Gömrükdə baş verən özbaşınalıqlara nə vaxt son qoyulacaq? - Səfər Mehdiyev sahibkarları Prezidentə qarşı çevirir - VİDEO

21 may, 2022 17:40

İllərdir sahibkarlara süni maneələrlə narazılıq yaradan Bakı şəhər Baş Baş Gömrük İdarəsində rəhbər dəyişikliyi belə mövcud korrupsiya mühitini dəyişmədi. Bu ilin əvvəlində Pərviz Kəngərli idarəyə rəis təyin olundu və yeni rəhbərlikdən gözləntilər süni maneələrin və rüşvətxorluğun aradan qaldırılması idi.

Dəyişən heç nə yoxdur, necə deyərlər toplananlar dəyişsə də cəm dəyişmir və rəhbərlik dəyişsə də, idarədəki vəziyyət əvvəlki kimidir. Ötən gün sahibkar Ramil Aslanovun Bakı Baş Gömrük İdarəsinin qarşısında keçirdiyi aksiya bunu bir daha sübut edir.

Sahibkar Ramil Aslanov

Ramil Aslanovun etirazı gömrük məmurlarının süründürməçiliyidir. Sahibkarın sözlərindən anlaşılır ki, onun gətirdiyi mallara dövlət rüsumundan əlavə pul almaq üçün gömrük əməkdaşları min cür hiyələyə əl atırlar. Çünki Ramil Aslanov qanunda nəzərdə tutulan bütün şərtləri yerinə yetirir və dövlət rüsumunu ödəyir, gömrük əməkdaşları isə yenə süründürməçiliyə davam edir.

Bakı şəhər Baş Baş Gömrük İdarəsinin qarşısında aksiya keçirən sahibkar əlavə təzyiqə də məruz qalır. Gömrük rəisi Pərviz Kəngərli ona ünvanlanan sualları cavablandırmaq yerinə, mühafizəçilərini sahibkarın üzərinə göndərir, o cümlədən, jurnalistlərə çəkiliş aparılmaması üçün təzyiqlər etdirir. 

Daha sonra sahibkara "idarəyə yaxınlaşın" deyilir, amma problem həll edilmir. Baş verənlər onu göstərir ki, törədilən bütün bu özbaşınalığın hamısı Bakı şəhər Baş Baş Gömrük İdarəsində edilir.

Belə bir hadisənin baş verməsinə baxmayaraq, Dövlət Gömrük Komitəsi isə heç bir tutarlı açıqlama vermir, günahı yenə sahibkarların üzərinə atmağa çalışır.

Səbəb məlumdur: gömrükdə baş verən qanunsuzluqların hamısı Dövlət Gömrük Komitəsinin yaratdığı acınacaqlı vəziyyətin nəticəsidir. 

Problemlər və problemlərin nəticəsi onu göstərir ki, Dövlət Gömrük Komitəsi ölkədə “sahibkar qiyamı” hazırlayır. Çünki hazırda respublikada ən çox narazılığın, şikayətin olduğu qurum Dövlət Gömrük Komitəsidir. Prezident İlham Əliyevin sahibkarlara dəstək siyasətini baltalayan da məhz bu qurumdur.

İstənilən sahibkara müraciət etsəniz, Dövlət Gömrük Komitəsindən narazılıq edəcək... Axı niyə?

Avtomobildən tutmuş, məişət əşyasına, hətta geyimlərə qədər ölkəyə gətirilən bütün mallara görə dövlət rüsumundan əlavə pul tələb olunur. Bu pulu vermədiyiniz təqdirdə, sahibkar Ramil Aslanovun başına gətirilən müsibətlər hər kəsin başına gətirilir, süründürməçilik aşkarca davam etdirilir, məqsədli şəkildə problemlər yaradılır.  

Misal üçün, 5 min dollar dəyərindəki avtomovili ölkəyə gətirmək istəyirsinizsə, qanuna görə bunun 20 faizini rüsum olaraq ödəməlisiniz. Bu, məhsulu istehsal edən şirkətin invoys-rəsmi bank sənədinə görə hesablanmalıdır. Lakin Dövlət Gömrük Komitəsi bunu qəbul etmir və alınan malın qiymətindən dəfələrlə çox rüsum alır, Yəni, əgər siz xaricdən 5 min dollara 1 avtomobil almısınızsa, o zaman mütləq iki avtomobili də Dövlət Gömrük Komitəsi üçün almalısınız və saxta rüsum ödəməlisiniz.

Yaxud vətəndaş xaricdən 100 dollara hansısa avadanlıq gətirirsə, Dövlət Gömrük Komitəsi həmin məhsulun daxili bazardakı qiyməti qədər invoys tətbiq edir, yəni məhsul daxil bazarda 300 dollardısa, invoys da 300 dollar olur. 

Təsəvvür edin ki, 100 dollara aldığınız mala görə 300 dollara invoys edildiyi üçün rüsumu da buna uyğun ödəməli olursunuz.

Nəticə etibarilə sahibkarlar heç bir mənfət əldə edə bilmir, bu azmış kimi, süründürməçilik, bürokratik əngəllərlə üzləşirlər və bütün bunlar vətəndaşın dövlətdən narazı düşməsinə, narazı kütlənin yaranmasına gətirib çıxarır.

Dövlət Gömrük Komitəsinin bu fəaliyyəti monopoliyaya və məmur sahibkarlığının “çiçəklənməsinə” şərait yaradır. Çünki sahibkarlara və vətəndaşlara qoyulan məhdudiyyətlər hansısa məmurlara tətbiq edilmir, nəticədə kiçik qruplar avtomobildən tutmuş məişət avadanlığına, eləcə də digər mallara qədər hər şeyi Dövlət Gömrük Komitəsindən asanlıqla keçirir, daxili bazarda şişirdilmiş qiymətə sata bilirlər. 

Qeyd etdiyimiz kimi, Dövlət Gömrük Komitəsinin fəaliyyəti ölkədə sahibkarların etirazına səbəb olur. Əgər bu gün bir sahibkar etiraz aksiyası keçirirsə, sabah etiraza qoşulanların sayı onlarla, yüzlərlə, minlərlə olacaq və bu, birbaşa dövlətə qarşıdır. Halbuki, Prezident İlham Əliyev sahibkarlara ən yüksək səviyyədə dəstək verir. 

Çıxış yolu Dövlət Gömrük Komitəsinin hazırki rəhbərliyinin qurumdan uzaqlaşdırılması, yaxud da bu komitənin ümumiyyətlə daha effektli işləyən quruma birləşdirilməsi kimi görünür. Çünki son islahatlar sübut edir ki, hər şey qurumların rəhbərliyindən asılıdır. Vergilər Nazirliyi bunun əyani nümunəsidir. Mikayıl Cabbarovun bu nazirliyə rəhbər gətirilməsindən sonra bu sahədə ciddi şəffaflıq yarandı, nəticə etibarilə dövlət büdcəsinə vergi daxil olmaları da artdı. 

Eyni zamanda, əvvəlki məmumarların vergi adı altında sahibkarlarda yaratdığı narazılıqlar da aradan qalxdı. 

Bakı şəhər Baş Baş Gömrük İdarəsinin qarşısında sahibkar Ramil Aslanovun son etiraz aksiyası da gömrük sahəsində islahatlara başlanılmasını zəruri edir. Artıq əksər sahibkarlar ölkə başçısının Dövlət Gömrük Komitəsinin yarıtmaz fəaliyyətinə də müdaxilə etməsini arzu edir...

Zaur Hacılı
Demokrat.az

29 iyun

01:46 - "Ukraynaya görə Rusiya ilə döyüşməyəcəyik" - Boris Conson01:16 - İraqda İsraillə münasibətlərin normallaşdırılmasını istəmək cinayət hesab olunacaq01:12 - Ermənistanda fəhlələr aclığa başladı01:09 - Əli Xameneinin müşavirindən Azərbaycana qarşı ittihamlar01:06 - Türkiyə Finlandiya və İsveçin NATO-ya üzv olmasına niyə razılıq verdi?

28 iyun

17:34 - Rusiyadan NATO sammitinə "sürpriz" - FOTO 17:27 - Putin Xersonun müdafiəsində nüvə silahından istifadəni nəzərdə tutub? 17:23 - "Rusiya ilə danışıqlar yolunun tapılması tərəfdarıyam" - Henri Kissincer12:27 - "Seyid cəddinə arxayın olan kimi, biz də neft və qaz gəlirlərinə arxayın olmamalıyıq" - Siyavuş Novruzov12:08 - Azərbaycanda böyük bir mafiya var: Turizmin inkişafına imkan vermirlər - Millət vəkili11:20 - Laçından ermənilər köçürülür?11:18 - Ermənistanı Qarabağa dair tələbləri yumşaltmağa kim çağırıb? - Paşinyan açıqladı11:15 - "Rusiya ordusu axıra qədər vuruşmağa məcburdur" - Budanov00:13 - Rusiya ticarət mərkəzini haradan və necə vurub?

27 iyun

22:37 - İsveç terrorçular üçün təhlükəsiz sığınacaq olmayacaq22:35 - İlham Əliyev Putinlə nə vaxt görüşəcək?22:30 - Rusiya bu ölkənin 8 diplomatını geri göndərir18:40 - Vüsal Novruzov niyə həbs edilmir?18:14 - Müharibənin 124-cü günü - Rusiya Ukraynanın itkilərini açıqladı18:11 - Çapay Sadıqlı nə üstündə öldürülüb  - AXCP fəalının qətlinin təfərrüatı18:09 - Səfirimiz İran XİN-ə getdi14:03 - "Xəzər beşliyi" fəaliyyətini necə davam etdirəcək?12:42 - İlham Əliyev Ermənistana   xəbərdarlıq etdi11:47 - Nazirlər Bakı Bəyannaməsi imzaladılar - FOTOLAR11:09 - Azərbaycanda növbəti komando hərbi hissələri açılacaq10:04 - İbrahim Kalından Qarabağ açıqlaması - "Amerikalılarla qarşı-qarşıya gəldik"10:02 - Putinin nüvə çamadanı necə işləyir?09:57 - Azərbaycanda təyyarə biletinin qiyməti artmaqda davam edir09:54 - "Rusiya son bir əsrdə ilk defolt elan edib" - "Bloomberg"

26 iyun

20:25 - Azərbaycan səfiri İran şirkətlərini Qarabağ və Şərqi Zəngəzura sərmayə yatırmağa çağırıb