Tikinti şirkəti evləri hasara alıb - "Melissa Group"un insanlara yaratdığı real təhlükə - FOTOLAR

13 may, 2022 22:49

Bakıda məşhur tikinti şirkəti - “Melissa Group” sakinlərin həyatına təhlükə yaradır. Şirkət yaşayış olan evləri hasara alaraq, əraziyə ağır texnikalar cəlb edib, hündürmərtəbəli binalar tikir.

Azsiyaset.com bakupost.az-a istinadla xəbər verir ki, söhbət Nərimanov rayonu, Xan Şuşiniski 36 ünvanında yerləşən “Melissa Group” tikinti şirkətinin Azadlıq layihəsindən gedir.

Sakinlər qeyd ediblər ki, həmin tikintidə təhlükəsizlik və qanunsuz hasarlanama ilə bağlı çox ciddi nöqsanlar var.

Sakin Kamaran Sultanlı da “Melisa Group”un qanunsuz əməllərindən şikayətçidir.

“Nərimanov rayon Xan Şuşiniski 36 ünvanında yerləşən ərazidə "Melissa Group" tikinti şirkəti qanunsuz tikinti işləri aparır. Bundan əlavə həmin ərazidə 20-dən çox ev olmasına baxmayaraq əraziyə, hasar çəkərək yolu bağlayıb. Eyni zamanda həyata keçirilən tikinti işində də heç bir təhlükəsizlik qaydalarına əməl olunmur. Hətta tikinti üçün gətirilən kranlar belə ciddi təhlükə mənbəyidir. Bakı ən çox külək olan şəhərdir. Bu zaman tikinti aparılarkən istənilən vaxt tikinti materiallarından evlərin üstünə düşmə ehtimalı çoxdur. Axırıncı dəfə güclü külək zamanı çoxlu taxtalar yerə düşdü. Onlar bizim evlərin və yaxud uşaqların üzərinə düşsəydi faciə ola bilərdi. Müraciət və zəng etdiyimiz bütün aidiyyəti qurumlar bunun qanunsuz olduğunu desələr də, heç bir ciddi addım atmayıblar. Şirkətin özünə müraciət etdikdə isə deyirlər ki, sənədlərimiz və icazəmiz var. Niyə sakinlərin evlərinin qarşısı hasar olunmalıdır? Bütün aidiyyəti qurumlar bu işi bir-birinin boynuna ata-ata məsləyə heç bir əncam çəkmirlər. Sakinlərin əksəriyyəti “Melisa Group” tikinti şirkətini məhkəməyə veriblər. Hətta məhkəməni biz qazanmış olsaq belə onlar buna əhəmiyyət vermədən tikintiyə davam edirlər. Müraciət etdiyimiz bütün aidiyyəti şəxslər gəlib baxır və çıxıb gedir”.

Məsələ ilə bağlı "Melissa Group"a dəfələrlə müraciət etsək də, ittihamlara cavab verən olmadı.

 

20 may

11:55 - İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul etdi11:40 - İtaliya səfiri İrəvanda qəzaya düşdü11:15 - Bakıdan İrəvana gedən Litva Prezidenti aksiya ilə qarşılaşdı - Video10:55 - "Rusiya NATO-ya üzv olmaqdan özü imtina edib" - ABŞ Dövlət katibi09:12 - ABŞ Ermənistanda hakimiyyət dəyişikliyi istəmir - Səfirin fikirlərini belə şərh edirlər 09:09 - Azərbaycanda dollar almaq əngəli - Absurd tələb niyə ləğv olunmur?01:26 - "ABŞ qoşunları Ukraynada döyüşməyəcək" - Pentaqon01:24 - NATO Baş kaibi Türkiyənin strateji əhəmiyyətindən danışdı01:22 - Rusiya Moldovaya müdaxilə edəcəkmi? - Makron

19 may

23:34 - Brüsseldə İlham Əliyev, Şarl Mişel və Paşinyanın görüşü olacaq23:30 - "İrəvan Moskvanın təhriki ilə Brüsseli neytrallaşdırır" - "Caliber"23:28 - Xoşqədəm Hidayətqızının həbsi tələb olunur - Xüsusi ittiham qaydasında məhkəməyə verildi17:45 - Baş Prokurorluq məhkəməyə müraciət etdi - Alimpaşa Məmmədovun həbs müddəti uzadıldı17:30 - Elman Rüstəmovun qızının borcu 15 milyona çatır – Fotofakt17:15 - Çindən Rusiyaya ixrac kəskin azalıb - Pekin Qərbin sanksiyalarından qorxur17:00 - Kreml “Şimal Axını-2” kəmərinin fəaliyyətə başlayacağına ümid etmir 16:45 - Ukraynadakı müharibəni dayandırmağa kimlər mane olur? - “Bloomberg”16:30 - Azərbaycanda SAT-ın imtahan suallarını satanlar həbs edilib16:15 - “Rusiya Kiyevlə danışıqlara hazırdır“ - Rudenko16:00 - Z və V hansı mənanı daşıyır? - Rusiya MN-dən açıqlama15:45 - Ermənistanın sərhəd komissiyasının tərkibi müəyyənləşdi15:30 - “Əks-hücum daha çox vaxt tələb edir...” – Ukraynanın yaxın üç aya aid planları məlum olub15:15 - İran sərhədçilərinin öldürdüyü Mircavadın 22 yaşı olub15:00 - Prezidentin yüksək vəzifəyə təyin etdiyi Şahin Əliyev kimdir? - dosye14:40 - "Nə Aİ, nə də NATO Rusiya ilə müharibə istəyir" - Fransa XİN14:20 - "İsveç tamamilə terror yuvasıdır" - Türkiyə Prezidenti14:10 - ABŞ səfirindən Azərbaycan əleyhinə bəyanat13:55 - “Nə Putinlə, nə də Zelenski ilə əlaqələri kəsmək niyyətimiz var” - Ərdoğan 13:35 - "Ukrayna hazırda Avropa dəyərlərini qoruyur..." - 9 milyard avroluq "Marşal planı"13:18 - “Times”: “Ukraynadakı əməliyyat NATO-nun təxribatlarının nəticəsidir”