Ölkəyə gətirilən bahalı mebellər çox ucuz rəsmiləşdirilir - Kimsənin də xəbəri yox?

23 iyun, 2021 13:16

Dövlət Gömrük Komitəsində sahibkarlara əlavə qanunsuz rüsumların ödətdirilməsi ilə yanaşı müəmmalı gömrük rəsmiləşdirilməsi kimi əməliyyatlar davam etməkdədir. 

Azsiyaset.com bizimxeber.az-a istinadla xəbər verir ki, uzun müddətdir Bakı Baş Gömrük İdarəsi ölkəyə xarici ölkələrdən mebel gətirənlərin əməllərinə loru dildə desək "göz yumur". 

Belə ki, redaksiyaya daxil olan məlumatda deyilir ki, mebel tacirləri tərəfindən ölkəyə qanunsuz fəaliyyət göstərən şirkətlərin adına gətirilən bahalı mebellər daha ucuz qiymətə - 15 min manat civarında rəsmiləşdirilir.

Məlumata görə, olduqca bahalı olan bu mebellərin çox ucuz qiymətə rəsmiləşdirilməsi dövlət büdcəsinə külli miqdarda ziyan vursa da, sözügedən qurumda çalışan rəhbər şəxslərin  - Kənan Məmmədovun və ondan da yuxarı şəxslərin ciblərinə böyük gəlir gətirir.

Bakı Baş Gömrük İdarəsindəki mebel oyunu bununla bitmir. Hələ mebellərin arasına "dürtülən" diğər mallar isə ya gömrük rəsmiləşdirilməsindən keçmir, ya da olduqca ucuz qiymətlə sənədləşdirilir. Bu da dövlətə və büdcəyə daha bir ziyan...

Elə isə maraqlıdır, Bakı Baş Gömrük İdarəsinin rəisi Kənan Məmmədovun bu məlum mebel əməliyyatından xəbəri varmı?

Yaxud Dövlət Gömrük Komitəsi rəhbəri Səfər Mehdiyevin necə?

Kənan Məmmədovun vəzifə baxımından Baş gömrükçüdən bir pillə aşağı olması faktı onu deməyə əsas verir ki, birinci, yəni K. Məmmədov bu qanunsuz əməli təkbaşına etməz. Mütləq ki, baş verənlərdən baş gömrükçünün xəbəri olar. Əgər xəbəri varsa, o zaman cinayət əməlinə şərik olur.

Yox, xəbərsizdirsə, o zaman bir dedik, araşdırsın, yoxlasın. Bəlkə Kənan Məmmədov cənab Mehdiyevi allah eləməmiş kimi aldadır...  Adamın inanmağı gəlməsə də, hər halda araşdırılmalıdır.

Amma burda bir məqam da var ki, gərək gözdən qaçmasın.

Tutaq ki, Səfər Mehdiyev mebel oyununu görmür, ona bu əməliyyatlardan heç baxım-görüm də etmirlər, onu aldadırlar, bəs, İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin rəisi Azər Məmmədov da görmür?

Axı bu qurumun işi elə gömrükdən keçən bahalı mebellərin neçəyə və necə sənədləşməsinə nəzarət etməkdir...  Necə ola bilər ki, bu yekəlikdə mebellə dolu maşınları, onların hansı qanunsuz şirkətin adına gətirilib rəsmiləşdirilməsini görməsinlər, Fatmanisə xalanın 20 kq-dan artıq unu ölkəyə gətirməsini görsünlər...

Hər halda mən cənab Səfər Mehdiyevin yerinə olsam dərhal araşdırma başladaram. Bəlkə doğrudan da onu aldadırlar...

20 may

12:05 - “Avroviziya”dakı qalmaqalın səbəbi açıqlandı12:00 - Ermənistanda generalın oğlu həbs edildi11:55 - İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul etdi11:40 - İtaliya səfiri İrəvanda qəzaya düşdü11:15 - Bakıdan İrəvana gedən Litva Prezidenti aksiya ilə qarşılaşdı - Video10:55 - "Rusiya NATO-ya üzv olmaqdan özü imtina edib" - ABŞ Dövlət katibi09:12 - ABŞ Ermənistanda hakimiyyət dəyişikliyi istəmir - Səfirin fikirlərini belə şərh edirlər 09:09 - Azərbaycanda dollar almaq əngəli - Absurd tələb niyə ləğv olunmur?01:26 - "ABŞ qoşunları Ukraynada döyüşməyəcək" - Pentaqon01:24 - NATO Baş kaibi Türkiyənin strateji əhəmiyyətindən danışdı01:22 - Rusiya Moldovaya müdaxilə edəcəkmi? - Makron

19 may

23:34 - Brüsseldə İlham Əliyev, Şarl Mişel və Paşinyanın görüşü olacaq23:30 - "İrəvan Moskvanın təhriki ilə Brüsseli neytrallaşdırır" - "Caliber"23:28 - Xoşqədəm Hidayətqızının həbsi tələb olunur - Xüsusi ittiham qaydasında məhkəməyə verildi17:45 - Baş Prokurorluq məhkəməyə müraciət etdi - Alimpaşa Məmmədovun həbs müddəti uzadıldı17:30 - Elman Rüstəmovun qızının borcu 15 milyona çatır – Fotofakt17:15 - Çindən Rusiyaya ixrac kəskin azalıb - Pekin Qərbin sanksiyalarından qorxur17:00 - Kreml “Şimal Axını-2” kəmərinin fəaliyyətə başlayacağına ümid etmir 16:45 - Ukraynadakı müharibəni dayandırmağa kimlər mane olur? - “Bloomberg”16:30 - Azərbaycanda SAT-ın imtahan suallarını satanlar həbs edilib16:15 - “Rusiya Kiyevlə danışıqlara hazırdır“ - Rudenko16:00 - Z və V hansı mənanı daşıyır? - Rusiya MN-dən açıqlama15:45 - Ermənistanın sərhəd komissiyasının tərkibi müəyyənləşdi15:30 - “Əks-hücum daha çox vaxt tələb edir...” – Ukraynanın yaxın üç aya aid planları məlum olub15:15 - İran sərhədçilərinin öldürdüyü Mircavadın 22 yaşı olub15:00 - Prezidentin yüksək vəzifəyə təyin etdiyi Şahin Əliyev kimdir? - dosye14:40 - "Nə Aİ, nə də NATO Rusiya ilə müharibə istəyir" - Fransa XİN14:20 - "İsveç tamamilə terror yuvasıdır" - Türkiyə Prezidenti14:10 - ABŞ səfirindən Azərbaycan əleyhinə bəyanat13:55 - “Nə Putinlə, nə də Zelenski ilə əlaqələri kəsmək niyyətimiz var” - Ərdoğan