Ziya Məmmədov qandallanacaqmı? - "İstintaqa cəlb olunmalıdırlar"

13 may, 2022 22:38

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun bir kilometrinə 4,5 milyon manat xərclədiyi və 35 il zəmanət verdiyi Bakı-Quba yolu istifadəyə veriləndən 3-4 il sonra dağılmağa başlayıb.

Təhlükəli magistral yollar siyahısında olan Bakı-Quba yolunda baş verən dəhşətli qəzaların sayı isə artıb. Belə ki, son 2 gündə Bakı-Quba yolunda ölümlə nəticələnən iki yol nəqliyyat hadisəsi baş verib. Hadisə şahidlərinin sözlərinə görə, qəzalar yolun bərbad durumda olması ilə əlaqədardır.

Təxminən 1 milyard 300 milyon manata başa gələn Bakı-Quba yolunda bir neçə dəfə təmir-bərpa işləri aparılsa da, bu nəticə verməyib. Hazırda yolun bir tərəfi təmirə bağlanıb, digər zolaqda isə ikitərəfli hərəkət səbəbindən sürücülər qəza riski altında hərəkət edirlər. Ziya Məmmədovun korrupsiya əməlləri 10 il sonra da vətəndaşlara çətinliklər yaşatmağa başlayıb.

Hüquqşünas Nadir Əliməmmədov “Yeni Müsavat”a bildirib ki, Bakı-Quba yolunun çəkilişində oğurlanan pulların hesabının Ziya Məmmədovdan sorulması üçün tam hüquqi əsaslar var: 

“Bu yolu 5 dəfə artıq yükə dözümlü formada tikmək lazım idi. Xatırladım ki, bu yolun tikintisini alman mütəxəssislər aparırdı. Lakin qısa müddət sonra o dövrdə Nəqliyyat Nazirliyi bir qərarla alman mütəxəssisləri bu işdən uzaqlaşdırdı. Həmin vaxt bunu belə əsaslandırdılar ki, bu işləri yerli mütəxəssislərə də həvalə etmək olar. Beləcə, yolu tikib təhvil verdilər. Yol istifadəyə veriləndən 3-4 il sonra dağılmağa başladı. Bu yolun təmirinə büdcədən 100 milyonlarla manat pul xərcləndi. Nəticədə də dövlər büdcəsinə xeyli ziyan dəydi”.

Hüquqşünas qeyd edir ki, təmir-tikinti işlərində keyfiyyətin artırılması üçün ilk növbədə korrupsiyanı aradan qaldırmaq lazımdır:

“Korrupsiyanın aradan qalxması üçün ilk növbədə şəffaflıq olmalıdır. Bu gün əminliklə deyə bilərik ki, Bakı-Quba yolu olduqca pis tikilib. Bunun səbəblərini isə hüquq-mühafizə orqanları aydınlaşdırmğa çalışmalıdırlar. Cinayət işi başlanmalı, yolun keyfiyyətsiz çəkilişinin səbəbləri istintaqla müəyyən olunmalıdır. Bundan sonra başda Ziya Məmmədov olmaqla, yolun çəkilişinə cavabdeh olan digər şəxsləri istintaqa cəlb olunmalıdırlar”.

Hüquqşünas Əkrəm Həsənov isə bildirir ki, cinayət işinin başlanması ilə bağlı yolu çəkən dövlət orqanının tabe olduğu orqan məsələ qaldırmalıdır: 

“Və ya Hesablama Palatası həmin dövlət orqanının fəaliyyətini yoxlamalı, faktları Baş Prokurorluğa göndərməlidir. Azərbaycanda eyni yolların bir neçə dəfə təmir olunması artıq bir ənənəyə çevrilib. Əgər cinayət işi başlansa, faktlar sübut olunsa, vəzifədən sui-istifadə və dövlət vəsaitini mənimsəmə tərkibi ilə həmin şəxslər cinayət məsuliyyətinə cəlb oluna bilər”.

20 may

12:05 - “Avroviziya”dakı qalmaqalın səbəbi açıqlandı12:00 - Ermənistanda generalın oğlu həbs edildi11:55 - İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul etdi11:40 - İtaliya səfiri İrəvanda qəzaya düşdü11:15 - Bakıdan İrəvana gedən Litva Prezidenti aksiya ilə qarşılaşdı - Video10:55 - "Rusiya NATO-ya üzv olmaqdan özü imtina edib" - ABŞ Dövlət katibi09:12 - ABŞ Ermənistanda hakimiyyət dəyişikliyi istəmir - Səfirin fikirlərini belə şərh edirlər 09:09 - Azərbaycanda dollar almaq əngəli - Absurd tələb niyə ləğv olunmur?01:26 - "ABŞ qoşunları Ukraynada döyüşməyəcək" - Pentaqon01:24 - NATO Baş kaibi Türkiyənin strateji əhəmiyyətindən danışdı01:22 - Rusiya Moldovaya müdaxilə edəcəkmi? - Makron

19 may

23:34 - Brüsseldə İlham Əliyev, Şarl Mişel və Paşinyanın görüşü olacaq23:30 - "İrəvan Moskvanın təhriki ilə Brüsseli neytrallaşdırır" - "Caliber"23:28 - Xoşqədəm Hidayətqızının həbsi tələb olunur - Xüsusi ittiham qaydasında məhkəməyə verildi17:45 - Baş Prokurorluq məhkəməyə müraciət etdi - Alimpaşa Məmmədovun həbs müddəti uzadıldı17:30 - Elman Rüstəmovun qızının borcu 15 milyona çatır – Fotofakt17:15 - Çindən Rusiyaya ixrac kəskin azalıb - Pekin Qərbin sanksiyalarından qorxur17:00 - Kreml “Şimal Axını-2” kəmərinin fəaliyyətə başlayacağına ümid etmir 16:45 - Ukraynadakı müharibəni dayandırmağa kimlər mane olur? - “Bloomberg”16:30 - Azərbaycanda SAT-ın imtahan suallarını satanlar həbs edilib16:15 - “Rusiya Kiyevlə danışıqlara hazırdır“ - Rudenko16:00 - Z və V hansı mənanı daşıyır? - Rusiya MN-dən açıqlama15:45 - Ermənistanın sərhəd komissiyasının tərkibi müəyyənləşdi15:30 - “Əks-hücum daha çox vaxt tələb edir...” – Ukraynanın yaxın üç aya aid planları məlum olub15:15 - İran sərhədçilərinin öldürdüyü Mircavadın 22 yaşı olub15:00 - Prezidentin yüksək vəzifəyə təyin etdiyi Şahin Əliyev kimdir? - dosye14:40 - "Nə Aİ, nə də NATO Rusiya ilə müharibə istəyir" - Fransa XİN14:20 - "İsveç tamamilə terror yuvasıdır" - Türkiyə Prezidenti14:10 - ABŞ səfirindən Azərbaycan əleyhinə bəyanat13:55 - “Nə Putinlə, nə də Zelenski ilə əlaqələri kəsmək niyyətimiz var” - Ərdoğan