Qüdrətli Azərbaycan Ulu Öndərimiz Heydər Əliyevin sayəsində dünyada öz layiqli yerini tutur

10 may, 2021 15:59

Heydər Əliyevin çoxillik fəaliyyəti, Azərbaycan dövlətçiliyi qarşısındakı xidmətləri o qədər zəngindir ki, bu nəhəng ideya-siyasi irsi sonadək araşdırmaq bir nəslin görüb qurtaracağı iş deyil.

Umümmilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyini inkişaf etdirən, müstəqilliyini möhkəmləndirən ideya və əməlləri strateji və taktiki mükəmməlliyi, əhatəliyi və ardıcıllığı ilə seçilirdi.

O, ictimai həyatın bütün sahələrində genişmiqyaslı dəyişikliklər yaratmağı, kompleks islahatlar aparmağı bacaran nadir liderlərdən idi. Zaman keçdikcə hər nəsil bu tükənməz xəzinəyə öz tələbatı və meyarları baxımından yanaşacaq, özünə gərəkli pay götürəcək. Doğrudan da, illər keçdikcə biz ümummilli liderimizin tarixi fəaliyyətinin məntiqini, mahiyyətini, nəticələrini daha yaxşı dərk etməyə başlayırıq.
Bu həqiqətin sübutu olaraq ümummilli liderin həyatının müstəqil Azərbaycan dövlətinin xilas edilməsinə və onun mövcudluğunun əbədiləşdirilməsinə həsr olunmuş illərinə nəzər saldıqda, o zaman çərçivəsində xalqını düşünən və Azərbaycanı dünyaya tanıtmaq naminə böyük işlər görülmüşdür.
Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyevin seçdiyi taktika belə bir məqsədə xidmət edirdi: Azərbaycanın iqtisadiyyatını, sovet imperiyası daxilindəki mövqeyini gücləndirməklə onu elə səviyyəyə qaldırmaq lazımdır ki, bu yüksəliş respublikanı dünyaya tanıdan, onun milli-etnik mövcudluğundan xəbər verən təsirli amilə çevrilsin.
Hamı bilirdi ki, Heydər Əliyev Azərbaycan SSR-in rəhbəri kimi fəaliyyət göstərdiyi dövrlərdə geniş quruculuq işləri ilə məşğul olub, milli maraqların keşiyində dayanıb.

Növbəti dönəmdə isə ulu öndər Heydər Əliyev yaxşı bilirdi ki, yeni tarix əvvəlki tarixin davamıdır. Sovet imperiyasının çöküşü və müstəqillik epoxasının başlanması nə qədər yeni olsa da, aydın baxışlı siyasətçi olan Heydər Əliyev əvvəllər gördüyü işləri yeni tarixi şəraitdə davam etdirdi. Ənənə davam etməli idi.
Bu məqsədlə 1994-cü ilin mayından Ermənistanla təmas xəttində atəşkəsə nail olunması, qanunsuz hərbi birləşmələrin buraxılması və ölkə daxilində sabitlik yaratmaq yolunda atılan addımlar sayəsində yeni xarici siyasət xəttinin ardıcıllıqla həyata keçirilməsi üçün lazım olan əlverişli dinc şərait yaratdı.


Müstəqillik əldə etdikdən sonra demokratik dövlət quruculuğu yoluna qədəm qoymuş Azərbaycan Respublikasının üzləşdiyi sosial iqtisadi və siyasi problemlərin müvəffəqiyyətlə həll olunması ölkəmizin beynəlxalq aləmdəki mövqeyi və ayrı-ayrı dövlətlərlə milli dövlət maraqlarına cavab verən qarşılıqlı faydalı əlaqələri və dünya birliyinə inteqrasiyası prosesinin intensivliyi ilə sıx bağlı idi. Bu mənada Azərbaycanın beynəlxalq münasibətlər sistemində layiqli yer tutması üçün dünya siyasətinin formalaşmasında aparıcı rol oynayan dövlətlərlə və beynəlxalq təşkilatlarla qarşılıqlı münasibətlərin tənzimlənməsi və inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edirdi. Eyni zamanda, bu dövrdə bəzi qonşu dövlətlərlə müstəqilliyin ilk iki ilində əsassız yaradılmış soyuqluğun aradan qaldırılması istiqamətində bir sıra zəruri tədbirlər görüldü.
Ümumilikdə, tarixi təcrübə və araşdırmalar da sübuta yetirdi ki, Heydər Əliyevin Azərbaycan iqtidarına xalqın çağırışı ilə ikinci gəlişi təkcə xalqı və müstəqilliyi təhlükələrdən qurtarmaqla bitmədi, həm də ölkənin daimi etibarlı müdafiəsini reallaşdırdı. Qurtuluş missiyası geniş anlamda, xarakterinə görə, bütövlükdə, xalqın varlığı, mənəvi, ruhi, mədəni mövcudluğu, sabahı ilə bağlı problemləri özündə ehtiva edirdi.
Bu gün Heydər Əliyevin müstəqil dövlət quruculuğu siyasətini Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam və inkişaf etdirir. Azərbaycan xalqının, ümumən insanlığın zəngin tarixi birgəyaşayış təcrübəsinə əsaslanaraq, insanın və cəmiyyətin çoxspektrli mənəvi tələblərinin ödənilməsində ən humanist amil kimi insanın vətəndaşlıq dünyagörüşünün mükəmməlləşməsini təmin edir. Azərbaycanın hər bir vətəndaşının və dövlətimizin maraqları Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində olub. Bu müddətdə ölkəmizdə hərtərəfli dinamik inkişaf, sabitlik və əmin-amanlıq təmin edilib, beynəlxalq mövqelərimiz daha da möhkəmləndirilib.

44 günlük Vətən müharibəzində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Qələbə, ölkəmizin sərhədlərinin bərpası, və bu gündə işğaldan azad olunan tarixi torpaqlarda sürətlə aparılan quruculuq işləri bir daha təsdiq edir ki, Ulu öndərimiz Heydər Əliyevin siyasi davamçısı Prezident İlham Əliyev Azərbaycan müstəqilliyini qoruyur, və Vətənimizin daha da qüdrətlənməsi naminə əzmlə çalışır.

Bu gün hər bir azərbaycanlının arzusu çin olub, doğma Şuşamızda, Laçınımızda Ağdamımızda,Cəbrayılımızda,Zəngilanımızda, Qarabağımızda Azərbaycan bayrağı dalqalanır.

Bu gün Ölkə başçısı İlham Əliyevin hər bir azərbaycanlının prezidenti olacağam sözlərini əməli ilə sübut edir. Bu gün Azərbaycan dünyada əhəmiyyətli regional layihələrin təşəbbüskarı və iştirakçısıdır.

Ən önəmlisi isə odur ki, Heydər Əliyev siyasəti bugünlə, indi ilə yekunlaşan, bitən deyil. Bu siyasəti həmin uğurla gələcəkdə də davam etdirə biləcək Ali Baş Komandan,silahdaşları və aydın strategiya var.

Zaur MİRZƏ-ZADƏ

13 iyun

00:05 - Səfirdən Ərdoğanın Şuşa səfəri haqda - "Hazırlıq davam edir"

12 iyun

23:52 - ABŞ Azərbaycanın humanitar addımını alqışladı - Entoni Blinkendən açıqlama22:45 - Şuşanın təhlükə gözlənilən kəndləri hansılardır?  - Keçmiş polis rəisi cavab verir...22:42 - Prezident və xanımı Uels-İsveçrə matçını izlədi - FOTOLAR 18:50 - 15 erməni təhvil verildi, Ağdamın mina xəritəsi alındı - RƏSMİ17:01 - "Monte Melkonyanın xatirə gecəsini keçirmək Rusiya ictimaiyyətini də hiddətləndirib" - Sergey Markov16:53 - Avropa İnsan Hüquqları Məhkəməsi Ermənistanın Azərbaycana qarşı tələblərini rədd etdi 15:58 - "Əgər Ermənistan müharibə istəyirsə, ötən ilin payızındakı eyni nəticəni əldə edəcək" - Azərbaycan lideri15:45 - "10 noyabr bəyanatı atəşkəsdən daha böyük sənəddir" - İlham Əliyev15:08 - Amerikalı politoloq: "Ermənistan hökuməti sərsəri kimi davranır"14:11 - Nəcməddin Sadıkovun oğlu Etibar Pirverdiyevi döyüb - ÖZƏL13:27 - Rəqsanə bu tərbiyəsizliyi də etdi  - FOTOLAR 13:19 - Prezident yeni səfirlərin etimadnamələrini qəbul edib - FOTOLAR 13:07 - BŞİH Ticarət və Xidmət Departamentinin direktoru İntiqam Məmmədovun oğlunun avtomobil kolleksiyası - FOTOLAR 12:35 - Bu şirkətlər dövlətdən 1,5 milyard alıb, 81 milyon ödəyiblər - Hesabat12:05 - Kəlbəcərə köçlə bağlı önəmli açıqlama - Gözəl görüntülər10:18 - Adı 100 milyonluq rüşvət işində hallanan Ziya Məmmədov Ucardan Bakıya çağırılıb - Cinayət dosyesi yenilənir10:16 - Gürcüstanda azərbaycanlılar və svanlar arasında yenə insident olub - Dörd nəfər saxlanılıb10:12 - "Bu, feyk xəbərlərdir" - Vladimir Putin 01:03 - DYP-nin pul tələsi: Piyadalara yol verməyən sürücülər cəzalandırıldı, bəs qanunu pozan piyadalar? - FOTOLAR 00:59 - "Rusiyadan qorxmuruq" - Şarl Mişel00:43 - Adil Xudadatov niyə həbs edilməlidir? - Vətəndaşlar, iş adamları başqa qapıya üz tutacaqlar, o zaman... 00:26 - Şou-biznesdəki qadınların əvvəlki və sonrakı halı  - FOTOLAR00:11 - Mariya Zaxarova ABŞ diplomatlarını alman nasistlərinə bənzədib - FOTO

11 iyun

23:13 - ATƏT sədri Ermənistanla Azərbaycanı dialoqa çağırdı22:24 - Bakı restoranlarında gecə saat 12-dən sonra "işə başlayan" virus - Bu qadağanın tam ləğvinin vaxtı deyil? 22:21 - Jurnalistlər binasının komendantı saxlanıldı18:22 - Rusiya səfiri: "Azərbaycanın BMT-də gördüyü işləri çox yüksək qiymətləndiririk" - MÜSAHİBƏ18:17 - Ərdoğan NATO-da Qarabağ və mina məsələsini qaldıracaq18:12 - "Ermənistana Azərbaycan ərazisindən keçid imkanı veriləcək" - Rusiyanın son planı açıqlandı