Yeni büdcə rəqəmləri açıqlandı - daha 850 milyon manat götürüləcək

02 avqust, 2020 11:52

“Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Qanununda dəyişikliklər edilməsi nəzərdə tutulub. Həmin dəyişikliklərin gələn həftənin əvvəlində Milli Məclisdə müzakirə olunacağı gözlənilir. 

“Azsiyasət.com” xəbər verir ki, layihəni Maliyyə Nazirliyi yayıb.

Sənəddə qeyd edilib ki, 2020-ci il dövlət büdcəsinin dürüstləşdirilmiş xərcləri 27492,2 milyon manat təşkil edəcək. Bu da təsdiq edilmiş göstəriciyə nisbətən 597,5 milyon manat və ya 2,2 faiz, 2019-cu ilin faktiki icra göstəricisi ilə müqayisədə isə 3066,3 milyon manat və ya 12,6 faiz çoxdur. Büdcənin gəlirlərinin isə 24 milyard 124 milyon manat olması nəzərdə tutulur.

Bu da qəbul edilən mövcud sənəddəki eyni göstəricidin 10,5 milyon manat azdır.

"Nəticədə yenidən baxılma ilə təsdiq olunmuş dövlət büdcəsinin vergi və rüsumlar üzrə, habelə dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar daxilolmaları 890,5 milyon manat məbləğində azaldılır. Azərbaycan Respublikasının Dövlət Neft Fondunun dövlət büdcəsinə transferti və dövlət büdcəsinin sair daxilomaları müvafiq olaraq 850,0 milyon manat və 30,0 milyon manat artırılır”, nazirlik bildirir.

Qeyd edildiyinə görə, 2020-ci ilə dürüstləşdirilmiş dövlət büdcəsi gəlirlərinin 58,0 faizi və ya 13990,0 milyon manatı neft sektorunun, 42,0 faizi, yaxud 10134,0 milyon manatı qeyri-neft sektorunun payına düşür:

“2020-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə neft sektorunun gəlirləri 460,0 milyon manat və ya 3,4 faiz çox, qeyri-neft sektorunun gəlirləri isə 470,5 milyon manat və ya 4,4 faiz azalır” Neftin ixrac qiyməti 35 dollar götürülüb. Ən nəhayət sənəddə diqqət çəkən mühüm məqamlardan biri xam neftin ixrac qiymətinin təsdiq edilmiş göstəricilərdən 20 ABŞ dolları az götürülməsdir.

İyulun 30-da Azərbaycan Maliyyə Nazirliyi (MN) 2020-ci il dövlət büdcəsinə yenidən baxılmasıüzrə təkliflərini Nazirlər Kabinetinə təqdim edib.

"...Dəyişikliklərin əsas məqsədi əlavə müdafiə və təhlükəsizlik tədbirlərinin görülməsi üçün ehtiyatın formalaşdırılması, ...habelə pandemiyadan (koronavirus) zərər çəkən iqtisadi fəaliyyət sektorlarına, sahibkarlıq subyektlərinə və eləcə dəəhalinin həssas qruplarına göstərilən dövlət dəstəyinin davam etdirilməsi üçün əlavə maliyyə təminatının yaradılmasıdır. Eləcə də, məqsəd sadalanan səbəblərdən ilin ikinci yarısında dövlət büdcəsinin artan xərcləri ilə azalan gəlirləri arasında gözlənilən natarazlığın aradan qaldırılması vəzifələrini təmin etməkdən ibarətdir", -MN bildirib.

Xatırladaq ki, Azərbaycanın 2020-ci il dövlət büdcəsinin gəlirləri 24.134 milyard manat, xərcləri isə 26.894 milyard manat təsdiqlənib. 2020-ci il üçün dövlət büdcəsində bir barrel neft 55 ABŞ dolları məbləğində hesablanıb. Hazırda dünya bazarında neftin bir barrelinin qiyməti 45 dollar civarında dəyişir.

29 iyun

01:46 - "Ukraynaya görə Rusiya ilə döyüşməyəcəyik" - Boris Conson01:16 - İraqda İsraillə münasibətlərin normallaşdırılmasını istəmək cinayət hesab olunacaq01:12 - Ermənistanda fəhlələr aclığa başladı01:09 - Əli Xameneinin müşavirindən Azərbaycana qarşı ittihamlar01:06 - Türkiyə Finlandiya və İsveçin NATO-ya üzv olmasına niyə razılıq verdi?

28 iyun

17:34 - Rusiyadan NATO sammitinə "sürpriz" - FOTO 17:27 - Putin Xersonun müdafiəsində nüvə silahından istifadəni nəzərdə tutub? 17:23 - "Rusiya ilə danışıqlar yolunun tapılması tərəfdarıyam" - Henri Kissincer12:27 - "Seyid cəddinə arxayın olan kimi, biz də neft və qaz gəlirlərinə arxayın olmamalıyıq" - Siyavuş Novruzov12:08 - Azərbaycanda böyük bir mafiya var: Turizmin inkişafına imkan vermirlər - Millət vəkili11:20 - Laçından ermənilər köçürülür?11:18 - Ermənistanı Qarabağa dair tələbləri yumşaltmağa kim çağırıb? - Paşinyan açıqladı11:15 - "Rusiya ordusu axıra qədər vuruşmağa məcburdur" - Budanov00:13 - Rusiya ticarət mərkəzini haradan və necə vurub?

27 iyun

22:37 - İsveç terrorçular üçün təhlükəsiz sığınacaq olmayacaq22:35 - İlham Əliyev Putinlə nə vaxt görüşəcək?22:30 - Rusiya bu ölkənin 8 diplomatını geri göndərir18:40 - Vüsal Novruzov niyə həbs edilmir?18:14 - Müharibənin 124-cü günü - Rusiya Ukraynanın itkilərini açıqladı18:11 - Çapay Sadıqlı nə üstündə öldürülüb  - AXCP fəalının qətlinin təfərrüatı18:09 - Səfirimiz İran XİN-ə getdi14:03 - "Xəzər beşliyi" fəaliyyətini necə davam etdirəcək?12:42 - İlham Əliyev Ermənistana   xəbərdarlıq etdi11:47 - Nazirlər Bakı Bəyannaməsi imzaladılar - FOTOLAR11:09 - Azərbaycanda növbəti komando hərbi hissələri açılacaq10:04 - İbrahim Kalından Qarabağ açıqlaması - "Amerikalılarla qarşı-qarşıya gəldik"10:02 - Putinin nüvə çamadanı necə işləyir?09:57 - Azərbaycanda təyyarə biletinin qiyməti artmaqda davam edir09:54 - "Rusiya son bir əsrdə ilk defolt elan edib" - "Bloomberg"

26 iyun

20:25 - Azərbaycan səfiri İran şirkətlərini Qarabağ və Şərqi Zəngəzura sərmayə yatırmağa çağırıb