Hazırda həbsdə olan oğru və quldur generalın daha bir əmlakı üzə çıxdı - 10 milyon dəyəri var

28 yanvar, 2022 22:21

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin həbsdə olan keçmiş rəisi general Mövlam Şıxəliyevin daha bir obyekti üzə çıxıb.

"Azsiyaset" qaynarinfo.az-a istinadla xəbər verir ki, araşdırmalar zamanı Xaçmazda fəaliyyət göstərən "Çoban Bulaq” İstirahət Mərkəzində də generalın payının olduğu məlum olub. İstirahət Mərkəzinin 50 faizi Mövlam Şıxəliyevin xanımı Aybəniz Şıxəliyevanın adına rəsmiləşdirilib. Bu, 2010-cu ildə baş verib. İstirahət mərkəzinin digər sahibi isə Məmməd adlı şəxsdir. Onun generalla hansı şərtlər müqabilində ortaq olması bəlli deyil.

Aybəniz Şıxəliyeva

"Çoban Bulaq” İstirahət Mərkəzi Dövlət Vergi Xidmətində "Çoban Bulaq” MMC kimi qeydə alınıb. MMC-nin qanuni təmsilçisi Mövlam Şıxəliyevin oğlu Elgün Şıxəliyevdir. Reyestr məlumatlarında göstərilir ki, MMC 31 avqust 2010-cu ildə qeydiyyatdan keçib. Həmin vaxt Elgün Şıxəliyev Nəqliyyatda Baş Polis İdarəsində əməliyyat müvəkkili vəzifəsində çalışıb. Atası həbs ediləndən sonra isə işdən çıxıb.

Elgün Şıxəliyev

"Çoban Bulaq” İstirahət Mərkəzinin ümumi dəyərinin 10 milyon manat civarında olduğu bildirilir. İstirahət mərkəzində 600 nəfər üçün nəzərdə tutulmuş qapalı zal, 600 nəfərlik açıq məkan, 33 kottec, uşaqlar üçün əyləncə mərkəzi və 60 "besedka” fəaliyyət göstərir.

Əldə etdiyimiz məlumata görə, yaxın vaxtlarda bu obyektə baxış keçiriləcək. Mövlam Şıxəliyevin digər əmlakları kimi, "Çoban Bulaq” İstirahət Mərkəzinin də üzərinə həbs qoyulacağı güman edilir.

Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda Bakı Hərbi Məhkəməsində hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə Mövlam Şıxəliyev də MTN-nin digər vəzifəli şəxslərinin cinayət işinə baxılır.

20 may

11:40 - İtaliya səfiri İrəvanda qəzaya düşdü10:55 - "Rusiya NATO-ya üzv olmaqdan özü imtina edib" - ABŞ Dövlət katibi09:12 - ABŞ Ermənistanda hakimiyyət dəyişikliyi istəmir - Səfirin fikirlərini belə şərh edirlər 09:09 - Azərbaycanda dollar almaq əngəli - Absurd tələb niyə ləğv olunmur?01:26 - "ABŞ qoşunları Ukraynada döyüşməyəcək" - Pentaqon01:24 - NATO Baş kaibi Türkiyənin strateji əhəmiyyətindən danışdı01:22 - Rusiya Moldovaya müdaxilə edəcəkmi? - Makron

19 may

23:34 - Brüsseldə İlham Əliyev, Şarl Mişel və Paşinyanın görüşü olacaq23:30 - "İrəvan Moskvanın təhriki ilə Brüsseli neytrallaşdırır" - "Caliber"23:28 - Xoşqədəm Hidayətqızının həbsi tələb olunur - Xüsusi ittiham qaydasında məhkəməyə verildi17:45 - Baş Prokurorluq məhkəməyə müraciət etdi - Alimpaşa Məmmədovun həbs müddəti uzadıldı17:30 - Elman Rüstəmovun qızının borcu 15 milyona çatır – Fotofakt17:15 - Çindən Rusiyaya ixrac kəskin azalıb - Pekin Qərbin sanksiyalarından qorxur17:00 - Kreml “Şimal Axını-2” kəmərinin fəaliyyətə başlayacağına ümid etmir 16:45 - Ukraynadakı müharibəni dayandırmağa kimlər mane olur? - “Bloomberg”16:30 - Azərbaycanda SAT-ın imtahan suallarını satanlar həbs edilib16:15 - “Rusiya Kiyevlə danışıqlara hazırdır“ - Rudenko16:00 - Z və V hansı mənanı daşıyır? - Rusiya MN-dən açıqlama15:45 - Ermənistanın sərhəd komissiyasının tərkibi müəyyənləşdi15:30 - “Əks-hücum daha çox vaxt tələb edir...” – Ukraynanın yaxın üç aya aid planları məlum olub15:15 - İran sərhədçilərinin öldürdüyü Mircavadın 22 yaşı olub15:00 - Prezidentin yüksək vəzifəyə təyin etdiyi Şahin Əliyev kimdir? - dosye14:40 - "Nə Aİ, nə də NATO Rusiya ilə müharibə istəyir" - Fransa XİN14:20 - "İsveç tamamilə terror yuvasıdır" - Türkiyə Prezidenti14:10 - ABŞ səfirindən Azərbaycan əleyhinə bəyanat13:55 - “Nə Putinlə, nə də Zelenski ilə əlaqələri kəsmək niyyətimiz var” - Ərdoğan 13:35 - "Ukrayna hazırda Avropa dəyərlərini qoruyur..." - 9 milyard avroluq "Marşal planı"13:18 - “Times”: “Ukraynadakı əməliyyat NATO-nun təxribatlarının nəticəsidir”13:15 - "Hazırda Azərbaycan mediası ciddi islahatlar dönəmini yaşayır" - Əhməd İsmayılov13:05 - İran sərhədçiləri Azərbaycan vətəndaşını güllələyərək öldürdü