"Bu, jurnalist araşdırması deyil", "Bütün mirasını pişiklərə və itlərə qoyub gedən Qərbdəki digər insanlardan fərqli olaraq..." - Prezident

13 oktyabr, 2021 14:49

“Bilirsiniz, bu cür məsələlər məni çox illərdir müşayiət edir. Siyasi konyunkturadan asılı olaraq Qərbdə bəzi qüvvələr vaxtaşırı Azərbaycanı gözdən salmaq, onun mövqeyini zəiflətmək üçün bu cür iftiralardan və böhtanlardan istifadə etməyə çalışır”.

“Azsiyaset” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev İtaliyanın “La Repubblica” qəzetinə verdiyi müsahibədə jurnalistin “Siz müdafiə olaraq “Pandora sənədləri” haqqında nə deyərdiniz?” sualına cavab olaraq deyib. 

Dövlət başçısı bildirib ki, bu, jurnalist araşdırması deyil:

“Məlumdur ki, bunun arxasında kim dayanır. Aydındır ki, nəyə görə Azərbaycanın da adı çıxır. Mən başqaları haqqında bilmirəm. Ola bilsin, bəlkə onlar da elə bir şey ediblər ki, Qərbdə bəzi qüvvələrin xoşuna gəlməyib. Lakin Azərbaycana gəldikdə, əlbəttə ki, İkinci Qarabağ müharibəsində Qələbə bir çoxları üçün sürpriz oldu. Bu, onların xoşuna gəlmədi. Onlar Azərbaycanı zəif, asılı, işğal altında olan və hər zaman münaqişənin həlli üçün yardım istəyən ölkə kimi görmək istəyirlər. İndi isə bir halda ki, Azərbaycan bunu özü etdi və Ermənistanı məğlub etdi, Ermənistana sıx bağlılığı olan Qərbdəki həmin dairələr yenə böyük fəallığa keçiblər. Biz bunu gözləyirdik. Əslində, biz bilirdik ki, Azərbaycana qarşı yeni qarayaxma kampaniyası planlaşdırılır.

Mətləbə gəldikdə, bildirmək istərdim ki, mən on səkkiz ildir Prezidentəm. Mən bundan əvvəl sahibkar olmuşam, bizneslə məşğul olmuşam. Tərcümeyi-halım da məlumdur. Özü də uğurlu sahibkar olmuşam. Prezident seçiləndə mən kasıb insan deyildim. Prezident olduqdan sonra mən biznesdə birbaşa iştirakımı dayandırdım və biznesi öz ailəmə ötürdüm. Siz bəlkə məni başa düşərsiniz ki, bütün mirasını pişiklərə və itlərə qoyub gedən Qərbdəki digər insanlardan fərqli olaraq, İtaliya və Azərbaycanda biz ailə dəyərlərinə daha çox üstünlük veririk. Buna görə, mən bütün biznesimi uşaqlarıma ötürdüm. Onlar isə səylər göstərib biznesi davam etdirirlər. Onların əsasən Azərbaycanda sərmayələri var. Onların Azərbaycandan kənarda sərmayələri var. Onların bütün biznes fəaliyyəti şəffafdır və beynəlxalq səviyyədə auditdən keçir və heç kəs burada bir şeyin səhv olması iddiası ilə çıxış edə bilməz.

Sənədlərdə nə yazılıbsa, səmimi desəm, mən onları oxumamışam. Mənə məlumat verildi və orada ola bilsin 5 faiz həqiqətdir. Qalanı isə yalandır. Amma bir daha bu haqda açıq söyləməyə qanuni haqqım var. Azərbaycanda sirr deyil ki, mənim qohumlarım və ailə üzvlərim biznesdə, xeyriyyəçilikdə və hazırda Qarabağda aparılan bir çox işlərdə iştirak edirlər. Məsələn, mənim yaratdığım Fond hazırda Qarabağda - Ağdamda, Şuşada və Zəngilanda bütün məscidlərin bərpasına sərmayə yatırır. Bu işlər Fondun pulu hesabına maliyyələşdirilir. Biz qaçqınlar üçün evlərin tikintisini maliyyələşdirmişik. Beş mindən çox ailə üçün bu işi görmüşük. Biz Azərbaycanda çox işlər görürük. Əlbəttə ki, bunlar Qərbdə bəzi insanların xoşuna gəlmir. Onlar bizi ittiham etmək istəyirlər. İstəyirlər ki, biz onlara tabe olaq. Bizi iradələrinə tabe etdirmək istəyirlər. Mən isə deyirəm: Yox! Mən Azərbaycanı, onun suverenliyini, müstəqilliyini, seçimini ömrümün sonuna qədər müdafiə edəcəyəm. Bütün həmin çirkin hekayələrin isə mənim və Azərbaycan xalqı üçün heç bir mənası yoxdur”.

25 oktyabr

16:51 - İran Prezidenti Azərbaycanın yeni səfirini qəbul etdi - FOTO 16:49 - "Qubadlı azad olunanda artıq müharibənin taleyi həll edilmişdi" - İlham Əliyev15:18 - 10 "arzuolunmaz şəxs" - Hansı səfirlər Türkiyəni tərk edib?15:15 - ""Sülh" Azərbaycanın ərazi bütövlüyünün tanınması deməkdir..." - Ohanyan "həyəcan təbili" çalır15:08 - Müəllim peşəsindən uzaq düşən kişilər... - ARAŞDIRMA14:41 - Prezidentlə xanımı Qubadlıda getdi - FOTOLAR 14:38 - Ali məktəblərdə hansı fakültələr ləğv edilməlidir? - Ekspert rəyi13:18 - Ən çox və ən az məhbusu olan ölkələr: Azərbaycan neçəncidir? - REYTİNQ12:58 - İranın Təhlükəsizlik Şurasının katibi İsraili hədələdi - "Əgər hücum etsə, İsraili darmadağın edəcəyik" 12:51 - Həmin çantanın içində nə vardı? - Bennettlə Putinin görüşü12:01 - Mehriban Əliyeva Qubadlıdan paylaşım etdi - FOTO11:47 - Şeyxin deputat qardaşı özünü gülüş hədəfinə çevirdi - "Azərbaycan" sözünü düzgün yaza bilmir - FOTO10:56 - Dini toy karvanı təşkil edənlər saxlanıldı, 16 sürücü saxlanıldı - VİDEO 09:56 - İranlı nazir: "Ərdəbildən Azərbaycana dəmir yolu xətti çəkiləcək" - Tehran niyə belə bir addım atır?09:51 - Azərbaycanda devalvasiya olacaq? - Vacib açılama 09:47 - Azərbaycanda bahalaşma "yorulmaq" bilmir - Bizi nə gözləyir?09:45 - İlham Əliyev gələn ay Türkiyəyə səfər edəcək - Səfir anons verdi 00:13 - "Ermənilərin qatilləri": Ermənistan parlamentinin sədri Kiprdə belə qarşılandı - VİDEO 00:08 - Şemya adasına F-16 qırıcıları göndərildi: ABŞ Rusiya ilə müharibəyə hazırlaşır? - "FORBES" jurnalı00:05 - ABŞ Ukraynaya müasir silahlar göndərdi - "Ukraynanı NATO yolunda görmək istəyirik..."00:00 - "Paşinyan artıq cəsarətli açıqlamalar verir, çünki..." - Metyu Brayza

24 oktyabr

16:39 - Abdulla Abdullayev, Rövşən Əhmədov və digərləri “Bayraktar”ın sirlərini ələ keçirmək istəyirdilər? - Türkiyədə həbs edilən 6 nəfərlə bağlı müəmma16:38 - İran XİN rəhbəri Azərbaycanla münasibətlərdən yazdı 12:31 - "Murat Karayılanın da məhv edilmə növbəsi çatır" - Süleyman Soylu12:29 - Prezidentlə xanımının yeni fotosu 11:35 - Müxalifət yenidən küçə mübarizəsinə başlayır - Hakimiyyət nə düşünür?00:18 - Ermənistan: Uzaq məsafədən millətçiliyin çoxsaylı təhlükələri - Fransa jurnalı00:17 - Kennedi sui-qəsdinin gizli sənədləri nə vaxt açılır?00:13 - İran Bakı qarşısından niyə geri çəkildi? - Rusiyalı tarixçi şərh edir00:11 - Saakaşvilinin Batumidəki tərəfdarları ayağa qalxdı - FOTOLAR