Ekspertlər MEDİA-nın fəaliyyətini dəyərləndirir - RƏYLƏR

24 noyabr, 2021 20:47

Artıq bir ildən çoxdur ki, Medianın İnkişafı Agentliyi Azərbaycan mediasına inkişafı istiqamətində mühüm layihələr həyata keçirir. Media ekspertləri və baş redaktorlar agentliyin fəaliyyətini "Demokrat.az”-a dəyərləndiriblər.

Medianın İnkişafı Agentliyinin fəaliyyətindən danışan “Visiontv.az” saytının baş redaktoru Şöhrət Eldəniz “Demokrat.az”-a açıqlamasında bildirib ki, hələ ötən il Prezident İlham Əliyev bütün sahələrdə olduğu kimi Azərbaycan mediasında da ciddi islahatların aparılmasını bəyan etdi. Və 2021-ci il 12 yanvar tarixində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi publik hüquqi şəxs yaradıldı: 

“Əslində "KİVDF" adında qurum guya Azərbaycan mediasının fəailiyyətini tənzimləmək kimi bir funksiyanı öz üzərinə götürmüşdü. Amma təəssüf ki, bu qurum Əli Həsənov və Vüqar Səfərlinin korporativ maraqlarına, gəlir mənbəyinə çevrilən bir "biznes obyekti"nə çevrildi. Ciddi mətbuat məhv edildi, peşəkar media mənsubları mətbuatdan uzaqlaşdırıldı. Onların maraqlarına xidmət edən şəxslərlə dövlətin Azərbaycan mediasının inkişafı üçün ayırdığı milyonlarla manat vəsait mənimsənildi, dağıdıldı. İtirdiyimiz isə müstəqil, öz fikrini bildirən, tənqidi və obyektiv media oldu. Dövlətin milyonlarını yeyənlərin, dağıdanların bir qismi Vüqar Səfərli başda olmaqla həbs edildi. İndi məhkəməsi gedir. Digər qismi isə hələ də belə deyək at oynadır. Ona görə də Prezident mediada ciddi islahatların aparılması üçün MEDİA agentliyinin yaradılmasına qərar verdi. Və mən düşünürəm ki, bu addım vaxtında atıldı”. 


Baş redaktor əlavə edib ki, keçən il baş verən Vətən müharibəsi göstərdi ki, media sahəsində nə qədər ciddi boşluqlar və problemlər var: “Bu baxımdan MEDİA agentliyi, dağıdılmış, məhv edilmiş bir mətbuat xarabalığının üstündə quruldu. Agentlik haqqında nə deyə bilərəm? Yeni yaradılıb, fəaliyyət istiqamətlərini düzgün seçiblər ən əsası sağlam kadr siyasəti apardılar. Agentliyin rəhbəri Əhməd İsmayılov kadr məsələsində çox düzgün addım atdı. Rəhbərliyə medianı ciddi bilən, peşəkar mətbuat nümayəndələrini Natiq Məmmədov və Rüstəm Əbülfətoğlunu gətirdi. Həyata keçirdikləri layihələr müstəqil və prespektivi olan medianın inkişafına istiqamətlənib. Müstəqil medianın fəailiyyətində maraqlıdırlar və səmimidirlər. Keçirilən müsabiqələrin hamısı sıravi jurnalistlərin maddi vəziyyətinin yaxşılaşdırılmasına yönəldilib. Mətbuat nümayəndələrinin peşəkarlıq səviyyəsinin artırılması ilə bağlı ciddi layihələr həyata keçirirlər. Bu sahədə beynəlxalq media qurumları ilə əlaqələr yaradılır, mütəxəssislər cəlb edilir və sair. Bir il 8-9 ay ərzində bu qədər işlər görmək təqdirəlayiqdir. Təbii ki, MEDİA agentliyinin işinə ciddi mane olanlar da var, süni problemlər, narazılıqlar yaradanlar da var və olacaq. Əli Həsənov, Vüqar Səfərli ilə bir yerdə milyonlar yeyən qüvvələr, media mafiyası hələ tam sıradan çıxmayıb. Onların fəailiyyəti indi də aktivdir. O cümlədən bəzi nazirliklərə, komitələrə, şirkətlərə bağlı media qurumları var ki, onlar da dövlət və media arasında əlaqələndirmə funksiyasını həyata keçirən MEDİA agentliyinə elə də doğma münasibət bəsləmirlər. O cümlədən bəzi siyasi və korporativ maraqlara bağlı media subyektləri də var ki, agentliyin fəailiyyətinə heç də sevinmirlər. Yəni, mənim hiss etdiyim, sezdiyim odur ki, kifayət qədər ciddi qüvvələr var ki, mətbuatda islahatların davam etdirilməsində, məntiqi sonluqla başa çatmasında maraqlı deyillər. Amma birbaşa Prezidentin iradəsi ilə yaradılan MEDİA agentliyi qarşısına qoyulan vəzifələri bütün təzyiqlərə rəğmən həyata keçirməlidir. Bu işdə bütün sağlam media, peşəkar jurnalistika onlara ciddi dəstək verməlidir”.

Mediada yeniliyin tərəfdarı olan Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı saytımıza açıqlamasında bildirib ki, bu gün Medianın İnkişafı Agentliyinin fəaliyyəti barədə dəyərləndirmə aparmaq çətindir. Onun sözlərinə görə, agentlik medianın müstəqilliyinin təmin edilməsi istiqamətində işlər görməlidir:


“Bu gün agentliyin fəaliyyətini dəyərləndirmək bir qədər çətindir. Bu mənada ki, indiyədək mən onların heç bir hesabatını görməmişəm. İkincisi, söhbət ondan gedir ki, mən daha çox şey gözləyirdim, ancaq hələ ki, onlar baş verməyib. Onlardan da biri yeni media qanunun qəbul edilməsi idi ki, bu, hələ baş verməyib.  Fikrimcə, Medianın İnkişafı Agentliyi  qanun qəbul edəndən sonra ona uyğun şəkildə fəaliyyət quracaq. Belədə, strategiya görmürəm. Məsələn,  qəzetlərə yenə pul paylanılır, bura  saytlar da əlavə olundu və s. Düzdür, jurnalistlər üçün müəyyən tədbirlər, treninqlər həyata keçirirlər. Türk platforması, media platforması yaradılır. Amma mənə elə gəlir ki, media agentliyinin əsas işi bu olmamalıdır. Agentlik bizim kütləvi informasiya vasitələrinin müstəqilliyinin təmin edilməsi üçün lazımi şəraitin yaradılması və buna görə lazım olan ünsürlərin meydana gətirilməsidir.Yəni, bu istiqamətdə işlər görülməlidir və ancaq hələ ki, o işi görmürəm. Ümid edirəm ki, agentlik yeni media qanunu qəbul olunandan sonra mediayaya yeniliklər gətirəcək”.

Medianın İnkişafı Agentliyinin  fəaliyyətini “Demokrat.az”-a dəyərləndirən “Bakupost.az” saytının baş redaktoru Elçin Zahiroğlu vurğulayıb ki, MEDİA yarandığı gündən bir çox önəmli layihələrə imza atıb. O, qeyd edib ki, bunlar içərisində saytların bir qisminə maliyyə yardımının göstərilməsi, qəzetlərin keyfiyyətinin artırılması,vacib və əhəmiyyətli təlimlərin keçirilməsini göstərmək olar:

“Bundan əlavə jurnalistlərin xarici media ilə əlaqələrinin genişlədirilməsinə çalışılması, fərdi jurnalistlər üçün şəffaf müsabiqələr keçirilməsi də agentliyin atdığı uğurlu addımlardandır. Bu layihələrin ümumilikdə medianın inkişafına nə dərəcədə təkan verəcəyini demək çətindir. Çünki MEDİA qoşqu aləti deyil ki, batmış “texnika”nı dartıb çıxarsın. Mətbuatla bağlı problemlərin tam şəkildə həllini bu qurumdan gözləmək sadəlövhlükdür. Amma əsas odur ki, MEDİA üzərinə qoyulmuş missiyanı çox yaxşı şəkildə icra edir. Nə mümkündürsə, onu səliqəli və operativ şəkildə həyata keçirir. Əsas odur ki, quruma rəhbərlik edən şəxslərin xoş niyyəti, aydın təşəkkürləri var. Kreativ, yaxşı nələrəsə düşünürlər, dünya təcrübəsini öyrənirlər, çıxış yolları axtarırlar. Yaxşı olar ki, Medianın İnkişafı Agentliyi  bu gördüyü işlərlə yanaşı, jurnalistlərin reputasiyasının yaxşılaşdırılması, dövlət strukturlarının və biznes subyektlərinin mətbuata münasibətinin dəyişdirilməsi, reklam bazarındakı acınacaqlı durumun aradan qaldırılması istiqamətində də layihələr həyata keçirsin”.

“525-ci" qəzetin baş redaktoru Rəşad Məcid "Demokrat.az"-a açıqlamasında qısaca bildirib ki, agentliyinin fəaliyyəti barədə danışmaq hələ tezdir və bunu zaman göstərəcək.

Aynurə
Demokrat.az

29 noyabr

15:45 - Mehdiabadda internet çəkilişinə qanunsuz pul yığılır - Rəis isə "bizə aidiyyatı yoxdur" deyir15:03 - Valyuta bahalaşdı, Azərbaycandan dəvət edilən heyətin xərclərini ödəmək qərarı ləğv edildi - Şimali Kipr hökumətinin qərarı14:56 - İranda kütləvi aksiyalar başladı - 214 nəfər həbs olunub13:37 - Ukrayna məhkəməyə verildi - 4,5 milyard tələb edilir13:32 - Tanınmış ginekoloq qadına şiddətdən danışdı - VİDEO/FOTOLAR 13:24 - Prezident "Rossiya-1"ə telekanalına müsahibə verdi 12:31 - "Rus diplomatları ABŞ-dan qovulur" - Səfir11:48 - Aşqabad görüşünün mühüm detalları - Ermənistanın düşdüyü siyasi blokada daha da möhkəmləndi - ŞƏRH11:45 - Baş nazir Molla Məhəmməd ilk dəfə publika qarşısına çıxdı - "Xahiş edirik taqətdən düşmüş xalqımıza kömək edin..."10:06 - Azərbaycan "nümunəsi" - Bir gün əvvəl yaranan şirkət tenderin qalibi oldu10:00 - Prezidentin İƏT Zirvəsindən verdiyi mesajlar - Azərbaycanın nüfuzu güclənir00:57 - Amerikalı ekspert İƏT-in XV Zirvə Toplantısını şərh edir - "Bəyannamə Ermənistanı məğlubiyyətini etiraf etməyə çağırışdır"00:54 - Prezidentin Soçi uğuruna Aşqabad "möhürü" - Bakı İrəvanın formal müttəfiqlərini də əlindən alır00:51 - Azərbaycan və İran prezidentləri Zəngəzur dəhlizindən danışdılar - Nələr müzakirə olunub?

28 noyabr

19:55 - "Zəngəzur dəhlizinə böyük əhəmiyyət veririk" - Ərdoğan19:53 - Sərhədlər bu ərazilərdən çəkilir - Rusiya nəşri19:50 - İlham Əliyev İran prezidenti ilə görüşdü - FOTOLAR17:19 - Avtomobil almaq istəyənlər, əlinizi cibinizdən çıxarın - Qaydalar dəyişir12:36 - İlham Əliyev Zirvə Toplantısında iştirak edir12:32 - "Ukrayna Qərb üçün qırmızı xətdir, Rusiya bu cizgini tapdasa..." - Keçmiş səfir00:53 - Rusiya hərbçiləri ən sıx patrul xidmətini Şuşa və Tərtər istiqamətində aparır...  - XƏRİTƏ00:49 - İrəvan-Culfa yolu da açılacaqmı? - Andrey Petrov şərh edir00:46 - Paşinyan Soçidə sülh vəd edir, Araik isə terrorçu rejimin bayrağı ilə İrəvana gəlir...00:43 - Yanukoviç hakimiyyətə qayıtmağa çalışır... - Amma necə?00:39 - Azərbaycanda şəhidə toy etdilər - VİDEO 00:37 - Fransa hərbçiləri mülki əhaliyə atəş açıb, ölənlər var...

27 noyabr

20:26 - "Soçi sammitinin nəticələri Azərbaycanın mövqeyini tam əks etdirir" - Korotçenko20:23 - BMT-bin Baş katibi Soçi görüşünə münasibət bildirdi20:20 - İran bu ölkələrə qadağa qoydu14:50 - Oleq Kuznetsov Rusiya-Azərbaycan münasibətlərini şərh etdi