Rəflərdə xarici süd doludur, yerli fermerlər isə müştəri tapmır - Bizə quru süd satırlar

24 may, 2022 00:04

Xaricdən gətirilən süd və süd məhsullarının qiyməti günbəgün artığı halda yerli fermerlər istehsal etdikləri məhsulu sata bilmirlər.

Süd emalını həyata keçirən şirkətləri yerli fermerlərlə üz-üzə qoyan hansı səbəblər var? Süd emalçılarını xarici bazarlara üz tutmağa sövq edən iqtisadi amillərin kökündə hansı proseslər dayanır?

İqtisadçı ekspert Cəfər İbrahimli məsələ ilə bağlı Bakupost.az -a açıqlama verib.

Ekspert Azərbaycanın süd bazarında olan əsas problem kimi istehsalçı müəssisələrlə fermerlər arasında danışıqların zəif olduğunu bildirib:

“Təchizat şirkətləri fermerlərlə süd müqaviləsini uzunmüddətli bağlamırlar. Həmçinin xaricdən gətirdikləri quru süd ucuz olduğu təqdirdə yerli fermerlərdən çox süd almağa maraq göstərmirlər. Əgər yerli fermerlərlə uzunmüddətli müqavilə bağlansa, təməl qiymətlər müəyyənləşsə, fermer də strategiyasını ona görə qurar. İddia olunur ki, yerli süd baha başa gəlir, xaricdə isə ucuzdur”.

C.İbrahimli fermerlərin problemlərinə diqqət çəkib:

“Fermerlərin ən böyük problemlərindən biri də torpaq ərazilərinin olmaması və yem bazalarını özlərinin formalaşdıra bilməməsidir. Ölkədə südün maya dəyərinin aşağı düşməsi, fermerlərin dayanıqlılığının təmin olunması üçün təsərrüfat əraziləri yoxdur. Ona görə də fermerlər yem bazasını özləri formalaşdıra bilmir. Məsələn, fermerin 500 heyvanı olsa da, cəmi 20-50 hektar torpağı var. 1 mal üçün ortalama 1 hektar lazım olduğunu hesablasaq, 500 hektar ərazi olmalıdır ki, heyvana verilən bir neçə yem komponentlərinin 70-80%-ni özü təmin etsin. Belə olan halda fermer yemi kənardan alır. Ona görə südün maya dəyər qiyməti avtomatik olaraq bahalaşır. Maya dəyəri bahalaşmış südü şirkətlərə təqdim edəndə xarici bazarın ucuz olduğu nəzərə alınaraq məhz ora üz tutmağa üstünlük verilir. Təchizatçı şirkətlər bildirirlər ki, xaricdən süd məhsulları ölkəyə rahat daxil olur, onların reklamı çox güclüdür və marketdəki rəflərin 70-80%-ni tuturlar. Həmçinin xarici malın reklamı və gözə gəlimliliyi olduğu üçün satışı da kifayət qədərdir. Ona görə də yerli istehsaldan çox xarici malların alınıb-satılmasına üstünlük verirlər”.

Ekspertin sözlərinə görə, 10 ildən çoxdur ki, süd və süd məhsulları ilə bağlı ölkəmizdə kompleks problem var:

“Azərbaycanda müasir südçülük təsərrüfatları yaranandan bəri bu problem həll olmayıb. Dövlətin dəstəyi ilə təchizat şirkətləri də qurulub. Bu qədər süd emalı zavodlarının əksəriyyəti dövlət dəstəyilə qurulub ki, dayanıqlılıq təmin olunsun. Lakin fermerlərin torpaq və yem bazası imkanı yaradılmalıdır. Eyni zamanda təchizatçı şirkətlərlə fermerlər razılaşıb uzunmüddətli, dayanıqlı müqavilələr imzalamalı və südün baza qiyməti müəyyənləşməlidir. O qiymətə görə fermer və təchizatçı şirkət işini görməlidir. Fermerlərin süd ilə bağlı gəlirlilik problemi var. Demək olar ki, ötən illə bu il arasında daxili bazarda südün fermadan çıxış qiymətində heç bir fərq yoxdur, hətta bir-iki qəpik ucuzdur”.

27 iyun

14:03 - "Xəzər beşliyi" fəaliyyətini necə davam etdirəcək?12:42 - İlham Əliyev Ermənistana   xəbərdarlıq etdi11:47 - Nazirlər Bakı Bəyannaməsi imzaladılar - FOTOLAR11:09 - Azərbaycanda növbəti komando hərbi hissələri açılacaq10:04 - İbrahim Kalından Qarabağ açıqlaması - "Amerikalılarla qarşı-qarşıya gəldik"10:02 - Putinin nüvə çamadanı necə işləyir?09:57 - Azərbaycanda təyyarə biletinin qiyməti artmaqda davam edir09:54 - "Rusiya son bir əsrdə ilk defolt elan edib" - "Bloomberg"

26 iyun

20:25 - Azərbaycan səfiri İran şirkətlərini Qarabağ və Şərqi Zəngəzura sərmayə yatırmağa çağırıb20:22 - AXCP fəalı Çapay Sadıqlı qətlə yetirildi20:18 - İlham Əliyev Kəlbəcərdə hərbi hissənin açılışını etdi11:49 - Üç türk ölkəsinin nazirləri Bakıda toplanır - Nələr müzakirə olunacaq? 11:47 - Azərbaycanın müdafiə xərcləri nə qədərdir?  - Rəqəmlər11:44 - "Ukraynada ABŞ komandoları döyüşür" - "The New York Times"01:17 - Rusiya müharibəni nə vaxt bitirəcək?01:07 - Dünyada yeni alyans: Avstraliya, Britaniya, Yeni Zelandiya, ABŞ və Yaponiya - Partners in the Blue Pacific01:04 - "Rusiya Belarusa "İskəndər-M" verəcək" - Putin

25 iyun

20:15 - İran atom elektrik stansiyası tikəcək 18:51 - Rusiyanın neft gəlirləri sürətlə artır - "The Washington Post"16:26 - "ABŞ müharibənin bitməsini deyil, Putinin devrilməsini istəyir..." - Qiora Aylend 16:21 - Rusiya daha bir ölkəni hədələdi - "Moldova hakimiyyəti lokomotivdən qabağa keçib"16:16 - Rusiya Belarus ərazisindən Ukraynaya raket zərbələri endirib13:03 - "İlk raketi Londona atacağıq..." - Rus general12:39 - "Kontakt Home"un problemli kreditləri - "Legal 12" şirkətinin "reket" əməlləri…12:25 - Ucuzlaşma anonsu verilir, vətəndaş inanmır...11:34 - İran Azərbaycana niyə hücumlar təşkil edir? - Detallar11:13 - Gürcüstan hökumətinə 1 həftə vaxt verildi...11:10 - Türkiyə qorxusu qonşunu hərəkətə keçirdi - Fransa ilə yeni hərbi anlaşma11:08 - Paşinyan medianın suallarına cavab verəcək11:06 - Azərbaycan-Naxçıvan bağlantısı ilə türkdilli ölkələrin əlaqələrini necə gücləndirmək olar?