elan edib" - "Bloomberg"

26 iyun

20:25 - Azərbaycan səfiri İran şirkətlərini Qarabağ və Şərqi Zəngəzura sərmayə yatırmağa çağırıb20:22 - AXCP fəalı Çapay Sadıqlı qətlə yetirildi20:18 - İlham Əliyev Kəlbəcərdə hərbi hissənin açılışını etdi11:49 - Üç türk ölkəsinin nazirləri Bakıda toplanır - Nələr müzakirə olunacaq? 11:47 - Azərbaycanın müdafiə xərcləri nə qədərdir?  - Rəqəmlər11:44 - "Ukraynada ABŞ komandoları döyüşür" - "The New York Times"01:17 - Rusiya müharibəni nə vaxt bitirəcək?01:07 - Dünyada yeni alyans: Avstraliya, Britaniya, Yeni Zelandiya, ABŞ və Yaponiya - Partners in the Blue Pacific01:04 - "Rusiya Belarusa "İskəndər-M" verəcək" - Putin

25 iyun

20:15 - İran atom elektrik stansiyası tikəcək 18:51 - Rusiyanın neft gəlirləri sürətlə artır - "The Washington Post"16:26 - "ABŞ müharibənin bitməsini deyil, Putinin devrilməsini istəyir..." - Qiora Aylend 16:21 - Rusiya daha bir ölkəni hədələdi - "Moldova hakimiyyəti lokomotivdən qabağa keçib"16:16 - Rusiya Belarus ərazisindən Ukraynaya raket zərbələri endirib13:03 - "İlk raketi Londona atacağıq..." - Rus general12:39 - "Kontakt Home"un problemli kreditləri - "Legal 12" şirkətinin "reket" əməlləri…12:25 - Ucuzlaşma anonsu verilir, vətəndaş inanmır...11:34 - İran Azərbaycana niyə hücumlar təşkil edir? - Detallar11:13 - Gürcüstan hökumətinə 1 həftə vaxt verildi...11:10 - Türkiyə qorxusu qonşunu hərəkətə keçirdi - Fransa ilə yeni hərbi anlaşma11:08 - Paşinyan medianın suallarına cavab verəcək11:06 - Azərbaycan-Naxçıvan bağlantısı ilə türkdilli ölkələrin əlaqələrini necə gücləndirmək olar?