Bankların valyuta satışında artım - "Devalvasiya ehtimalı dollara tələbatı artırır"

24 noyabr, 2021 21:08

Azərbaycan əhalisinin nağd ABŞ dollarına və avroya tələbi daha çox yüksəlib. Belə ki, 2021-ci ilin oktyabr ayı ərzində banklar tərəfindən 159.26 milyon ABŞ dolları əhaliyə satılıb. Bu da öncəki ayla müqayisədə 63.86 milyon dollar, yaxud 66.9% artım dinamikasıdır. Oktyabrda əhalinin qeydə alınmış dollar tələbi 2021-ci ilin fevralından bu tərəfə qeydə alınmış ən yüksək göstəricidir. Müstəqil ekspertlərə görə, buna şərait yaradılmasının əsas səbəbi vətəndaşlarda olan dolları toplamaqdır.

Mövzu ilə bağlı iqtisadçı Vüqar Oruc öz fikirlərini Yenicag.az-la bölüşüb.

Onun sözlərinə görə, son günlər cəmiyyətdə devalvasiyanın baş verəcəyi ilə bağlı şayiələr genişlənməkdə davam edir. Bu fonda əlində vəsaiti olan vətəndaşlar dollara üstünlük verməklə, özlərini gözlənilən təhlükədən sığortalamaq istəyirlər:

“Əslində dollara tələbatın artmasının kökündə heç də vətəndaşlarda olan vəsaitin toplanması dayanmır. Məlumdur ki, ölkəmizdə bir çox məhsulların qiymətində artım baş verib və bu, istənilən halda inflyasiyaya səbəb olur. Nəticədə dövriyyədə olan pul kütləsinin həcmində artım yaşanır. Eyni zamanda cəmiyyətdə belə bir ajiotaj yaranır ki, növbəti dəfə məzənnə dəyişikliyi, devalvasiya baş verə bilər. Devalvasiya ehtimalı əhalinin dollara tələbatını artırır. Unutmaq olmaz ki, qonşu ölkələrdə milli valyutanın dəyərdən düşməsi prosesi baş verir və bu, ümumi iqtisadi prosesdir. Azərbaycanda məzənnənin inzibati qaydada tənzimlənməsi həmin iqtisadi proseslərin ölkəmizə təsir etməsinin qarşısını alır. Ona görə də hələlik dolların məzənnəsi stabildir. Sadəcə olaraq vətəndaşlar öz ehtiyatlarını daha çox dollarla saxlamağa üstünlük verirlər. Bankların dollar satışındakı artımı məhz bu amillə bağlıdır”.

29 noyabr

15:03 - Valyuta bahalaşdı, Azərbaycandan dəvət edilən heyətin xərclərini ödəmək qərarı ləğv edildi - Şimali Kipr hökumətinin qərarı14:56 - İranda kütləvi aksiyalar başladı - 214 nəfər həbs olunub13:37 - Ukrayna məhkəməyə verildi - 4,5 milyard tələb edilir13:32 - Tanınmış ginekoloq qadına şiddətdən danışdı - VİDEO/FOTOLAR 13:24 - Prezident "Rossiya-1"ə telekanalına müsahibə verdi 12:31 - "Rus diplomatları ABŞ-dan qovulur" - Səfir11:48 - Aşqabad görüşünün mühüm detalları - Ermənistanın düşdüyü siyasi blokada daha da möhkəmləndi - ŞƏRH11:45 - Baş nazir Molla Məhəmməd ilk dəfə publika qarşısına çıxdı - "Xahiş edirik taqətdən düşmüş xalqımıza kömək edin..."10:06 - Azərbaycan "nümunəsi" - Bir gün əvvəl yaranan şirkət tenderin qalibi oldu10:00 - Prezidentin İƏT Zirvəsindən verdiyi mesajlar - Azərbaycanın nüfuzu güclənir00:57 - Amerikalı ekspert İƏT-in XV Zirvə Toplantısını şərh edir - "Bəyannamə Ermənistanı məğlubiyyətini etiraf etməyə çağırışdır"00:54 - Prezidentin Soçi uğuruna Aşqabad "möhürü" - Bakı İrəvanın formal müttəfiqlərini də əlindən alır00:51 - Azərbaycan və İran prezidentləri Zəngəzur dəhlizindən danışdılar - Nələr müzakirə olunub?

28 noyabr

19:55 - "Zəngəzur dəhlizinə böyük əhəmiyyət veririk" - Ərdoğan19:53 - Sərhədlər bu ərazilərdən çəkilir - Rusiya nəşri19:50 - İlham Əliyev İran prezidenti ilə görüşdü - FOTOLAR17:19 - Avtomobil almaq istəyənlər, əlinizi cibinizdən çıxarın - Qaydalar dəyişir12:36 - İlham Əliyev Zirvə Toplantısında iştirak edir12:32 - "Ukrayna Qərb üçün qırmızı xətdir, Rusiya bu cizgini tapdasa..." - Keçmiş səfir00:53 - Rusiya hərbçiləri ən sıx patrul xidmətini Şuşa və Tərtər istiqamətində aparır...  - XƏRİTƏ00:49 - İrəvan-Culfa yolu da açılacaqmı? - Andrey Petrov şərh edir00:46 - Paşinyan Soçidə sülh vəd edir, Araik isə terrorçu rejimin bayrağı ilə İrəvana gəlir...00:43 - Yanukoviç hakimiyyətə qayıtmağa çalışır... - Amma necə?00:39 - Azərbaycanda şəhidə toy etdilər - VİDEO 00:37 - Fransa hərbçiləri mülki əhaliyə atəş açıb, ölənlər var...

27 noyabr

20:26 - "Soçi sammitinin nəticələri Azərbaycanın mövqeyini tam əks etdirir" - Korotçenko20:23 - BMT-bin Baş katibi Soçi görüşünə münasibət bildirdi20:20 - İran bu ölkələrə qadağa qoydu14:50 - Oleq Kuznetsov Rusiya-Azərbaycan münasibətlərini şərh etdi14:48 - Mövlud Çavuşoğludan Zəngəzur dəhlizi ilə bağlı - AÇIQLAMA