Qobustan rayonunda Şəhidlərimizin xatirəsi ehtiramla yad olunub - FOTOLAR

29 sentyabr, 2021 10:11

27 sentyabr "Anım Günü" münasibəti ilə Qobustan rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, rayon ictimaiyyəti, Şəhid ailələri və Qazilərin iştirakı ilə Anım tədbiri keçirilmişdir. 

"Azsiyaset" xəbər verir ki, Qobustan Gənclər Evinin direktoru Anar İrzaquluyev bildirib ki, ilk öncə Şəhidlər Xiyabanı ziyarət olunaraq şəhidlərimizin ruhu ehtiramla yad olunub. 

Tədbirin ikinci hissəsində Heydər Əliyev Parkında Qobustan Gənclər Evinin təşkilatçılığı ilə rayon gəncləri "Vətən Var Olsun!" Şüarı ilə fləşmob təqdim etmiş, 44 günlük Vətən Müharibəsi dövründə qəhrəmanlarımızın hərbi-vətənpərvərlik ruhunu özündə əks etdirən ədəbi müsiqili kompazisiya ilə çıxış etmişlər. 

Tədbirdə Qobustan rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov çıxış edərək bildirmişdir ki, 30 illik həsrətə son qoyaraq torpaqlarımızı yağı düşməndən öz canları bahasına azad edən Şəhidlərimiz bu Zəfər tarixini öz qanları ilə yazdılar və bu böyük qələbənin memarı, Müzəffər Ali Baş Komandan İlham Əliyev bir daha xalqın sonsuz sevgisini qazandı. Daha sonra çıxış üçün söz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan rayon bölməsinin rəisi, polkovnik-leytenant İxtiyar Əhmədov, "Vətən Müharibəsi Qəhrəmanı" Elyar Vəliyevin atası Arif Vəliyev, Qobustan rayonunda məskunlaşan Şəhid övladı, Xocalı sakini olan Mürvət Məmmədov və Qobustan Gənclər Evinin direktoru Anar İrzaquluyevə verilmişdir. 

Tədbirin üçüncü hissəsində "Vətən Müharibəsi Qəhrəmanı" Elyar Vəliyevin adına əbədiləşdirilən küçədə və digər 3 ayrı məntəqədə, ümumilikdə rayon ərazisində 500dən artıq ağac əkilmiş, aqrotexniki qulluq göstərilmiş və suvarılmışdır.

29 noyabr

15:45 - Mehdiabadda internet çəkilişinə qanunsuz pul yığılır - Rəis isə "bizə aidiyyatı yoxdur" deyir15:03 - Valyuta bahalaşdı, Azərbaycandan dəvət edilən heyətin xərclərini ödəmək qərarı ləğv edildi - Şimali Kipr hökumətinin qərarı14:56 - İranda kütləvi aksiyalar başladı - 214 nəfər həbs olunub13:37 - Ukrayna məhkəməyə verildi - 4,5 milyard tələb edilir13:32 - Tanınmış ginekoloq qadına şiddətdən danışdı - VİDEO/FOTOLAR 13:24 - Prezident "Rossiya-1"ə telekanalına müsahibə verdi 12:31 - "Rus diplomatları ABŞ-dan qovulur" - Səfir11:48 - Aşqabad görüşünün mühüm detalları - Ermənistanın düşdüyü siyasi blokada daha da möhkəmləndi - ŞƏRH11:45 - Baş nazir Molla Məhəmməd ilk dəfə publika qarşısına çıxdı - "Xahiş edirik taqətdən düşmüş xalqımıza kömək edin..."10:06 - Azərbaycan "nümunəsi" - Bir gün əvvəl yaranan şirkət tenderin qalibi oldu10:00 - Prezidentin İƏT Zirvəsindən verdiyi mesajlar - Azərbaycanın nüfuzu güclənir00:57 - Amerikalı ekspert İƏT-in XV Zirvə Toplantısını şərh edir - "Bəyannamə Ermənistanı məğlubiyyətini etiraf etməyə çağırışdır"00:54 - Prezidentin Soçi uğuruna Aşqabad "möhürü" - Bakı İrəvanın formal müttəfiqlərini də əlindən alır00:51 - Azərbaycan və İran prezidentləri Zəngəzur dəhlizindən danışdılar - Nələr müzakirə olunub?

28 noyabr

19:55 - "Zəngəzur dəhlizinə böyük əhəmiyyət veririk" - Ərdoğan19:53 - Sərhədlər bu ərazilərdən çəkilir - Rusiya nəşri19:50 - İlham Əliyev İran prezidenti ilə görüşdü - FOTOLAR17:19 - Avtomobil almaq istəyənlər, əlinizi cibinizdən çıxarın - Qaydalar dəyişir12:36 - İlham Əliyev Zirvə Toplantısında iştirak edir12:32 - "Ukrayna Qərb üçün qırmızı xətdir, Rusiya bu cizgini tapdasa..." - Keçmiş səfir00:53 - Rusiya hərbçiləri ən sıx patrul xidmətini Şuşa və Tərtər istiqamətində aparır...  - XƏRİTƏ00:49 - İrəvan-Culfa yolu da açılacaqmı? - Andrey Petrov şərh edir00:46 - Paşinyan Soçidə sülh vəd edir, Araik isə terrorçu rejimin bayrağı ilə İrəvana gəlir...00:43 - Yanukoviç hakimiyyətə qayıtmağa çalışır... - Amma necə?00:39 - Azərbaycanda şəhidə toy etdilər - VİDEO 00:37 - Fransa hərbçiləri mülki əhaliyə atəş açıb, ölənlər var...

27 noyabr

20:26 - "Soçi sammitinin nəticələri Azərbaycanın mövqeyini tam əks etdirir" - Korotçenko20:23 - BMT-bin Baş katibi Soçi görüşünə münasibət bildirdi20:20 - İran bu ölkələrə qadağa qoydu14:50 - Oleq Kuznetsov Rusiya-Azərbaycan münasibətlərini şərh etdi