"Vəziyyət idarə olunmaz səviyyəyə yaxınlaşmaqdadır" - Komitə sədri

08 dekabr, 2020 11:43

Azərbaycanda koronavirusla mübarizə dövlətin daxili siyasətinin ən prioritet istiqamətidir. Cənab Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq COVİD-19-la mübarizənin təşkilini təmin etmək üçün Baş nazirin rəhbərliyi ilə Operativ Qərargah yaradılmış, 10 istiqamətdə tədbirlər planı həyata keçirilməkdədir. Bu məqsədlə dövlət büdcəsindən 2,5 milyard manatdan çox vəsait xərclənib.

Azsiyasət.com xəbər verir ki, bunu Trend-ə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, pandemiyanın tibbi, iqtisadi, sosial, psixoloji fəsadlarının aradan qaldırılması üçün məqsədyönlü iş aparılır:

“Ölkənin 46 kilinikası, o cümlədən 15 yeni modul xəstəxana bu işə cəlb edilib, 40 laboratoriyada hər gün 18-20 min koronavirus testi aparılır. Qoruyucu vasitələrlə özümüzü tam təmin edən səviyyədə tibb ləvazimatlarının istehsalı təşkil olunub. Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Covid-19-la mübarizədə nümunəvi ölkə kimi qiymətləndirilib.

Cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə bu ilin dekabrın 4- də BMT- nin koronavirusla mübarizəyə həsr olunmuş xüsusi sessiyasının keçirilməsi də tarixi hadisədir və ölkəmizin bu bəşəri bəla ilə mübarizədə yerinin və rolunun göstəricisidir”.

Komitə sədri vurğulayıb ki, təəssüf ki, payız-qış mövsümünun gəlməsi və havaların soyuması ilə əlaqədar olaraq bütün dünyada, o cümlədən də, ölkəmizdə koronavirusun yeni dalğası sürətlə yayılmaqdadır:

“Yoluxanların gündəlik sayı 4 mindən yuxarıdır, başqa sözlə, hər 5 nəfər testdən keçən şəxsin birində pozitiv nəticə aşkar olunur. Hələ bu qədər də neqativ nəticə ilə koronavirusun klinik simptomları olan xəstələri və simptomsuz yoluxanları göz önünə gətirsək, görülən tədbirlərə rəğmən vəziyyətin nə qədər ciddi olduğunu söyləyə bilərik.

Müşahidəmiz göstərir ki, bu günlərdə əsas ağırlıq təcili yardım xidmətinin və koronavirusla mübarizə üçün ayrılmış klinikaların üzərinə düşür. Son günlər isə, bu sahədə vəziyyət idarə olunmaz səviyyəyə yaxınlaşmaqdadır.

Bütün gücləri birləşdirməyin, həyacan təbilini daha bərkdən çalmağın vaxtıdır.

Belə bir vəziyyətdə hesab edirəm ki, səhiyyə xidməti bir mərkəzdən idarə olunmalı, yaxud Səhiyyə Nazirliyi, Tibbi Sığorta Agentliyi və TƏBİB - in fəaliyyəti Nazirlər Kabineti səviyyəsində dəqiq koordinasiya olunmalıdır.

Stasionar müalicəyə ehtiyacı olanlar və evdə müalicəyə cəlb olunanlar ciddi çeşidlənməlidir. Bu gün artıq xəstəxanalarda yer yoxdur, elə xəstələr var ki, onların həyatı zamanında göstəriləcək tibbi yardımdan asılıdır.

Evdə müalicə üçün nəzərdə tutulan dərmanların çeşidi artırılmalı, antiviral dərmanlar bu siyahıya əlavə olunmalıdır. Bu məqsədlə Koronavirusla Mübarizəyə Dəstək Fondundan lazımi vəsait ayırmaq olar. Dərman dəstlərinin xəstələrə çatdırılması üçün hər rayonda könüllülərdən ibarət qruplar yaradıla bilər.

Antiviral dərmanların ölkəyə gətirilməsi stimullaşdırlmalı, hər bir topdansatış dərman şirkətinin imkan və əlaqələrindən istifadə olunmalı və apteklərdə satışına icazə verilməlidir. Bu bir tərəfdən dərman möhtəkirliyinin qarşısını alar, dərmanların qiyməti aşağı düşər, digər tərəfdən imkanı olanlar evdə müalicəsi üçün dərmanlarını özü alar, dövlət isə imkansız şəxslərin evdə müalicəsinə diqqəti artırmaq imkanı qazanar”.

05 mart

16:31 - Mehriban Əliyeva YAP Sədrinin I müavini təyin olundu15:37 - "Bizə yarımçıq hansısa sülh müqaviləsi lazım deyil" - Prezident14:18 - Mübariz Mənsimov AZADLIQDA! 14:00 - Erməni polkovnik müharibə haqda sensasion məlumatlar açıqladı: "Bizi arxayın etmişdilər ki..." 13:08 - Əli Əhmədov YAP-da sədr müavini olaraq qaldı13:04 - YAP-ın qurultayı başa çatdı - İdarə Heyətinə 40 nəfər seçildi, Siyasi Şura ləğv edildi 12:58 - Arif Rəhimzadəyə YAP-da yeni vəzifə verildi11:47 - Vasif Talıbov Bakıda özünü Naxçıvandakı kimi hiss edir - FOTOFAKT10:39 - YAP sədri videokonfrans vasitəsilə qurultaya qoşuldu09:26 - YAP-ın qurultayı başlayır00:06 - "Bu halda rus ordusu oradan çıxmalıdır və biz..." - Araz Əlizadə00:04 - Könüllülərə aprelə qədər ölkədən getməmək tapşırılıb?

04 mart

22:57 - "Azərbaycan 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı edib" - Prezident17:20 - Türklər Naxçıvan gömrüyündən şikayət edir: "Belə qardaşlıq olarmı?" - VİDEO 17:16 - Jirinovski yaxın aylarda başlayacaq böyük müharibə haqda: "Bir iki gün dözəcəklər, sonra Rusiya köməyə gələcək" 17:10 - İmran Xan Azərbaycanı torpaqlarının işğaldan azad olunması münasibətilə təbrik edib17:03 - Milli Qurtuluş Partiyası YAP-a qoşuldu15:06 - Tenderləri "udmaq" üsulu - Ötən il 1.2 milyardlıq tender kağız üzərində keçirilib14:39 - Gömrükdə "ilişib" qalan bağlamalar: Komitə deyir "bizlik deyil…"14:24 - YAP-ın qurultayı: Kimlər gedəcək, kimlər gələcək? - TƏHLİL11:26 - Siyasi partiyaların bərbad saytları11:18 - "YAP-dakı korrupsionerlər yeyib yağlanıb, pullanıb, villalanıblar..." Sensasion müsahibə01:15 - Azərbaycan vətəndaşları İrana necə gedə bilər? - Səfirlik şərtləri açıqladı01:09 - "Qarabağın Rusiyanın tərkibinə keçməsi fantaziyadır" - Zatulin 00:01 - "Belə getsə, biz qırılacağıq, ancaq varlılar yaşayacaq" - Rəşid Mahmudov

03 mart

21:29 - "ABŞ Suriya sahillərindəki Rusiya gəmilərini batırmağı planlaşdırırdı" - "Fox News" 17:34 - Qarabağın bərpası üçün bir milyard manat xərclənib - Deputat15:58 - Paşinyan Onik Qasparyanı həbs etdirməyə hazırlaşır? - Yerevana qoşun yeridildi 15:54 - Azərbaycanda model, sistem dəyişikliyi olmalıdır ki... - REAL funksioneri15:51 - Misir Mərdanov milyonları harda gizləyib?