Rusiyanın Azərbaycana pomidor və alma qadağası nə ilə bağlıdır? - ŞƏRH

09 dekabr, 2020 10:51

Rusiyanin Baytarlıq Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (Rosselxoznadzor) dekabrın 10-dan etibarən Azərbaycandan Rusiyaya pomidor və alma idxalını qadağan etdiyini açıqlayıb. Rosselxoznadzor bu qərarnı idxal olunan məhsullarda cənubi Amerika pomidor güvəsi və şərq almaqurdu aşkarlaması ilə izah edir. Qurumun açıqlamasında qeyd olunur ki, "bu baxımdan, fitosanitar vəziyyəti qorumaq, bu zərərvericilərin Rusiya Federasiyası ərazisinə gətirilməsinin və yayılmasının qarşısını almaq üçün Rosselxoznadzor 10 dekabr 2020-ci ildən etibarən Rusiyaya Azərbaycandan pomidor və alma idxalını qadağan etmək məcburiyyətində qalır”.

ABŞ-ın Rutgers Universitetinin professoru, iqtisadçı ekspert Qubad İbadoğlu mövzunu şərh edərkən bildirib ki, Rusiya bazarına Azərbaycandan pomidor və almanın buraxılmaması təzyiq vasitəsidir.Onun sözlərinə görə, Rusiya bazarı Azərbaycan üçün qeyri-neft məhsullarının əsas ixrac bazarıdır. Bu bazara göndərilən kənd təsərrüfatı məhsulları arasında pomidor və alma xüsusi yer tutur:

"Yalnız pomidor ixracı il ərzində Azərbaycana 150 milyon ABŞ dollarından çox gəlir gətirir. Azərbaycan iş adamları Rusiya bazarında pomidorun tədarük həcminə görə birinci yerdədir. Belə ki, Rusiyanın Federal Gömrük Xidmətinin məlumatına görə, 2019-cu ildə Azərbaycan bu ölkəyə 172,359 min ton (bu məhsulların ümumi idxalının 30,9%-i) təzə və dondurulmuş pomidor idxal edib". 

Q.İbadoğlu hesab edir ki, Rusiyanın bu qərarı dekabrın 10-da Bakıda keçiriləcək hərbi paradla əlaqəlidir:

"Azərbaycan ordusu tərəfindən qənimət kimi ələ keçirilən hərbi texnikalar yalnız Rusiyanın istehsalıdır və onların paradda nümayişi Rusiya hərbi sənaye kompleksini nüfuzdan salır. Odur ki, pomidor və alma qadağasını qələbə paradının əleyhinə olan Rusiyanın cavabı kimi də qəbul etmək olar".

Mediapost.az

09 mart

02:15 - "Israel HaYom" qəzeti: Azərbaycan Prezidenti Administrasiyasının rəsmi nümayəndəsi İsrailə təşəkkür edib00:31 - Azərbaycanı bu təşkilatdan niyə qovurdular? - Qubad İbadoğludan ittihamlar00:25 - "Qarabağda yeni müharibə başlaya bilər" - Amerikalı hərbi ekspert00:22 - Naxçıvanın sabiq daxili işlər naziri həbs edildi

08 mart

20:47 - Rusiyalı hərbçilər Qazaxla sərhəddə nə edir? - FOTO17:28 - "Azərbaycanda maksimum 6 partiya olmalıdır" - "Mojaritar seçki sistemi ləğv etməliyik"17:26 - Kreml Ermənistanda qərbyönümlü siyasi vektorun formalaşmasına imkan verməyəcək - ŞƏRH16:44 - Məşhur siyasətçi Anna Akopyanı öpdü, qalmaqal yarandı - VİDEO 16:36 - Ucar Gənclər Evindən nümunəvi addım... - FOTOLAR 16:29 - Bakıda feministlər aksiya keçirməyə cəhd etdi - VİDEO/FOTOLAR14:04 - Paşinyan bu gün istefa verə bilər - İrəvanda sular durulmur11:21 - 5-ci kolonla mübarizədə Ukrayna nümunəsi: Moskvaya bağlı olan telekanallar bağlandı 11:14 - "Bizimlə kimsə təkəbbürlə danışa bilməz" - Türkiyə prezidentinin sözçüsü10:41 - "Şəhid analarının qarşısında baş əyirəm" - Mehriban Əliyeva10:39 - Qasparyan istefa vermək istəmir, müxalifət mitinqə çıxır - Yeravanda GƏRGİNLİK10:34 - Erməni silahlı birləşmələri Qarabağda hərbi təlimlərə başladı?00:50 - Azərbaycan neftinin qiyməti artıq 70 dollara yaxınlaşır00:45 - Qazaxın 7 kəndi qayıdır? - Son məlumatlar00:42 - Prezidentin ayaqqabısı narazılığa səbəb oldu - FOTOLAR 00:34 - "Laçın dəhlizinin Ermənistan-Azərbaycan sərhədinə baxan ağzını bağlamalıyıq" - Sülhəddin Əkbər00:27 - "Torpaqlarımızı azad etməyə hazırıq" - Ukrayna DİN00:21 - Azərbaycan əsgəri Qafanda - Ermənilər panikaya düşdü - VİDEO 00:18 - Gürcüstanda səsyazısı qalmaqalı - Baş nazirin istefası tələb olunur

07 mart

18:32 - Paşinyan ABŞ Dövlət katibi ilə nə danışıb? - Vaşinqtondan Bakıya zəng gələ bilər10:20 - Rusiya və Ukrayna arasındakı razılaşma əngəlləndi - Kiyev müharibəyə hazırlaşır02:03 - Timsah 8 yaşlı qızı belə uddu - ANBAAN VİDEO02:01 - Rusiya və Fransa arasında gərginlik - Gizli proses üzə çıxdı01:55 - "Ermənistanın türkləşdirilməsi başladı" - Ovannisyan01:47 - "Qurultay sosial məsafə saxlanmaqla, maska taxmaqla keçirildi" - YAP-çı deputatdan ittihamlara cavab01:41 - Ermənilər Qubadlıda ekoloji terror törədiblər - FOTOLAR