Avtomobil almaq istəyənlər, əlinizi cibinizdən çıxarın - Qaydalar dəyişir

28 noyabr, 2021 17:19

Əmlak eksperti: “Yaxşı olar ki, ilkin dövrlərdə hökumət müəyyən güzəşt siyasəti yürütsün”

Nəqliyyat eksperti: “Bu hamıya sərf edəcək - hökumətə də, alana da, satana da”

Azərbaycanda avtomobil satışı ilə bağlı yeni qayda müəyyən edilib. Bu məsələ “Nağdsız hesablaşmalar haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb. Dəyişikliyə əsasən, avtomobil satışı üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçiriləcək.

Dəyişikliklər artıq Milli Məclisdə təsdiq edilib. Qeyd edək ki, bundan öncə mənzillərin alqı-satqısı zamanı tətbiq edilən bu qayda 2022-ci ildən etibarən avtomobillərin alqı-satqısına da şamil olunacaq.

Əmlak eksperti, “Vecon Consulting” qiymətləndirmə şirkətinin direktoru Vüqar Oruc AYNA-ya açıqlamasında deyib ki, bu qaydanın qəbulu qaçılmaz idi: “Əvvəla o səbəbdən ki, artıq bir çox əqdlər zamanı rüsumlar yalnız nağdsız formada ödənilir. Daşınmaz əmlakın alqı-satqısı zamanı uzun müddətdir bu qaydadan istifadə edilir. Bu qayda ilk növbədə vətəndaşların xeyrinədir. Dövlət avtomobillərin alqı-satqısı uçotunu bu yolla tənzimləmək istəyir. Bu, gələcəkdə ortaya çıxacaq hüquqi problemlərin də qarşısını alacaq”.

“Çox təəssüf ki, əksər sürücülər avtomobilləri etibarnamə ilə idarə edirlər. Onlar yalnız avtomobilin üzərində qərar vermək hüququ qazanırlar. Qanuna görə isə bunu hər il yeniləmək lazımdır. Bu səbəbdən avtomobillərin real sahibləri bəzən ciddi problemlərlə üzləşirlər. Bir çox hallarda isə sui-istifadə hallarına rast gəlirik. Avtomobili öz adında saxlayan keçmiş sahibi sonradan onu geri qaytarmaqla bağlı məsələ qaldırır. Hesab edirəm ki, əmlakın real sahibləri ilk növbədə onu öz adlarına rəsmiləşdirməlidirlər. Hansısa kiçik rüsuma görə, özünü riskə atmağa dəyməz”, - deyə həmsöhbətimiz bildirib.

Onun sözlərinə görə, nağdsız ödənişlər büdcədən yayınma hallarının da qarşısını alacaq: “Avtomobillərin dövlət reyestrinin aparılması vacibdir. Bu olmadığına görə, avtomobillərin alqı-satqısı ilə bağlı statistik göstəricilər də bəzən reallığı əks etdirmir. Qiymətləndirmə şirkətləri olaraq bununla bağlı çətinliklər yaşayırıq. Məcbur olub qeyri-rəsmi mənbələrə üz tuturuq. İxtisaslaşmış qaydada, o cümlədən komisyon və ticarət təşkilatları vasitəsi ilə avtomobil satışı üzrə ödənişlərin yalnız nağdsız qaydada həyata keçirilməsi zəruri addımdır”.

“İqtisadiyyatda liberallığı təmin etmək, eyni zamanda şəffaflığa nail olmaq üçün nəinki bu sektorda, bütün sahələrdə alqı-satqı prosesləri nağdsız və elektron qaydada həyata keçirilməlidir. Yaxşı olardı ki, ilkin dövrlərdə hökumət müəyyən güzəşt siyasəti yürütsün. Misal üçün, alqı-satqı rəsmiləşdirilmələri zamanı tətbiq edilən rüsumlarda güzəştlər nəzərdə tutulsun. Bu əmlak sahibləri arasında gələcəkdə yarana biləcək problemlərin də qarşısını ala bilər. Yəni, belə bir güzəşt olarsa, avtomobil sahibləri etibarnamələrə deyil, real alqı-satqılara üstünlük verəcəklər”, - deyə Oruc vurğulayıb.

Əlavə edib ki, gələn il avtomobillərin də qiymətlərində artım müşahidə olunacaq: “Bilirsiniz ki, bir çox sahələrdə rüsumların artırılmasına qərar verilib. Bu, idxal zamanı avtomobillərin rəsmiləşdirilməsi rüsumlarına da şamil olunub. Onsuz da Azərbaycanda avtomobillərin qiymətləri baha idi. Gələn ildən isə qiymətlər yenə artacaq”.

Nəqliyyat eksperti Eldəniz Cəfərov da AYNA-ya şərhində söyləyib ki, yeni qaydanın tətbiqi, əsasən uçotun aparılmasını nəzərdə tutur: “Bu qayda bir çox istiqamətlərdə vətəndaşların xeyrinə olacaq. Onların fırıldaqçılıq halları ilə üzləşməsinin qarşısını alacaq - necə ki, hər il yüzlərlə insan müxtəlif fırıldaqların qurbanı olur. Onlar etibarnamə ilə avtomobil alsalar da, sonradan həmin maşınları geri tələb edirlər. Baxmayaraq ki, maşının real sahibidirlər, rəsmiləşdirmə aparmadıqlarına görə hüquqsuz duruma düşürlər”.

“Qanuna edilən dəyişiklik birmənalı olaraq bu kimi halların qarşısını alacaq. Çünki vətəndaş əmlak, o cümlədən avtomobil əldə edərkən nağdsız qaydada ödəniş etməli olacaq”, - deyə mütəxəssis qeyd edib.

Cəfərovun fikrincə, bir müddət sonra ölkədə nağd ödənişlər demək olar ki, tam aradan qalxacaq: “Beynəlxalq təcrübəyə istinad etsək, görərik ki, inkişaf etmiş və etməkdə olan dövlətlərin hamısında nağdsız ödənişlərə üstünlük verirlər. Elektron ödəniş oğurluq və digər cinayətlərin qarşısını alır. Biz də buna keçid etməliyik. Daşınmaz əmlak sektorunda tətbiq edilən bu qayda gələn ildən avtomobillərə də şamil olunacaq. Sözsüz, bu qərarı alqışlamaq lazımdır və bundan heç kim - alan, satan, alverçi əziyyət çəkməyəcək”.

Müəllif: Azər Niftiyev

29 yanvar

00:48 - Laçının tarixi ilə bağlı ermənilərin daha bir saxtakarlığı - FOTO00:16 - "Müharibə olacaq, əgər Belarusa yönəlik xarici təhdid olarsa..." - Lukaşenko

28 yanvar

22:56 - Mahir Abbaszadə haqqında yazılan xəbərləri pulla sildirir - 3 manatdan 5 min manata qədər pul paylayır22:21 - Hazırda həbsdə olan oğru və quldur generalın daha bir əmlakı üzə çıxdı - 10 milyon dəyəri var 22:19 - "Bizim adımızı da ona görə çəkməyib ki, bizim hakimiyyət rus sülhməramlılarını özü dəvət edib” - Fazil Mustafa22:17 - Rusiya erməniləri veteranları qəzəblənib 22:14 - "Məni niyə dəvət edirsən, xizək sürməyə?" - Zelenskidən Lavrova cavab18:02 - "Davamçı ol!" paketi istifadəyə verilib16:10 - "Pullar korrupsiya yolu ilə əldə edilibsə, bu, cinayətdir" - Abuzərlinin dəbdəbəli həyatı ilə bağlı açıqlama15:15 - Ukrayna böhranı neft və qaz tədarükünə necə təsir göstərəcək? - "Forbes"15:10 - Zelenski Rusiyaya səfərə dəvət edildi - Səfər baş tuta bilərmi?14:19 - ABŞ-ın F-35 qırıcısı dənizdə batdı, Rusiya onu ələ keçirmək üçün gəmilər göndərdi 13:19 - "Biz özümüzü aldatdıq, nəticə də 44 günlük müharibə oldu" - Ermənistanın XİN rəhbəri13:09 - Sərhəd toqquşmaları - Tikanlı məftilləri "qıran" Rusiyadır?12:08 - Rusiya hərbçiləri Qarabağda PUA-larla tapşırıqlar icra etdi11:48 - Nəzir yığımı Allahşükür Paşazadədən alınır - Hansı quruma verilir?11:42 - Şor pendir qiymətinə, pendir ət qiymətinə: Kasıb nə yesin? - FOTOLAR 10:07 - "Ola bilsin heç Putinin özü də hazırda bunu bilmir…" - Kremlin planı sirr olaraq qalır00:50 - Qırğızıstan və Tacikistan arasında atışma davam edir: Danışıqlar baş tutmayıb - VİDEO 00:46 - "NATO Ukraynaya görə döyüşməyəcək" - Rumıniyanın müdafiə naziri00:02 - Azərbaycanda kişilər hansı şərtlərlə dekretə çıxacaq?

27 yanvar

21:21 - Qırğızıstan və Tacikistan sərhədində nə baş verir? - KTMT çağırış etdi21:19 - Erməni terror təşkilatı "VOMA" Xankəndidə filial yaradır - FOTO21:16 - Rusiya Ukraynaya hücum etsə, Türkiyə hansı addımı atacaq? 21:11 - Dövlət Gömrük Komitəsinin 20 yaşlı əməkdaşının dəbdəbəli həyatı: Deputatın dostunun oğludur - FOTOLAR 16:21 - "Türkiyə mallarına tədbiq edilən embarqo heç bir müsbət nəticəyə gətirib çıxarmayıb" - Ermənistanın iqtisadiyyat naziri16:05 - Ramiz Mehdiyev sabiqləri başına yığır - Daha bir "Mehdiyevçi" AMEA-da yüksək vəzifəyə təyin edildi - FOTOLAR 14:09 - Rusiya imperializmini dayandırmaq üçün cəmi üç addım atmaq kifayətdir - ŞƏRH13:55 - "Rusiya Ukraynaya hücum etsə, Türkiyə özünü NATO ölkəsi kimi aparacaq" - Ərdoğanın bəyanatı13:27 - Kamran Əliyev səs yazısı yayılan prokuroru işdən çıxardı