Nazirlik erməni əsirliyində olan Dilqəm Əsgərovun həyat yoldaşının təqaüdünü kəsdi

01 sentyabr, 2020 10:36

“6 ildən artıqdır erməni girovluğunda saxlanlılan Dilqəm Əsgərovun həyat yoldaşı Firuzə Əsgərovanın təqaüdü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən kəsilib”. Bunu Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov bildirib.


K.Əsgərov deyib ki, məsələ ilə bağlı nazirliyin Şəmkir rayonunda yerləşən 20 saylı Region üzrə Dövlət Əmək Müfəttişliyində olub:

“Mənə bildirdilər ki, anamın təqaüdünün kəsilməsi ilə bağlı göstəriş Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən gəlib. İndi mən nazir Sahil Babayevə müraciət edirəm. Niyə 6 ildən artıqdır erməni girovluğunda olan Dilqəm Əsgərovun həyat yoldaşının 220 manatı kəsilib? Axı dövlət başçısı dəfələrlə şəhid, qazi və girov ailələrinə diqqət və qayğı ilə yanaşılması istiqamətində tapşırıqlar verib. Məmurların vətəndaşlara yaxın olmasını tapşırıb. Təəssüf ki, bu tapşırıqlar yerlərdə yerinə yetirilmir. Görünür, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mənim anama verilən 220 manata ehtiyacı var”.


Məlumat üçün bildirək ki, Dilqəm Əsgərovun həyat yoldaşı Əsgərova Firuzə Şura qızı 2-ci qrup əlillik dərəcəsi ilə təqaüd alırdı.

Xatırladaq ki, Dilqəm Əsgərov 2014-cü ilin iyulunda dostu Şahbaz Quliyevlə birgə işğal altındakı Kəlbəcərdə doğma yerləri ziyarət edən zaman girov götürülüb.  Qondarma "Dağlıq Qarabağ respublikası"nın separatçıları onlara "məhkəmə quraraq, Dilqəmə ömürlük, Şahbaza 22 il həbs cəzası kəsib.

25 iyul

14:31 - Mustafa Şentop Azərbaycana gəlir - "Bakı Bəyannaməsi" imzalanacaq14:27 - Azərbaycan zənginləri Bodrumda, dünya elitasının qala gecəsində - Bilet 25 min avrodan başlayır - FOTOLAR 14:12 - Mirsaleh Seyidov töhmət aldı12:21 - "Rusiya Ermənistana deyir ki, başlayın atəş açmağa" - Deputatdan açıqlama 00:58 - "Azərbaycan, Ələhvaz!", "İttihad, ittihad!" - Etirazlar Təbrizə sıçradı00:50 - "Qərbdə Qarabağla bağlı bütün təsir imkanlarından kənar qaldıqlarını başa düşüblər" - Rusiyalı ekspert00:45 - Rusiyada skandal - Kommunistlər ayağa qalxdı00:43 - "Qanunsuz verilmiş mənzillər alınıb ehtiyacı olan jurnalistlərə verilməlidir" - Fazil Mustafa00:39 - Badamdarda güclü yanğın olub - VİDEO

24 iyul

18:46 - "Qarabağda Rusiyanın qalması, oraya Fransa və ABŞ qoşunlarının gəlməsindən daha sərfəlidir" - Etibar Məmmədov 18:43 - Səməd Səmədov vəfat etdi14:50 - ATƏT və Dövlət Departamentindən Bakı ilə Yerevana müraciət14:22 - Azərbaycanın İraqdakı səfirliyinin müvəqqəti işlər vəkili Nasir Məmmədov geri çağırılır? - TƏFƏRRÜAT13:00 - "Cənubi Qafqazda tərəfləri sülhə çağırırıq"  - İran XİN12:45 - "ATƏT-in Minsk qrupunun fəaliyyəti mənasızdır" - "Foreign Policy"12:42 - Rus sülhməramlılarından çok açıqlama - "Sərhəddəki təxribatı Ermənistan hökuməti yaradır"12:28 - İlham Əliyevin son görüşləri və Kəlbəcərə açılan atəş - Ermənistan niyə təşviş içindədir?11:00 - Kəlbəcərə gedib çıxmaq üçün 15 kilometrlik tunel çəkilir - Ömər aşırımından keçmək..10:45 - Ordumuz düşmənin cavabını verdi - Erməni hərbçi başından vuruldu00:17 - Ermənistan Kəlbəcərdə təxribatı necə həyata keçirib? - TƏFƏRRÜAT00:14 - Vaqif Axundovun həbs edilən bacısı oğlunun FOTOLARI00:09 - Su qıtlığına görə etirazlar - Xamaneyi küçələrə çıxanlara dəstək verdi

23 iyul

22:54 - Dövlət sərhəddində atışma davam edir - RƏSMİ20:16 - "Narkotil vasitələrlə mübarizə məqsədilə işçi qrupu yaradılacaq" - Baş prokurorluq20:13 - Müdafiə Nazirliyində yeni təyinatlar - 4 generala yeni vəzifə verildi18:01 - Ermənilər Kəlbəcəri atəşə tutdu - Ordumuzun giziri şəhid oldu17:00 - Fransa prezidenti Makron Bakıya gələcək16:06 - Kərim Vəliyev Silahlı Qüvvələrin Baş qərargah rəisi təyin edildi 14:42 - Rövşən Əkbərov özü ilə kimləri "içəri aparacaq"? - Generalın məhkəməsində böyük skandal13:30 - Hərbi hissədən pul tələb edən "jurnalistlər" həbs edildi - FOTO