6 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimindən kimsəsiz xəstəyə laqeyd münasibət - VİDEO

21 noyabr, 2020 18:01

Məlikova Arzu Yavər qızı arzu limfa xəstəliyindən əziyyət çəkir, ayaqları olduqca pis durumdadır, müalicəyə ehtiyacı var . O, hazırda Bakı şəhəri Rəsulzadə qəsəbəsində yerləşən Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanasındadır. 3 aya yaxındır ki, ordadır. Ən dəhşətlisi odur ki, Arzunun qalmağa yeri belə yoxdur. Sabah xəstəxanadan çıxarsalar, küçələrdə qalacaq. Faktiki hazırda xəstəxanada yaşayır. A.Məlikovanın ata-anası rəhmət gedib, qardaşı ilə bir evdə yaşayırmış. Bir müddət sonra qardaşı da rəhmətə gedib və bundan sonra qardaşının həyat yoldaşı Arzunu evdən qovub.

Aidiyyatı dövlət qurumlarından – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən, TƏBİB-dən xahiş edirik ki, bu xanımı ölümdən xilas etsinlər, onun müalicəsinə, sığıanacağa yerləşdirilməsinə yardımçı olsunlar!

Xəstə bizə müsahibəsində Əsəd adlı baş həkimdən razılıq etdi. Qalmağa yeri olmayan bir xəstənin aciz vəziyyətdə bu “tərifi” niyə dediyini anlayırıq və onun real vəziyyətini yaxşı başa düşürük. Ancaq bizim gördüyümüz mənzərə tamamilə başqa cür düşünməyə əsas verir. Ora necə xəstəxanadır ki, iki aydır belə ağır vəziyyətdə olan xəstənin dərdinə çarə tapa bilmir? Bəlkə, Arzunun müalicəsinə onun kimsəsiz olması mane olur?

Müalicə etmədikləri bir tərəfə, üstəlik də xəstəni hər gün ordan çıxaracağı ilə hədələyirlər. Hörmətli səhiyyə naziri Oqtay Şirəliyev, hörmətli TƏBİB rəhbəri Ramil Bayramlı, Azərbaycan səhiyyəsinin bir kimsəsizə bəslədiyi diqqət və hörmət bundan ibarətdirmi? Olmazmı ki, Əsəd adlı baş həkim hər gün ağır xəstəni ordan çıxaracağı ilə qorxutmaq əvəzinə, onu mülaicə etsin. Bəyəm bu xanımın xəstəliyinin müalicəsi tibb elminə məlum deyil ki? Orada alınmırsa, Əsəd həkim onu öz tövsiyyə məktubu ilə başqa bir uyğun xəstəxanaya göndərə bilməzmi? Kimsəsiz xəstəni küçəyə atmaq, ən asan variantdı, yaxşı olar ki, Əsəd həkim daha humanist addım barədə düşünsün. Azinforum.az xəstə ilə 6 saylı xəstəxanada edilən söhbətin videosunu təqdim edir.

 

04 dekabr

14:38 - “Azərbaycan əsgərləri Xankəndidə bizi ələ salırlar“  - Tiqran Abrahamyan13:06 - “Ermənistan özünü tələyə saldı” - FƏRİD ŞƏFİYEV 12:03 - Prezident və Birinci xanım Şəhidlər Xiyabanında...11:56 - “Fransa hökuməti parlamentinin müstəqilliyini tanıyır” - SƏFİR 10:45 - Bir manatlıq böyük şirkət: İcra hakimiyyətlərinin sevimli Abıyevi 10:41 - "Koronaviruslu xəstələr 46 dövlət xəstəxanasında müalicə olunur" - Prezident00:05 - Rəsmi Bakıdan Ermənistan XİN başçısına CAVAB

03 dekabr

21:36 - ATƏT-in Minsk Qrupu həmsədrləri "XORTLADI"21:29 - Minsk Qrupunun Qarabağda məqsədi bu imiş... - DETALLAR17:27 - İsrail Qarabağ döyüşlərinin təcrübəsini nəzərə aldı, “Harop”u modernləşdirir16:52 - "Münaqişələrin həllində ATƏT-ə ehtiyac var" - LAVROV 14:31 - Vətən mübaribəsində nə qədər şəhid vermişik? - SAYLAR AÇIQLANDI14:21 - ATƏT sədrindən Qarabağ açıqlaması:  “Substantiv danışıqlar davam etməlidir”14:01 - Ermənistanın muzdlu döyüşçülər siyasəti: iflasa uğrayan plan - Azərbaycanın qazandığı nəticələr... 12:19 - Zakir Həsənov rus sülhməramlıların komandanı ilə görüşdü - FOTO11:18 - Azərbaycan Ordusunun bölmələri Laçın şəhərində10:14 - Ərdoğan Bakıda qələbə paradında iştirak edəcək02:07 - Bu gün Ermənistan müxalifəti özünün yeni "Paşinyan"ını AÇIQLAYACAQ02:04 - Fəxrizadənin qətlində iştirak edən şəxslər müəyyən edilib

02 dekabr

21:24 - Qarabağdakı Rusiya sülhməramlılarına qatarla yenə çoxsaylı texnika gətirildi - VİDEO 21:15 - Qarabağ "müdafiə naziri"nin avtomobilinin vurulmasının yeni təfərrüatları - Tonoyanın adı hallanır... 21:12 - Çavuşoğlu ilə Pompeo arasında MÜBAHİSƏ YAŞANDI16:03 - Putin KTMT və MDB ölkələrini Qarabağdakı humanitar səylərə dəstək verməyə çağırdı 15:59 - Gülər Əhmədova Hafiz Hacıyevin partiyasına ÜZV OLDU13:53 - “Tezliklə Rusiya pasportlarını alacağıq” - Xankəndidəki erməni13:11 - 10 noyabr Azərbaycanda ZƏFƏR GÜNÜ kimi qeyd olunacaq12:41 - Ermənistanın məhv edilmiş hərbi texnikasının dəyəri açıqlanıb12:13 - İcra Hakimiyyətinin sevimli şirkəti: Tender oyunları...11:59 - Mirkazım Seyidovun fikirləri partiya sədrlərinin etirazına səbəb oldu: "Onu kimin və niyə yaratdığı..."11:16 - Xocalı aeroportu fəaliyyətə başlayır - Rusiya Aerokosmik Qüvvələri istifadə edəcək