Bakıda xristianların tarixi ibadət evi bərpa edilib istifadəyə verildi - FOTOLAR

20 aprel, 2021 14:06

Dini tolerantlıq ölkə vətəndaşlarının həyat tərzinə çevrilib.Ölkəmiz bir çox ölkələrlə həmçinin Rusiyayla tarixən sıx dostluq əlaqələri birləşdirir. 

Bu gün Azərbaycanda 120 mindən çox rus yaşayır, tədrisin rus dilində aparıldığı məktəblər və ali təhsil ocaqları, Rus Dram Teatrı, Bakı Slavyan Universiteti, beş rus pravoslav kilsəsi fəaliyyət göstərir, böyük rus şairi Aleksandr Puşkinin abidəsinin ucaldığı bağ, Yeseninni adınını daşıyan botanika bağı bakılıların sevimli istirahət məkanıdır. Bütün bunlar onu göstərir ki, Azərbaycanda Rus icması diqqət və qayğı ilə əhatə olunub və cəmiyyətin tamhüquqlu üzvüdür. 

Azərbaycanın tarixi inkişafının xüsusiyyətləri, coğrafi mövqeyi, əhalisinin etnik tərkibi ta qədimdən burada müxtəlif dinlərin mövcudluğu bildirir. Ölkədə 10-dan çox molokan dini icması, dörd adventist icması, yeddi xristian-baptist yevangelist icması fəaliyyətdədir. 90-cı illərin ortalarında Rus Pravoslav Kilsəsinin (RPK) Müqəddəs Sinodunun qərarı ilə mərkəzi Bakıda olan müstəqil Xəzər yeparxiyası bərpa  edilib. 

İnsani təmaslar Azərbaycan ilə Rusiyanı bir-birinə  yetərincə  sıx bağlayır. Respublikamızda Dini qurumların, icmaların öz ayinlərinin keçiriliməsində, hər kəsin öz inancına uyğun ibadət etməsində hər zaman dövlətimizin dəstəyi olmuşdur.
Vicdan azadlığının mövcud olduğu Respublikamızda hər kəs öz inancına uyğun ibadətini edir və biz onların dini inanclarına və ibadətlərinə hörmətlə yanaşırıq. Prezident İlham Əliyev ölkəmizdə fəaliyyət göstərən konfessiyaların dini bayramlarında və əlamətdar günlərində ayri-seçkilik qoymadan müsəlmanlara, xristianlara və yəhudilərə müraciətlər edir, dini və milli bayramlarda insanlar arasında olur, tolerantlıq mühitinin daha da möhkəmləndirilməsi üçün dövlət səviyyəsində həyata keçirilən tədbirlərin icrasına nəzarət edir.

Azsiyasət.com xəbər verir ki, bunu xalq.az-a “Minera” Şirkətlər Qrupunun rəhbəri, iş adamı Xudu Rzayev bildirib.

Dövlət Başçısının bütün tövsiyyələri bizim fəaliyyətimizin ana istiqamətini müəyyənləşdirmişdir. Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı “Bakı şəhəri Nərimanov rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Qərarına əsasən Nərimanov Rayon İcra Hakimiyyəti Başçısı 02.10.2017-ci il tarixli, 393 saylı Sərəncamı ilə Bakı şəhəri Nərimanov rayonu B.Dadaşov, K.Rəhimov, Bakuvi və Qafur Rəşad küçələrinin kəsişməsində yerləşən ərazidəki qəzalı vəziyyətdə olan evlərin sökülərək onların yerində yeni yaşayış binalarının tikintisinə və sakinlərin həmin binalarda yeni mənzillərlə təmin olunmasına icazə verilmişdir.
Xudu Rzayev qeyd edib ki, hal-hazırda Sərəncamın icrası uğurla davam etdirilir. Bizim üçün ayrılmış ərazidə, konkret olaraq Koroğlu Rəhimov küçəsində Malakan xristian-ruhani dini icmasının ibadət evi vardır. 

Həmin ibadət evinin yaşı 100 ildən çoxdur, təhlükəli və qəzalı vəziyyətdə idi. Binanın tikilişində də heç bir dayanaqlı konstruksiyadan istifadə edilməmiş, zamanının primitiv üsulları ilə tikilmişdir. İbadət evindən istifadə demək olar ki, mümkünsüz bir vəziyyətə düşmüşdü. Malakan dini icmasının üzvləri xahişlə bizə müraciət edərək onlara məxsus olan ibadət evini təmir edərək onu yenidən həyata qaytarmağımızı bizdən xahiş etdilər.

X.Rzayevin bildirib ki, biz bu xahişi müsbət qarşıladıq və istismar müddətini çoxdan başa vurmuş bu bunanın əsaslı təmirinə başladıq.
Hazırda binanı dəmir –beton konstruksiya ilə dayanıqlığını təmin etmişik. Dam örtüyünü dəyişərək yeniləmişik. Müasir tələblərə cavab verən mətbəx otağı tikərək lazımı avadanlıqlarla təmin etmişik. Binanın çürümüş döşəmələrini təzə döşəmə ilə əvəzləmişik. Divarları, tavanı keyfiyyətli materiallarla tam təmir edib bitirmişik. Binanın həyətində qadınlar və kişilər üçün ayrıca sanitar qovşaqlar tikmişik ki, bundan öncə ibadət einin heç bir sanitar qovşağı olmamışdır və yaxud istifadəyə yarasız olmuşdur.

Ayrıca ambar binası inşa etmişik. İbadət evinin ərazisini abadlaşdırmışıq. Bütün kommunal xətlər, elektrik xətləri dəyişilərək yenilənmişdir. Binada əvvəllər istilik sistemi olmadığından soyuq aylarda ibadət evində dayanmaq belə çətin idi. İndi isə biz ibadət evi üçün qazanxana tikmişik. Hazırda bütün kommunal vasitələr işlək vəziyyətdədir. Ümumilikdə təmir-tikinti işlərinin nəticəsində ibadət evinin ümumi sahəsini 90 kv\m artırmışıq. Artıq təmir işlərini yekunlaşdıraraq ibadət evini Malakan xristisan-dini icmasının istifadəsinə vermişik.

Dini icma üzvləri bu gün həmin yenilənmiş ibadət evində ürək açıqlığı ilə ibadət edirlər və bizim bu xeyriyyə işimizə görə öz minnətdarlıqlarını bildirirlər.

Tikinti müəssisəsi olaraq biz bundan sonra da belə xeyriyyə işlərimizi davam etdirəcəyik deyə Xudu Rzayev əlavə edib.

Malakan xristisan-dini icmasının ibadət evinin təmirdən öncəki fotoları:

24 may

19:06 - Sərhəddə delimitasiya üzrə Komissiyanın ilk görüşü keçirildi18:36 - Türkiyə Suriyada yeni əməliyyata başlayır - Hədəf nədir?18:33 - Moldovanın sabiq prezidenti həbs edildi - Dövlətə xəyanətdə ittihamı olunur 17:13 - "Hindistanı nüvə silahı ilə məhv edəcəyik" - Pakistan müdafiə naziri17:05 - Bakı Qarabağı tam qaytaracaq - Sergey Markov16:35 - Vilyam Hacıyevin üzərinə həbs qoyulmuş əmlaklarının siyahısı16:32 - Britaniya səfirliyinin "LQBT" bayrağı qaldırmasına rəsmi etiraz edildi və ...16:27 - "Müttəfiqlərimizi şantaj edirlər" - Şoyqu16:22 - Şeyx 15 ildir qazpulu ödəməyib?11:34 - İran XİN Brüssel danışıqlarına rəy bildirdi11:30 - Xankəndidə bütün adlar Azərbaycan dilində yazıldı - FOTOLAR 10:32 - Gömrükdə sensasion kosmetika əməliyyatı... - "Səfər dəhlizi" 10:09 - Azərbaycan kommunistlərinin aqibəti necə olacaq...10:02 - "20 ölkə Ukraynaya yeni hərbi yardım göstərəcək" - Pentaqon10:00 - Tikinti şirkətlərinin fırıldağı - Ekspert şərh edir00:19 - "Xankəndidə rus alimə abidə qoyulması təxribatdır" - Oqtay Qasımov00:17 - Generalın iş adamı ilə söhbəti niyə baş tutmayıb? - Məhkəmədə qalmaqal00:14 - "Brüssel sui-qəsdinə qarşı mübarizə aparmaq lazımdır" - Andranik Tevanyan00:11 - "Bundan sonra mənim üçün Mitsotakis adlı adam yoxdur" - Ərdoğan00:09 - "Zəngəzur dəhlizinin açılması barədə razılığa gəldik" - İlham Əliyev00:08 - İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng etdi - Nələr müzakirə olunub?00:04 - Rəflərdə xarici süd doludur, yerli fermerlər isə müştəri tapmır - Bizə quru süd satırlar

23 may

20:38 - Məşhur "Starbucks" Rusiyanı tərk edir20:36 - Delimitasiya üzrə Dövlət Komissiyası yaradıldı - SİYAHI 20:30 - Paşinyan da sərhədlə bağlı komissiya yaratdı18:19 - Rusiyalı diplomat Ukraynadakı müharibəyə görə istefa verdi...15:16 - ATƏT Brüssel görüşünü alqışlayır...15:13 - "Gömrük Komitəsi adlı ayrıca quruma ehtiyac yoxdur" - Hüquqşünas12:53 - "İrəvan Qarabağın statusundan imtina edir" - Erməni tarixçi12:49 - Rus sülhməramlıların sabiq komandiri yaralandı, bacısı oğlu öldü  - FOTO