Rövşən Əkbərov özü ilə kimləri "içəri aparacaq"? - Generalın məhkəməsində böyük skandal

23 iyul, 2021 14:42

General, Milli Qəhrəman Rövşən Əkbərovun həbs səbəbi kimi, məhkəmə prosesində də inanılmaz olaylar yaşanmaqdadır.

Bu ziddiyyətli məqam Fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyev və Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimovun artıq mübahisələndirilən ifadələri ilə bağlıdır. Müdafiə tərəfi – yəni R.Əkbərovun vəkilləri bu iki şəxsin ifadələrinin sübut kimi ittiham aktından çıxarılmasını tələb ediblər. Səbəb kimi isə göstəriblər ki, həmin şəxslər bu iş üzrə daha əvvəllər də dindiriliblər və onlar hər dəfə izahat verəndə Rövşən Əkbərovun Ukraynada iş adamı Elmin Əliyevi öldürdüyünü görmədiklərini bildiriblər.

Amma sonuncu ifadələrində həm O.Hacıyev, həm də N.İbrahimov cinayəti Rövşən Əkbərovun törətdiyini və bunu gördüklərini təsdiqləyiblər. Bu, sözsüz ki, böyük skandaldır və mütləq araşdırılmalıdır.

Belə ki, hadisə 2001-ci ildə Ukraynada baş verib və həmin zaman Ukrayna Baş Prokurorluğu işdə şübhəli qismində Rövşən Əkbərovu görərək, Azərbaycan Baş Prokurorluğuna faktları göndərib, istintaq aparılmasını istəyib. İstintaq isə 2003-cü ildə yekunlaşıb, Rövşən Əkbərovun cinayət məsuliyyətinə cəlb edilməsi üçün “heç bir əsas” tapılmadığı üçün generala bəraət verilib.

Əsas-sübut tapılmamasına səbəblərdən biri də hadisənin şahidləri olan O.Hacıyev və N.İbrahimovun ifadələridir. Onlar ifadə veriblər ki, R.Əkbərovun qətl törətmələri barədə heç bir məlumata malik deyillər. Ancaq indi bəlli olur ki, O.Hacıyev və N.İbrahimov cinayət faktını nəinki biliblər, hətta bunu R.Əkbərovun törətdiyini də görüblər.

Bu isə həm Fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyev, həm də Nazim İbrahimov barəsində cinayət təqibi başladılmasını zəruri edir.

Əvvəla, ona görə ki, hər iki şəxs qətl barədə bilə-bilə susublar. İkincisi, hüquq-mühafizə orqanlarının apardığı istintaqa mane olublar və istintaqa yalan danışıblar.

Hər bir şəxs istintaqa ifadə verərkən bilə-bilə yalan danışmağa görə məsuliyyət daşıdığı haqda müstəntiqin xəbərdarlığını alır və yazılı şəkildə bu barədə məlumatlandırılıb, altında imza atır. Bu isə o deməkdir ki, şəxs bilə-bilə istintaqa yalan məlumat verirsə, buna görə məsuliyyət daşımağa məhkumdur.

Adıgedən şəxslər cinayət faktını bildikləri halda hüquq-mühafizə orqanlarından nəinki gizlədiblər, hətta istintaqı yayındıraraq, qatilin azadlıqda gəzməsinə, yüksək dövlət vəzifəsi tutmasına şərait yaradıblar. Bu isə birmənalı şəkildə cinayət məsuliyyəti doğurur.

Burda Cinayət Məcəlləsinin ən azı 297-ci maddəsi tətbiq olunmalıdır.

Maddə 297.: Bilə-bilə yalan ifadə vermə, yalan rəy vermə və ya yanlış tərcümə etmə:

297.1. Məhkəmədə və ya ibtidai istintaqda şahid, zərərçəkmiş şəxs tərəfindən yalan ifadə vermə və ya ekspert tərəfindən bilə-bilə yalan rəy vermə, habelə tərcüməçi tərəfindən bilə-bilə yanlış tərcümə etmə — beş yüz manatdan min manatadək miqdarda cərimə və ya yüz altmış saatdan iki yüz saatadək ictimai işlər və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

297.2. Eyni əməllər şəxsin ağır və ya xüsusilə ağır cinayət törətməkdə ittiham olunması ilə bağlı törədildikdə — iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Burda qətl hadisəsi baş verdiyindən, 297.2-ci maddə tətbiq olunur. Bu isə o deməkdir ki, N.İbrahimov və O.Hacıyevi ən azı 2 ildən 6 ilədək müddətinə həbs cəzası gözləyir.

Ancaq sözügedən şəxslərin cinayət əməli yalnız bununla məhdudlaşmır. Burda həmçinin cinayət haqda məlumatı gizlətmə faktı var və bu da CM-in 307-ci maddəsi ilə məsuliyyət yaradır.

Maddə 307. Cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə

307.3. Qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmə — iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Göründüyü kimi, xüsusilə ağır cinayət – qətl baş verib və bu cinayət barədə məlumat vermədiyi üçün sözügedən şəxslər haqda CM-in 307.3 maddəsi ilə cinayət işi qaldırılmalıdır. Bunun isə cəzası 2 ildən 5 ilə qədərdir.

Aydın olur ki, cinayəti gizlətmə və hüquq-mühafizə orqanlarını, istintaqı bilə-bilə aldatma ilə cinayət məsuliyyətinə cəlb edilməli olan O.Hacıyev və N.İbrahimov 4 ildən 11 ilədək həbs cəzası ala bilərlər.

Maraqlıdır, onlar barəsində cinayət işi niyə açılmır? Onlar R.Əkbərov tərəfindən təhdidmi ediliblər? Ölümlə hədələniblərmi? Əgər belədirsə, R.Əkbərovun ittihamına CM-in daha bir neçə maddəsi əlavə olunmalı və həmin şəxslər məhkəmədə ifadə verməlidirlər...

Mövzu davam etdiriləcək...

bakupost.az

23 sentyabr

00:11 - Ərdoğan ABŞ-ı niyə tənqid etdi? - "ABŞ 20 ildir niyə Əfqanıstandadır..."00:08 - "Azərbaycana qarşı Ermənistana kömək edirik" - Jirinovskidən etiraz

22 sentyabr

20:32 - AB ilə İran arasında nüvə görüşü - İran niyə narahatdır?20:29 - "İranın yeni rəhbərliyi Azərbaycana qarşı addımların səhv olduğunu tezliklə anlayacaq və ..."17:08 - Şeyx Amiliyə cavab verdi - "Şirdən yox, göyərçindən danışmalıyıq"17:06 - Fransızlar Qarabağa getdilər - Qanunsuz olaraq16:36 - Əfqanıstandakı iflasın ardınca Bayden postsovet məkanına yönələ bilər16:10 - İranın casus şəbəkəsi Bakıda harada toplanır? - Tanınmış jurnalistdən sensasion açıqlama14:38 - Azərbaycan dövlət orqanlarına haker hücumu olub14:30 - Şir hara idi?... - İlahiyyatçı Ağa Hacıbəyli12:43 - "Azərbaycanla İranın müharibə etməsi!? Belə bir şey ola bilməz" - MÜSAHİBƏ11:50 - Müharibənin başlayacağı haqda yeni xəbərlər gəlir - Rusiya ağır silahlar daşıyır10:37 - Cavuşoğlu ABŞ Dövlət katibi ilə Qarabağı müzakirə etdi - Nələr danışıldı?00:22 - İran prezidenti Ermənistanın təhlükəsizliyinin möhkəmləndirilməsi ilə bağlı çağırış etdi00:19 - ABŞ-ın ən yaxın müttəfiqi kimdir? - Co Bayden açıqladı00:14 - Orta aylıq əməkhaqqı və cərimələr - "Azərbaycanda tətbiq olunan cərimələrin məbləği çox yüksəkdir"00:09 - İran kartofuna fitosanitar sertifikatların verilməsi dayandırıldı - Zərərli orqanizmlər aşkarlandı

21 sentyabr

23:35 - "Ermənilər pis insan deyil" - İranlı sürücü23:31 - "Ata-anan ölsə, yetim qalsan, necə yaşayarsan" - Bakı Avropa Liseyində biabırçılıq23:27 - Ərdoğan BMT-də çıxış etdi - Azərbaycan haqqında nə dedi?21:27 - Rusiyaya qarşı ağır ittiham - Casus zəhərlənərək öldürüldü21:19 - "Soyuq müharibə daha pis nəticələr verəcək" - Quterreş21:14 - Prezidentin 5 milyonluq sərəncamından bir ay sonra 1,5 milyon mənimsəyib14:24 - Makrondan Qarabağ açıqlaması - Fransa nə istəyir?14:20 - Rusiya ordusu yenə Qarabağ müharibəsinin təcrübəsi əsasında təlimə başladı - Koalisiya qoşunlarının...12:56 - Rusiya da Zəngəzur dəhlizinə qarşı çıxır? - Ərdoğanın Paşinyana görüş şərti Moskvanı hərəkətə gətirdi12:53 - Sülh müqaviləsi hansı halda imzalana bilər? - ŞƏRTLƏR10:42 - Vidadi Muradov 22 milyon manat mənimsəyib - 30 milyonluq əmlakına həbs qoyulub10:37 - Putin yenə sualtı qayıqlar göndərir - Əsəd ordusu İdlibə hücuma hazırlaşır?10:35 - Gorus-Qafan yolunda vəziyyət necədir?