Tikinti şirkətlərinin fırıldağı - Ekspert şərh edir

24 may, 2022 10:00

“Bəzi tikinti şirkətləri tərəfindən bir mənzilin bir neçə nəfərə satılması halları mövcuddur. Ölkədə bu cür tikinti şirkətlərinin qurbanı olan yüzlərlə vətəndaş var. Qanunvericilikdə bununla bağlı ciddi boşluqlar var”.

Bu fikirləri iqtisadçı ekspert Natiq Cəfərli deyib.

Ekspert bildirib ki, tikintisi başa çatmayan mənzillərin alğı-satqı prosesi tikinti şirkətlərinin öz möhürləri ilə möhürlənmiş adi kağız parçası əsasında aparılır. Bu alğı-satqı müqaviləsi də sayılmır. Vətəndaşlar bu barədə az məlumatlı olduğundan yalnız tikinti şirkətinin möhürü ilə möhürlənmiş kağız parçasını alğı-­satqı müqaviləsi və mülkiyyət hüququ doğuran sənəd kimi qəbul edirlər. Amma əslində belə deyil.

Natiq Cəfərlinin dediyinə görə, bir çox ölkələrdə nəinki tikintisi başa çatmayan, hətta təmirsiz olan mənzillərin satışa çıxarılması qadağandır.

Gürcüstanda, Türkiyədə mənzillərin təmirsiz satışı qəti qadağandır. Yaşayış binaları tikilib tam təmir edildikdən sonra satışına icazə verilir. Bəzi ölkələrdə binanın təməli qoyulan zaman mənzilləri satmaq mümkündür. Bir şərtlə ki, alğı-satqı müqaviləsi notarial qaydada təsdiq olunur.

Ancaq Azərbaycanda bu sənəd notarial qaydada təsdiq olunmur. Ancaq heç bir qanuni hökmü olmayan kağız parçasına müəyyən öhdəliklər yazılır, tikinti şirkətinin möhürü vurulur vəssalam:

“Azərbaycanda bina təhvil verilmədən mənzillərin satılması qadağan deyil. Mənzil tikinti kooperativləri hətta evin təməli qoyulanda belə tikilməyən mənzilləri sata bilirlər. Vətəndaşların çoxu öz hüquqlarını bilmir və hüquqi qüvvəsi olmayan kağız parçası ilə mənzil aldıqlarını düşünürlər. Qanunvericiliklə isə yalnız çıxarışı olan mənzillər satıla bilər. İş orasındadır ki, MTK-ların daxili müqavilələrlə də mənzil satışına qadağa yoxdur və şirkətlər bundan sui-istifadə edir. Vəziyyətdən çıxış yolu bir çox ölkələrdəki kimi dövlət reyestrinə düşməyən binalarda mənzillərin satışına qadağanın qoyulmasıdır. Bununla bağlı qanunvericiliyə əlavə dəyişikliklərə ehtiyac var. Yaxud da Fövqəladə Hallar Nazirliyi binaların təhvil prosesini tezləşdirməlidir. Qurum təhvil prosesini həddindən artıq gecikdirir. Bu gün Bakıda minlərlə vətəndaş illərdir təhvil alınmayan binalarda yaşayır”(bakupost.az).

27 iyun

14:03 - "Xəzər beşliyi" fəaliyyətini necə davam etdirəcək?12:42 - İlham Əliyev Ermənistana   xəbərdarlıq etdi11:47 - Nazirlər Bakı Bəyannaməsi imzaladılar - FOTOLAR11:09 - Azərbaycanda növbəti komando hərbi hissələri açılacaq10:04 - İbrahim Kalından Qarabağ açıqlaması - "Amerikalılarla qarşı-qarşıya gəldik"10:02 - Putinin nüvə çamadanı necə işləyir?09:57 - Azərbaycanda təyyarə biletinin qiyməti artmaqda davam edir09:54 - "Rusiya son bir əsrdə ilk defolt elan edib" - "Bloomberg"

26 iyun

20:25 - Azərbaycan səfiri İran şirkətlərini Qarabağ və Şərqi Zəngəzura sərmayə yatırmağa çağırıb20:22 - AXCP fəalı Çapay Sadıqlı qətlə yetirildi20:18 - İlham Əliyev Kəlbəcərdə hərbi hissənin açılışını etdi11:49 - Üç türk ölkəsinin nazirləri Bakıda toplanır - Nələr müzakirə olunacaq? 11:47 - Azərbaycanın müdafiə xərcləri nə qədərdir?  - Rəqəmlər11:44 - "Ukraynada ABŞ komandoları döyüşür" - "The New York Times"01:17 - Rusiya müharibəni nə vaxt bitirəcək?01:07 - Dünyada yeni alyans: Avstraliya, Britaniya, Yeni Zelandiya, ABŞ və Yaponiya - Partners in the Blue Pacific01:04 - "Rusiya Belarusa "İskəndər-M" verəcək" - Putin

25 iyun

20:15 - İran atom elektrik stansiyası tikəcək 18:51 - Rusiyanın neft gəlirləri sürətlə artır - "The Washington Post"16:26 - "ABŞ müharibənin bitməsini deyil, Putinin devrilməsini istəyir..." - Qiora Aylend 16:21 - Rusiya daha bir ölkəni hədələdi - "Moldova hakimiyyəti lokomotivdən qabağa keçib"16:16 - Rusiya Belarus ərazisindən Ukraynaya raket zərbələri endirib13:03 - "İlk raketi Londona atacağıq..." - Rus general12:39 - "Kontakt Home"un problemli kreditləri - "Legal 12" şirkətinin "reket" əməlləri…12:25 - Ucuzlaşma anonsu verilir, vətəndaş inanmır...11:34 - İran Azərbaycana niyə hücumlar təşkil edir? - Detallar11:13 - Gürcüstan hökumətinə 1 həftə vaxt verildi...11:10 - Türkiyə qorxusu qonşunu hərəkətə keçirdi - Fransa ilə yeni hərbi anlaşma11:08 - Paşinyan medianın suallarına cavab verəcək11:06 - Azərbaycan-Naxçıvan bağlantısı ilə türkdilli ölkələrin əlaqələrini necə gücləndirmək olar?